beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hicab ismətdir

Örtünmək (hicab geymək) Uca və Qüdrətli Allaha, həmçinin Onun Peyğəmbərinə (s.a.v.) itaət deməkdir.
Uca Allah Özünə və Rəsuluna (s.a.v.) itaət etməyi hamıya buyurmuşdur: «Allah və Peyğəmbəri bir işi hökm etdiyi zaman heç bir mömin kişiyə və qadına öz işlərində başqa yol seçmək (ayrı cür hərəkət etmək) yaraşmaz. Allah və Onun Peyğəmbərinə asi olan kəs, şübhəsiz ki, haqq yolundan açıq-aydın azmışdır» (əl-Əhzab, 36).

Uca və Qüdrətli Allah deyib: «Amma xeyr! (Ya Məhəmməd!) Sənin Allahına and olsun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim (münsüf) təyin etməyincə və verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan sənə tam bir itaətlə boyun əyməyincə (həqiqi surətdə) iman gətirmiş olmazlar» (ən-Nisa, 65).
Uca Allah qadınlara hicab geyməyi əmr edib: «Mömin qadınlara de ki, gözlərini haram buyrulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar): öz-özlüyündə görünən (əl, üz) istisna olmaqla, zinətlərini (zinət yerləri olan boyun, boğaz, qol, ayaq və s. naməhrəmə) göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər...» (ən-Nur, 31).
Uca Allah həmçinin deyib: «Evlərinizdə qərar tutun. İlkin Cahiliyyət dövründəki kimi açıq- saçıq olmayın (Bər-bəzəyinizi taxaraq evdən çıxıb özünüzü, gözəlliyinizi yad kişilərə göstərməyin!) (əl-Əhzab, 33).
Allah təala deyib: «...Onlardan (Peyğəmbərin zövcələrindən) bir şey soruşduqda, pərdə arxasından soruşun. Bu həm sizin, həm də onların ürəklərinə daha çox təmizlik bəxş edər...» (əl-Əhzab, 53).
Qadir Allah həmçinin deyib: «Ya Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin övrətlərinə de ki, (cariyələrə oxşamasınlar deyə,

bədənlərini başdan ayağa gizlədən) çarşablarını örtsünlər...» (əl-Əhzab, 59).

Allah Rəsulu deyib: “Qadın– övrətdir”. Bu, o deməkdir ki, onun üstünü örtmək lazımdır.

HİCAB – İSMƏTDİR

Uca Allah hicabı qadınlar üçün paklıq simvolu etmişdir: «...Bu onların tanınması (cariyə deyil, azad qadın olduqlarının bilinməsi) və onlara əziyyət verilməməsi üçün daha münasibdir...» (əl-Əhzab, 59).
Uca və Xeyirxah Allah yaşlarının çoxluğuna görə şəhvət hissi doğura bilməyən ahıl qadınlara örtüklərini çıxarmağa, üzlərini və əllərini açmağa izn vermişdir. Uca Allah deyib: «Ərə getməyə ümidi qalmayan yaşlı qadınların qadağan olunmuş zinət yerlərini (naməhrəmə) göstərmədən üst paltarlarını (çarşab, niqab və s.) çıxarmasında günah yoxdur...»
Ardıyca Allah təala onlar üçün daha xeyirlisini dəqiq göstərir: «...Bununla belə, (həmin geyimləri soyunmaqdan) çəkinmələri onlar üçün daha yaxşıdır. Allah (hər şeyi) eşidən və bilindir! (ən-Nur, 60).
Beləliklə Allah təala hicabın ismət rəmzi olduğunu elan edir və onu hətta yaşlı qadınlara da məsləhət görür. Əgər belədirsə, cavanlar haqqında nə demək olar?

