Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

Qadın və Din Hicab qadağası

Avropanın bir çox ölkələrindən və Türkiyədən sonra islam simvollarına qarşı Azərbaycan cəmiyyətində də açıq mübarizə başladı. Bəli, Azərbaycan cəmiyyətində, yəni o cəmiyyətdə ki, əhalisinin doxsan faizindən çoxunun müsəlman olduğu etiraf edilir. Məhz o cəmiyyətdə ki, ölkə prezidenti öz prezidentlik fəaliyyətinə başlayanda Konstitusiya ilə yanaşı İslam dinin müqəddəs kitabına, yəni Qurana da and içir. Maraqlıdır ki, islam dininin əsas atributlarından biri olan hicaba qarşı açıq-aşkar mübarizə "dünyəvilik" pərdəsi altında aparılır.
Hicaba qoyulan qadağaların arxasında hansı məkrli siyasətin dayandığını başa düşmək üçün hər şeydən əvvəl 1) hicabın hansı mahiyyət daşıdığını, 2) hicaba qoyulan qadağaların vicdan azadlığına nə dərəcədə təhdid olduğunu, 3) kimlərin və nə Ardı »

Qadın və Din Qadın cihadı ərlərinə itaətdir!

Bəzən belə bir fikir səslənir ki, qadınlar da kişilərlə bərabər hərbi xidmətə getməli, əldə silah tutaraq döyüşlərdə iştirak etməlidirlər. Şəriət baxımından bunun nə dərəcədə düzgün olub-olmamasına diqqət yetirməyə çalışaq. İlk öncə qeyd edək ki, şəriət qanunlarına görə, qadınların əsgər getməsi və hərbdə iştirak etməsi düzgün sayılmır.
Peyğəmbər kişilər üçün cənnəti qılıncların kölgəsində (Cənnət qılıncların kölgəsi altındadır), qadınlar üçün isə onların ayaqları altında (Cənnət anaların ayaqları altındadır) hesab etməsi eyni anlamı verir, yəni qadınlar daha zərif və incə məxluq olduqlarından onların hərbdə iştirak etmələri məqsədəmüvafiq bilinməmişdir. Əslində, etiraf olunmalıdır ki, qadınlar vətənin müdafiəsi üçün ən səmimi və ən çox çalışan insanlardır. Hələ Ardı »

Qadın və Din İslam dünyasında qadın

İslam dünyası, fərqli coğrafi bölgələrə və iqlimlərə dağılmış vəziyyətdə olub, bir çox qövm və irqləri öz içində saxlayar. Orta şərqi, Afrika qitəsini, uzaq şərqi, Osmanlı İmperatorluğu dövründə İslam ilə tanış olmuş olan cənub şərq Avropanın bir neçə bölgələrini və bunlardan başqa Amerikada və şimal Avropanın içində olan Müsəlmanlar, İslam dünyasını təşkil etməkdədir.
Olduqca geniş bir sahəyə yayılmış olan İslam Dünyası, zəngin ölkələrə sahibsə də bir çox ölkələr də kasıblıq və geri qalmışlığın ağrısını çəkməkdədir. Bu geri qalmışlıq yalnız texnologiya və iqtisaddan ötəri deyil; bəzən də bu ölkələrdə bir-birlərinə hakim olmağa çalışan qövmlər arasındakı sürtüşmelerin meydana gətirdiyi iç faktor və İstikbar dünyasının tətbiq Ardı »

Qadın və Din Müsəlman qadının kosmetikası

Sən sadəcə olaraq sağlamlıq və xoşbəxtliklə nəfəs alırsan. Gözlərin elə sirli nur yayır ki, üzünün dərisi məxmər kimidir, əllərin hər zaman isti və zərifdir. Bu sirri mənə aç: hansı kosmetikadan istifadə edirsən", - deyə bir dəfə hər şeylə maraqlanan rəfiqələri ondan soruşdular. O gözlərini qaldırdı və yüngülcə gülümsəyərək cavab verdi. - Mənim sirrim yoxdu. Dodaqlar üçün məndə yalnız doğru və səmimilik, səs üçün daimi olaraq Allahı zikr eləmək, gözlər üçün mən mülayim lakin isti baxış istifadə edirəm.Əllər üçün - yaxşı və xeyirli işlər görmək. Bədən üçün çalışıram özümdə səbr və vicdan tapım.Qəlbim üçün yalnız Allah sevgisini istifadə edirəm. Dərrakə üçün isə Ardı »

Qadın və Din Hicab ismətdir

Örtünmək (hicab geymək) Uca və Qüdrətli Allaha, həmçinin Onun Peyğəmbərinə (s.a.v.) itaət deməkdir.
Uca Allah Özünə və Rəsuluna (s.a.v.) itaət etməyi hamıya buyurmuşdur: «Allah və Peyğəmbəri bir işi hökm etdiyi zaman heç bir mömin kişiyə və qadına öz işlərində başqa yol seçmək (ayrı cür hərəkət etmək) yaraşmaz. Allah və Onun Peyğəmbərinə asi olan kəs, şübhəsiz ki, haqq yolundan açıq-aydın azmışdır» (əl-Əhzab, 36).

