beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadının yaradılışı və müasir cəmiyyətdə rolu

Qadın yaxşı bir ana, yaxşı bir yoldaş, mərhəmət timsali, şəfqət abidəsi və hamısından əhəmiyyətlisi ‘‘Allahın insanlığa rəhməti’’ dir. Bu ucalıqlara sahib olan belə bir varlığı yenidən oxumaq və İslamın ona verdiyi uca dəyərləri yenidən canlandırmaq üçün, ən son din olan İslam dininin uca dəyərlərini araşdırmamız lazımdır.

Bu məqalədə Allahın insan olaraq yaratdığı varlıqlar içərisində iştirak edən qadının şəxsiyyəti və ucalığını ələ alaraq ona İslamın verdiyi gerçək dəyəri ələ almağa çalışacağıq.

Uca Allah hər şeyi cütüylə yaratmışdır. Kainata baxdığımızda gördüyümüz hər şeyin bir cütünü də bərabərində görərik. Bu yaradılışın qanunu, Allahın qurduğu bir sistemdir. Xüsusilə canlılar aləmində hər şeyin bir cütü olduğu kimi hər şeyin dişisi də mövcuddur. Bu yaradılış sisteminin ən yaxşı şəkildə işləməsini təmin edən təməl ünsürlərdən biridir. Allah hər şeyi bir nizam və ölçü içərisində yaratmışdır. “Rəbbimiz! Sən bunu boşuna yaratmadın.”(Ali İmran sürəsi 191).

“Məgər (müşriklər) yerlə göy arasında (uçaraq Allaha) ram olmuş quşları görmürlər?! Onları (havada) yalnız Allah saxlayır (bütün hərəkətlərini ancaq Allah idarə edir). Həqiqətən, bunda möminlər üçün ibrətlər vardır!”.(Nəhl sürəsi 79)

Uca Allah göydə uçan quşlara, yerdə gəzən qarışqalara baxıb ibrətlər götürməmizi və dərslər çıxarmamızı tövsiyə edir. Allahın yaratdığı hər şeydə düşünən və ağılını işlədən insanlar üçün bir dərs və ibrət vardır. Eyni şəkildə bizləri yaradan Allah öz yaradılışımızda da nə qədər ibrət və dərslərin olduğunu və bunları düşünməmizi nəsihət etməkdədir. Əgər düşünsək əsla qadının özünü “niyə qadın olaraq yaradıldım?” deyərək alçaltmasının əsla doğru və islami bir davranış olmadığını görərik.

İslamiyyət qadını batdığı zillət bataqlığından qurtararaq izzətin zirvəsinə çatdırmaqdadır. “Ey insanlar! Biz sizi bir kişi və bir
qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız (kimliyinizi biləsiniz) deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Üstünlük təqvadadır. Təqvalı kim olursa olsun üstün sayılmışdır. Bizdə isə maddi gücə sahib olan kişinin üstün olduğu göz qarşısında tutulmuş amma İslam bu fikiri yıxmağa çalışmışdır. Üstünlük təqvadadırsa və Allahın ayələri hər kəsə aiddirsə və qadın da çəkinirsə mələklərin dərəcəsinə hətta daha üstünə çıxa bilər deməkdir. Çəkinməyən kişi necə olur ki, çəkinən qadından üstün ola bilər? Kişi çəkinmirsə “aşağıların ən aşağısı” halına düşürsə necə olur ki Allahın alçaq etdik dediyini biz ən üstün tuta bilərik.? Eyni şəkildə aşağıların ən aşağısına düşən qadını necə olar da ucaların ucasına çıxara bilərik. İnsanlar istər qadın olsun istər kişi təqvaları ölçüsündə qiymətləndirilməlidirlər və layiq olduqları dəyərləri onlara verən İslam olmalıdır. Hz. Əlinin buyurduğu kimi “İnsanların ən ağıllısı, Allaha ən yaxın olan kimsədir” Allaha ən yaxın
olan kimsə ən çox qorunan kimsə deməkdir. Allaha görə ağıllılığın dəyəri təqva ölçüsündədir.

Qadına edilən zülm və işgəncə, onu alçaldan hər cür söz və hərəkət, həqarət, onu xor və zəlil görmək, kişidən aşağı görmək, onu təhqir etmək nəhayət özünə edilməsini istəmədiyini qadınına etməsi və layiq görməsi bunların hamısı cahiliyyə davranışlarının qalıqlarıdır. Quran isə bu cür davranışları şiddətlə qınamış və hesabının soruşulacağını açıqca bəyan etmişdir: “Diri-diri torpağa gömülən körpə qızdan: “Axı o hansı günaha görə öldürüldü?” soruşulacağı zaman.” (Təkvir sürəsi 8-9.)

“Kişilərin öz qazandıqlarından öz payı, qadınların da öz qazandıqlarından öz payı vardır. (Dilədiyiniz şeyi) Allahın lütfündən (mərhəmətindən) istəyin! Şübhəsiz ki, Allah hər şeyi (olduğu kimi) biləndir.” (Nisa sürəsi 32) ayəsiylə kişilərlə arasındakı fərqi qaldıran İslam, digər tərəfdən də qadınlara görüş ifadə etmə və səs vermə haqqını tanımaqdadır. Allah Elçisi (s.a.s.) Qurani Kərimin əmri ilə qadınlardan beyət alaraq və onları qəbul edərək onlara bu haqqı əsrlər əvvəl vermişdir: “Sənə beyət etmək üzrə gəldikləri zaman, onları qəbul et.” (Mümtəhinə sürəsi 12). İmam Əli (ə.s) “Ey insanlar! Şübhəsiz Adəm nə qul və nə də nökər doğulmuşdur. Bütün insanlar (qadın və kişi) azaddır.” və “kimsənin köləsi olma çünki Allah (c.c.) səni azad yaratmışdır.” deyərək insana azadlığını öyrətməkdə, bu mövzudakı hər cür tərəddüdü ortadan qaldırmaqdadır.

Uca Allah, qadını ilahi risalətin gözətçisi və islami hökm və ədəbin bəyan edicisi etmiş və kişilərə bir əmanət olaraq vermişdir.


Tarix: 22.01.2015 / 11:27 Müəllif: Aziza Baxılıb: 213 Bölmə: Qadın və Din