HİCAB — TƏMİZLİKDİR

Uca Allah deyib: «...Onlardan (Peyğəmbərin zövcələrindən) bir şey soruşduqda, pərdə arxasından soruşun (evlərinə daxil olməyın). Bu həm sizin, həm də onların ürəklərinə daha çox təmizlik bəxş edər ...» (əl-Əhzab, 53).
Allah təala hicabı mömin kişilərin və mömin qadınların qəlblərinin təmizliyi kimi təsvir etmişdir, belə ki, göz görməsə könül istəməz. Əgər göz nəyisə görürsə, könül istəyə də bilər, istəməyə də. Belə çıxır ki, nə qədər az görsən qəlbin bir o qədər təmiz olar. Hicab da qəlblərində mərəz olanların şəhvətlərinin qarşısını alır: «...Yad kişilərlə yumşaq (əzilə-əzilə) danışmayın, yoxsa qəlbində mərəz olan tamaha düşər (əl-Əhzab, 32).

HİCAB – ÖRTÜKDÜR

Peyğəmbər (s.a.v.) deyib: “Uca Allah həyalı, örtülüdür və O, həyalı və örtülüləri sevir”. O, həmçinin demişdir: “Uca və Qüdrətli Allah paltarlarını öz evlərindən başqa yerdə soyunan qadınları lənətləmişdir”.

HİCAB – TƏQVADIR

Uca Allah deyib: «Ey Adəm övladları! Sizə ayıb yerlərinizi örtəcək bir geyim və bir də bəzəkli bir libas nazil etdik. Lakin təqva libası daha yaxşıdır. Bu, Allahın ayələrindəndir ki, bəlkə, öyüd-nəsihətə qulaq asasınız» (əl-Əraf, 26).

HİCAB – İMANDIR

Qüdrətli və Uca Allah hicab haqda buyurarkən yalnız mömin qadınlara müraciət edirdi. O deyib: «Mömin qadınlara de ki...» (ən-Nur, 31). «...və möminlərin övrətlərinə de ki...» (əl-Əhzab, 59).
Bəni Tamim qəbiləsindən olan qadınlar möminlərin anası Aişənin (r.a.) yanına nazik paltarlarda gəldikdə Aişə onlara dedi: “Əgər siz möminsinizsə bu paltar möminlər üçün deyil. Yox əgər siz mömin deyilsinizsə onda onlardan həzz alın”.

HİCAB — HƏYADIR

Rəsulullah (s.a.v.) deyib: “Hər bir dinin öz xüsusiyyəti var. İslamın xüsusiyyəti– həyadır”
O, həmçinin deyib: “Həya imandandır, iman isə Cənnətdədir...”.
Peyğəmbər (s.a.v.) deyib: “Həya ilə iman bir-biriylə qırılmaz əlaqədədir əgər bunların birini yox etsən, o birisi özbaşına yox olar”.
Möminlərin anası Aişə (r.a.) belə rəvayət edirdi: “Mən Rəsulullahın (s.a.v.) və atamın dəfn olunduqları evə girəndə öz üst paltarımı çıxarıb deyərdim: “Bunlar mənim ərim və atamdır”. Amma Ömər də burada dəfn edildikdən sonra mən evə çarşabla girirdim, çünki Ömərdən utanırdım”. Bu onu göstərir ki, hicab qadın xilqətində olan utancaqlıqla uzlaşır.

HİCAB QADININ NAMUSUNU QORUYUR

Hicab həmçinin, arvadına və ya qızına dikəlmiş günahkar baxışları qəbul etməyən normal, sağlam düşüncəli kişinin qadının namusunu qorumaq kimi təbii hissləri ilə də təmamilə uzlaşır. Qadın namusunun qorunması və onun toxunulmazlığı cahiliyyət dövründə də, İslam dövründə də neçə-neçə qanlı konfliktlərin səbəbi olmuşdur! Əli (r.a.) demişdir: “Mən eşitmişəm ki, sizin arvadlarınız topa-topa xaricdən gəlmiş gənc kafir tacirlərin yanına gedir və bazarlarda onlarla sürtüşürlər. Məgər bu sizi heç utandırmır?”. Öz arvadının namusunu qorumayan nakişidir!

