beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Öz yerinə başqasını həcc ziyarətinə göndərmək olarmı?

Olar, ancaq bunun üçün birçox şərtlərə əməl olunmalıdır.Məlumdur ki, Həcc ziyarətikasıblara yox, varlı müsəlmanlara fərz buyurulmuşdur.Buna görə də maddi imkanı olan, ancaq ağır xəstə olduğu və ya qocalıb əldən düşdüyü üçün ziyarətə gedə bilməyən müsəlman öz əvəzinə başqasını Həcc ziyarətinə göndərə bilər. Bunun üçün o, belə bir adamı axtarıb tapmalı və təklifini bildirməlidir.Arada razılaşma olmalıdır. Göndərən adam Həccə gedənin bütün yol xərclərini, lazım olan məsrəfləri ödəməli, onun ailəsinin həmin müddət ərzində normal dolanışığı üçün maddi məbləği təmin etməlidir. Yəni Həccə gedən adamın nə özü maddi sıxıntı çəkməli, nə də gözü arxada qalmalıdır. Gedən adam ehrama girərkən və qurban kəsərkən öz adından yox, göndərənin adından niyyət etməlidir. Həmin şəxs Həcc ziyarətini yerinə yetirib qayıtdıqdan sonra Bədəl (bu söz ərəbcədə əvəz deməkdir), onu ziyarətə göndərən şəxs isə Hacı adını qazanır.


Tarix: 22.01.2015 / 11:36 Müəllif: Aziza Baxılıb: 53 Bölmə: Qadın və Din