beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hicab geyməmə bəhanələri və cavablar

1. Başımı örtmək istəyirəm, amma qabaqcadan buna əmin olmalıyam.
"Quranda bu haqda qəti əmr var, məgər bu, səni qane etmir?"

2. Örtünməli olduğumu bilirəm, ancaq gələcəyimi də düşünməliyəm.
"Gələcək ölümdür, heç onu düşündünmü?"

3. Allah məni başıaçıq olsam belə, yenə sevəcək.
"Səni sevsə də, sənə "günahkar qulum" deyəcək və sən Onun yanında günahkar bir bəndə olaraq qalacaqsan"

4. Başıörtülüyəm, ancaq ailəm məktəbə getməyim üçün başımı açmağımı istəyir.
"Unutma! Ailən səni cəhənnəm atəşindən xilas edə bilməyəcək."

5. Heç gənc yaşda da insan başını örtərmi? Yaşlananda örtərəm.
"Sabah ölməyəcəyinə dair əlində bir sənədin varmı?"

6. Yenidən başımı açacağımdan qorxduğum üçün örtünmürəm.
"Əvvəl örtün, sonra bu haqda fikirləşərsən."

7. Sərbəstliyimin əlimdən alınacağından qorxduğum üçün başımı örtmək istəmirəm.
"Allahın hüzurunda sərbəst ola biləcəksənmi?"

8. Əsas olan qəlbin təmizliyidir, baş bağlamaq əsas deyil.
"Qəlbin təmizliyi təkbaşına günahın qarşısını ala bilməz."

9. Evləndikdən sonra mütləq hicab geyəcəyəm.
"Evlənəcəyindən əminsənmi?"

10. Gözəlliyimi hamı görsün deyə, örtünmək istəməmişdim.
"Kaş ki, bu gözəlliyini öz həyat yoldaşına nümayiş etdirəydin!"



11. Əgər başımı bağlasam, gərək dinimizin əmr etdiyi başqa ibadətləri də yerinə yetirim.

"Çox gözəl! Onsuz da bir vaxt başlamaq məcburiyyətində qalacaqsan."

12. Başımın açıq olması məni dindən çıxartmır.
"Dindən çıxmasan da, günahkarsan. Üzərində israr edilən günah isə sahibini daha da uçuruma yuvarlayar."

13. Hicab geymək üçün hələ hazır deyiləm.
"Qəribədir! Öldükdən sonramı hazır olacaqsan?"

14. Hansı zamanda yaşayırıq, indi heç hicablanmaq zəmanəsidirmi?!
"Günahın dünəni-bugünü yoxdur. Quranın göstərişləri bütün dövrlər üçündür"

15. Qismət! Bir gün görərsən, biz də başımızı bağlamışıq.
"İnşallah! Amma tələs. Unutma ki,ölüm gözləmədiyin bir anda səni yaxalayacaq."

16. Əsas odur ki, bədənin başqa əzaları görünməsin.
"Deməli, düşünürsən ki, günah sadəcə bədənin başqa əzalarının açılmasına görə qazanılır."

17. Nə qədər yoxladım alınmır. Başımı bağladığım zaman sanki boğuluram.
"Əlbəttə, bunun üçün güclü iman tələb olunur."

18. Başımı bağlasam, heç zaman ərə gedə bilməyəcəyəm.
"Açıq-saçıq geyindiyinə görə, səninlə evlənmək istəyən kişidən bəs, nə gözləyirsən?"

19. Məktəb və unuversitetdə tələbə yoldaşlarıma dini təbliğ etməli olduğum üçün başımı açmalıyam. Bununla da dinimə xidmət edəcəyəm (Bu hal hicaba vurulan zərbələrin ən təhlükəsidir!).
"Deməli, özünə xidmət etmək istəmirsən"

20. Hicab geymək içimdən gəlmir.
"Ancaq günah işləməyə çox həvəslisən."

21. Başıörtülü qızlar istənilən səviyyədə başqalarına nümunə ola bilmirlər.
"Sən örtün və onlara nümunə ol!"


Tarix: 22.01.2015 / 11:25 Müəllif: Aziza Baxılıb: 141 Bölmə: Qadın və Din