ÖZÜNÜ NÜMAYİŞ ETDİRMƏYİN ZİYANLARI
Özünü nümayiş etdirmə Allaha və Onun Rəsuluna (s.a.v.) asi olmaq deməkdir.
Həqiqətən, Allaha və Onun Rəsuluna (s.a.v.) tabe olmayan yalnız özünə zərər vurur, bunun Allaha heç bir ziyanı yoxdur. Rəsulullah (s.a.v.) demişdir: “Mənim bütün ümmətim Cənnətə düşəcək, yalnız bundan imtina edənlərdən başqa”.
Ondan soruşurlar: “Ya Peyğəmbər! Bundan kim imtina edəcək ki?” Allahın Rəsulu (s.a.v.) belə cavab verir: “Kim mənə tabe oldusa Cənnətə düşəcək, kim ki, itaət etmədi- Cəhənnəmlikdir”.

ÖZÜNÜ NÜMAYİŞ ETDİRMƏK BÖYÜK GÜNAHDIR

Uməymə bint Ruqəyqə şahadət gətirmək üçün Rəsulullahın (s.a.v.) yanına gəlir. Peyğəmbər (s.a.v.) deyir: “Mən sənin Allaha heç bir şərik qoşmayacağına, oğruluq etməyəcəyinə, zinakar olmayacağına, uşaqlarını öldürməyəcəyinə, böhtan atmayacağına, qeybət etməyəcəyinə, qəbrlərin üzərində ağı deməyəcəyinə və özünü nümayiş etdirməyəcəyinə körə gətirdiyin şəhadəti qəbul edirəm”.
Bununla Peyğəmbər (s.ə.v) özünü nümayiş etdirməyi ən böyük günahlara aid etdi.

ÖZÜNÜ NÜMAYİŞ ETDİRƏNİ ALLAH ÖZ MƏRHƏMƏTİNDƏN MƏHRUM EDİB LƏNƏTLƏYİR

Rəsulullah (s.a.v.) deyib: “Axırda (qiyamət yaxınlaşanda) mənim ümmətimdə başları dəvənin əyilmiş donqarlarına oxşar geyimli və eyni zamanda geyinmiş çılpaq qadınlar olacaq. Onları lənətləyin, çünki onlar lənətlənmişlər”.

ÖZÜNÜ NÜMAYİŞ ETDİRMƏK CƏHƏNNƏM ƏHLİNİN XÜSUSİYYƏTİDİR

Allahın Rəsulu (s.a.v.) deyib: “Mənim görmədiyim iki cür cəhənnəm əhli var: əllərində inəyin quyruğuna oxşayan qamçı ilə insanları vuran kişilər və başları dəvənin əyilmiş donqarlarına oxşar süslənmiş geyimli, lakin çılpaq qadınlardır ki, başqalarını da bu işə dəvət edirlər. Onlar Cənnətə düşməyəcəklər və hətta onun xoş qoxusu uzaqdan hiss olunduğu halda onlar onu duymayacaqlar».

ÖZÜNÜ NÜMAYİŞ ETDİRMƏK AXİRƏT GÜNÜ QARANLIQ VƏ ZÜLMƏT DEMƏKDİR

Peğəmbər (s.a.v.) demişdir: “Öz gözəlliyini özgəlirnə göstərən qadın Axirət Günü işıq üzü görməyən vahiməli zülmətə bənzəyir” .
Hədisin mənası budur ki, həyasız və paltarını təkəbbürlə geyinən qadının Axirət günü siması qara olacaq, sanki o vahiməli zülmətdən yaranmış kimi onu təcəssüm etdirəcək. Bu hədis səhihliyinə görə zəif olsa da, onun mənası təmamilə düzgündür. İş burasındadır ki, günahlı ləzzətin əvəzi zülm, rahatlığın-əziyyət, bolluğun-aclıq, firvanlığın- məhrumiyyət, ətrin-çürümə (leş iyi), işığın isə, — zülmətdir. Və əksinə, oruc saxlayanın ağzından gələn xoşagəlməz qoxu və şəhid qanı Axirətdə müşk iyindən üstün tutulacaq.