Uca və Qüdrətli Allah deyib: «Amma xeyr! (Ya Məhəmməd!) Sənin Allahına and olsun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim (münsüf) təyin etməyincə və verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan sənə tam bir itaətlə boyun əyməyincə (həqiqi surətdə) Ardı »

Qadın və Din Sevgi yaradıcılığı

Müsəlman şərqi ölkələrinin tarixi keçmişinin də, bu gününün də şahidlik etdiyi xoşagəlməz məsələlərdən biri qadın hüquqlarının pozulması, qadınların alçaldılması ilə bağlı eybəcər ənənələrlə bağlıdır. Klassik və müasir Azərbaycan ədəbiyyatında, eləcə də digər müsəlman şərqi ölkələrinin ədəbi nümunələrində tənqidə tutulan bu ənənələr çox zaman müsəlmanların arxaik və gericil milli mədəniyyətləri müstəvisində aşkarlanır. Əslində isə bunların yaşarılığını təmin edən, bunları gündəmdən – çağdaşlığımızın fonunda idbar görüntülərdə müəyyənləşən məişət münasibətləri gündəmindən – düşməyə qoymayan, tarixin arxivinə verilməkdən saxlayan başlıca məqam saxtalaşdırılmış dini yozumlardan su içməsi ilə şərtlənir. Bu yazıdan məqsədim gericil müsəlman ailələrində ərin öz zövcəsinə əl qaldırması kimi kobudluğun “dini” mündəricəsini aşkarlamaqdır.

Mətləbə ilahiyyat Ardı »

Qadın və Din Xanım Fatimə (s.ə) buyurub..

Xanım Fatimə (s.ə): “Atam Peyğəmbər (s) mənə dedi: “Ey atasının dostu, hər bir məstedici haramdır. Və hər məstedici şərabdır””.

Xanım Fatimə qadınlar üçün ən gözəl şeyin nə olduğu barəsində buyurub: “(Qadınlar üçün ən yaxşısı) kişiləri görməmələri və kişilərin də onları görməmələridir”.

Xanım Fatimə (s.ə): “Öz xalis ibadətini Allaha tərəf göndərən insana Allah da ən yaxşı fayda və mənfəətini göndərər”.

Xanım Fatimə (s.ə) Allah Rəsulunun (s) ona belə buyurduğunu nəql edir: “Ey Fatimə, sənə salavat göndərənin Allah günahlarını bağışlasın və onu Cənnətin harasında oluramsa olum, mənə qoşsun”.

Xanım Fatimə (s.ə): “Peyğəmbəri-Əkrəm (s) buyurdu: “Mən kimin mövlasıyamsa, Əli (ə) də onun mövlasıdır, mən kimin rəhbəriyəmsə, Əli (ə) Ardı »

Qadın və Din İslam ölkəsində qadın. Benəzir Bhutto

Şərqdə qadına münasibət, onun nəinki ailədi, hətta siyasi meydanda fəaliyyəti sübut eləyir ki, qadına qarşı son dərəcə diqqətli, həssas olmaq gərəkdir. Qadın-arvad ailədə ərinin, uşaqlarının xidmətində (qulluğunda) dayanan varlıqdır, intim münasibətə yad deyil, bu onun qadınlıq xislətidir. Tarixdə belə qadınlarımız saysızdır. Çağdaş dünyamızda isə... Bir məşhur adı xatırlayaq. Benəzir Bhutto. O, 1987-ci ildə ərə getdi. Pakistanlı B. Bhutto şərqli ailəsinə məxsus tərbiyə almışdır. Valideynləri sevərək evlənmişdilər. Bunun şübhəsiz ailədə uşaqlara müsbət təsiri vardı. Elə görünməsin ki, zahirən xoşagəlimli olan bu qız sevgiyə biganədir, başı təhsilə, siyasətə qarışdığından tələsmir. Xeyr, hər bir qıza xas mənəvi fiziki istək onun da qapısını döyməlidir.Benazir BhuttoBaxmayaraq Ardı »