ÖZÜNÜ NÜMAYİŞ ETDİRMƏK RİYAKARLIQDIR

Rəsulullah (s.a.v.) deyib: “Sizin qadınlarınızdan ən yaxşıları – sevənlər, gülərüzlülər, doğanlar, yumşaq xasiyyətlilər və dərdə şərik olanlardır, əgər Allahdan qorxandırlarsa. Qadınlarınızdan ən pisləri isə özlərini nümayiş etdirənlər və təkəbbürlü yalançılardır və Cənnətə onlar ağ qarğalar tək düşə bilərlər”.
Ağ qarğa ifadəsini Peyğəmbər (s.a.v.) məcazi mənada ona görə işlədib ki, belə qadınların Cənnətə nadir hallarda düşə biləyəcəyini vurğulasın, çünki təbiətdə ağ qarğalar- albinoslar tək-tükdür.

ÖZÜNÜ NÜMAYİŞ ETDİRMƏK ƏDƏBZİZLİKDİR

Yuxarıda dediyimz kimi qadın-övrətdir, övrəti isə açıb göstərmək alçaq və iyrənc bir işdir. Uca Allah deyib: «Ədəbsizlik etdikləri zaman: “Atalarımızı belə gördük. Bunu bizə Allah əmr etmişdir” — deyərlər. De ki, Allah ədəbsizlik əmr etməz. Allaha qarşı bilmədiyiniz şeyimi deyirsiniz?» (əl-Əraf, 28).
İnsanı alçaq işlərə sövq edən məhz şeytandır: «Şeytan sizi yoxsulluqla qorxudaraq alçaq işlərə sövq edər...» (əl-Bəqərə, 268).
Özünü nümayiş etdirən qadın islam cəmiyyətində ədəbsizlik toxumu səpən qorxulu və ziyanverici bir virus daşıyıcısıdır. Uca Allah deyib: «Möminlər arasında pisliyi yaymaq istəyənlənri dünyada və axirətdə şiddətli əzab gözləyir. Allah bilir, siz bilməzsiniz!» (ən-Nur, 19).

ÖZÜNÜ NÜMAYİŞ ETDİRMƏK ŞEYTANIN YOLUDUR

Adəmlə Həvvanın şeytanla münasibətləri tarixi, bizə Allahın düşməni olan İblisin ayıb yerləri açmaq, geyimləri çıxartmaq və hər yerdə ziyankarlıq etmək kimi niyyətlərini açıb göstərir. Qüdrətli Allah deyib: «Ey Adəm oğulları! Ayıb yerlərini özlərinə göstərmək üçün libaslarınızı soyundurub valideyninizi (Adəm və Həvvanı) Cənnətdən qovdurduğu kimi, şeytan sizi də aldadıb yoldan çıxartmasın» (əl-Əraf, 27).
Beləliklə, özünü nümayiş etdirmək və libası soyunmaq çağırışının banisi İblisdir. Məhz o, indi «azad qadın» adlandırılan hərəkatın rəhbəridir. Şeytan Rəhimli Allaha asi olmqda ona tabe olanların hamısının başçısıdır. Bu, ilk növbədə özünü nümayiş etdirən, müsəlmanlara ziyan vuran və onların gənclərini yoldan çıxaran əxlaqsız qadınlardır. Peyğəmbər (s.a.v.) deyib: “Mən özümdən sonra kişiləri yollarından azdıra bilən qorxulu bir şey saxlamamışam– qadınlardan başqa”.

ÖZÜNÜ NÜMAYİŞ ETDİRMƏK ƏVVƏLKİ ÜMMƏTLƏRİN METODUDUR

Yəhudilər xalqların dağıdılmasında qadın gözəlliyindən istifadə etməkdə böyük təcrübələri var. Bütün dünyaya səpələnmiş çoxsaylı yəhudi təşkilatlarının ən etibarlı silahlarından biri də qadın cazibədarlığıdır. Axı, hələ Peyğəmbər (s.a.v.) deyib: “Fani dünyaya və qadınlara münasibətdə ehtiyatlı olun, belə ki, israil övladlarının arasında ilk fitnəyə səbəb qadınlar olmuşdu”.
Onların kitablarında göstərilir ki, Qüdrətli Allah Sionun qızlarını nazlanmaqlarına və öz gözəlliklərini nümayiş etdirdiklərinə görə cəzalandırmışdı. İsayi(vi) kitabının üçüncü bölməsində deyilir: «Həqiqətən Allah Sionun qızlarını nazlandıqlarına, ayaqlarındakı halqaları və bilərziklərini təkəbbürlə cingildətdiklərinə görə cəzalandıracaq. Allah onların bütün halqalarını və bilərziklərini qoparıb, hörüklərini və saç düzümlərini açaraq sırğalarını, boyunbağlarını, örtüklərini, zolaq və sarğılarını çıxaracaq».
Rəsulullahın (s.a.v.) kafirlərə (müşrüklərə) oxşamamaq və qadınlara münasibətdə onların qaydalarıyla getməmək nəsihətinə baxmayaraq, müsəlmanların çoxu bu xəbərdarlığa fikir vermədi. Beləliklə, Rəsulullahın (s.a.v.) dediyi həyata keçdi: “Siz öz sələflərinizin yolunu ciddi-cəhdlə davam edəcəksiniz. Hətta, onlar kərtənkələ yuvasına girsələr belə siz onların ardınca gedəcəksiniz”. Camaat soruşur: “Bu, yəhudilər və xaçpəmrəstlərdir?». Peyğəmbər (s.a.v.) cavab verir: “Başqa kim olacaq?”.
Allaha və Onun Rəsuluna (s.a.v.) asi olub, yəhudilərin və xaçpərətlərin yoluyla gedən qadınlar, Allahın hökmünü «Eşidirik və itaət etmirik» sözləriylə qarşılayaraq Allahın qəzəbinə tuş gəlmiş qadınlara necə də oxşayırlar! Onlar Allahın əmrini eşidərək «Eşidirik və itaət edirik» deyən əsl müsəlman qadınlardan necə də uzaqdırlar!
Uca Allah deyib: «Hər kəs özünə doğru yol aşkar olandan sonra Peyğəmbərdən üz döndərib möminlərdən qeyrisinin yoluna uyarsa, onu istədiyi (özünün yönəldiyi) yola yönəldər və Cəhənnəmə varid edərik. Ora necə də pis yerdir!» (ən-Nisa, 115).

ÖZÜNÜ NÜMAYİŞ ETDİRMƏK CAHİLİYYƏTİN ÜFUNƏTİDİR

Uca Allah deyib: «Evlərinizdə qərar tutun. İlkin Cahiliyyət dövründəki kimi açıq-saçıq olmayın» (əl-Əhzab, 33).
Peyğəmbər (s.a.v.) Cahiliyyət dövrünün imdad haraylarını (Cahiliyyət dövründə təhqir olunmuş adam öz tayfasını və ya müttəfiqlərini (şüvən salıb) uca səslə köməyə çağırırdı, onlar isə səsə hay verib onun müdafiəsinə qalxırdılar ki, bu da qəbilələr arasında uzun müddətli müharibələrə səbəb olurdu) murdar və iyrənc adlandırmış və bizə bu dövrü rədd etməyi əmr etmişdi. Quranda Rəsulullah (s.a.v.) barədə deyilir: «...onlara yaxşı işlər görməyi buyurar, pis işləri qadağan edər, təmiz (pak) nemətləri halal, murdar (napak) şeyləri haram edər...» (əl-Əraf, 157).


Tarix: 22.01.2015 / 11:27 Müəllif: Aziza Baxılıb: 348 Bölmə: Qadın və Din