beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Rusiyalı filosof Azərbaycandakı hicab qadağasının iyrənc tərəflərini araşdırıb

Azərbaycanda dünyəvi, amerikayönlü rejim İslam qanunlarına riayət edən, müsəlman xanımların açıq-aşkar təqib etməyə başlayıb. Ölkənin Təhsil Nazirliyi "dinin məktəbdən ayrı olmasını”, "məktəbdə vahid geyim formasını” əsas gətirərək, məktəblərdə hicabı qadağa edib. İnanclı insanlar isə inanırlar ki, hicabın geyilməsi şəxsi bir seçim olaraq, "dinin dövlətə qarışmasına” gətirib çıxarmır və yalnız insanın vicdan azadlığını həyata keçirən bir prinsipdir.
Təəssüflər olsun ki, hicab geyinən qadınların təqibi yeni bir problem deyil. "Antihicab qanunlar” Avropanın bəzi ölkələrində çoxdandır ki KİV-də və cəmiyyətin geniş dairələrində kəskin müzakirə predmetidir. "Dünyəviliyin qorunması” altında Fransada dini geyimdə orta məktəblərə və dövlət qurumlarına gəlmə qadağası, bu yaxınlarda Belçikada baş verən "antihicab dalğası” – bunlar hamısı liberal və postxristian sivilizasiyanın hicaba bir dini, mədəni simvol kimi ədavət bəsləməsinin göstəricisidir.
Qeyd etmək lazımdır ki, hicaba olan təqib son 10-15 ilin tendensiyası deyil. Hələ keçən əsrdə qərbyönlü ateist rejimlər tərəfindən, islam örtüyünə yönəlmiş, daha da iri həcmli kampaniyalar islam ölkələrində həyata keçirilirdi. Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürk nəinki hicaba, hətta baş geyimi olan feskaya da amansız müharibə elan etmişdi. Həmçinin İran şahı Məhəmməd Rza Pəhləvi də hicabla mübarizə aparırdı.
Amma bunun 1979-cu ildə nə ilə nəticələndiyi hamıya yaxşı məlumdur. Məhz elə qara çadralarda və eleqant mantolarda olan qadınlar islam inqilabının ilhamlandırandan oldu. Məhz elə həmin qadınlar kişilər ilə birgə mərdlik ilə amerikayönlü, ateist şah rejiminə qarşı meydanlara çıxırdı, məhz elə onlar islam inqilabında lüt əllərlə tankların qabağına çıxan qəhrəmanlarını və məzlumlarını tərbiyə edən oldular.
Və burada Azərbaycanın qərbyönlü siyasətçilərə düşünməyə dəyər, o siyasətçilər ki cəmiyyəti "əgər biz hicab ilə mübarizə aparmasaq, Azərbaycanda İran sayağı qayda-qanunlar qoyulacaq” kimi ifadələr ilə qorxudur. Bu həqiqətən o dərəcədə pisdirmi, bu ayrı bir mövzudur. Çünki biz İranın müxtəlif sahələrdə (təhsil, elm, tibb, incəsənət) olan müvəffəqiyyətləri ilə tanış olsaq və onları müasir, dünyəvi Azərbaycan ilə müqayisə etsək, düşünürəm ki bu müqayisə Azərbaycanın xeyrinə olmayacaq.
O ki qaldı Türkiyəyə, burada da on illərlə islama qarşı aparılan mübarizə atesitlərin arzu etdikləri nəticələrə gətirib çıxarmadı. İranda olduğu kimi, Türkiyədə islam inqilabı baş verməsə də belə, islamyönlü qüvvələr, uzun illər öz dini dəyərlərinə görə təqib olunan əhalinin dəstəyi sahəsində, öz nüfuzlarını hakimiyyətin ali eşelonlarında artırırlar. Bu günlərdə Türkiyədə İslam dəbinin və halal turizmin bir sənayesi yaradılır. Dövlətin birinci xanımı hicabın ən yeni formalarını ictimaiyyətə təqdim edir. Çox rəngli hicablarda olan xanımlar, artıq tez-tez plakatlardan bizə gülümsəyirlər. Türkiyədə olan zamanı başa düşürsən ki, bu dövlət orta statistik olan xanımın bir zahiridir. Əgər hicab məhz elə "köhnəpərəst” qohumların istəyi olsaydı, məgər türk qadınları (dövlət tərəfdən təhsil almaq və işləməyə yönələn bütün maneələrə və narahatlıqlara baxmayaraq) on illərlə bu mühüm islam praktikasının dalınca gedərdilərmi? Sözdə guya qadınların hüquqlarını qoruyan qanunlar, əslində hicaba qarşı olan qanunlardır. Təcrübədə fundamental hüquqları pozan və İslamın qadağa etmədiyi sahələrdə özünü reallaşdırmağa süni maneələr yaradan bir təqiblərdir.
Amma müsəlman şərqində laisizimin (dinlərarası əlaqələr – red.) qalası olan Türkiyədə sərt, ateist, məğlubedilməz sayılan qanunlardan imtina olunduğu zaman (qeyd etmək lazımdır ki, bunun üçün nə inqilab, nə çevriliş, nə də ki əsaslı islahatlar lazım olmadı), Azərbaycan, öz ibadəti ilə məşğul olan müsəlman qadınların hüquqlarını tapdalayan dövlətlərdən ibarət biabırçı siyahını artırmağa üstünlük verdi. Həm də nəzərə almaq lazımdır ki, söhbət müsəlmanları immiqrant olmayan və əhalisinin böyük hissəsini təşkil edən dövlətdən gedir. Böyük əksəriyyəti şiə olan müsəlmanlara bu kədərli fakta təəccüblənmək lazım deyil. Yezidin, Müaviyyənin və bir çox onların tərəfdarlarının ərəb və "etnik müsəlman” olmaları məlumdur və bu onlara ən vəhşi metodlarla Peyğəmbərin şəriəti, onun Əhli-beyti, onların tərəfdarları ilə mübarizə aparmağa maneçilik törətmirdi.
İmam Əlinin (ə) müdrik kəlamlarından birində deyilir: "Yaxınları rədd edən şəxsi, yadlar qəbul edər”. Öz dövlətində hakim səlahiyyətlilər və antiislam həvəsli olan həmvətənləri tərəfindən dəstək görməyən Azərbaycan müsəlmanları, hərtərəfli böyük, çoxmillətli, öz təcrübəsində hakimiyyət tərəfindən analoji təqibi hiss edən, dünyanın islam ümmətinin dəstəyinə güvənə bilər.
Gəlin, müflisliklərini göstərmək üçün, azərbaycanlı hicab düşmənlərinin arqumentlərini ətraflı nəzərdən keçirək.
Birinci arqument ondan ibarətdir ki, "hicab taxan qadınlar, yalandan öz dindarlığını nümayiş etdirərək digər "qəlbində inamı olan” qadınlardan üstün olmalarını göstərmək istəyirlər”. Hicab tənqidçilərinin fikrincə, yaylığın taxılması həqiqi inama aidiyyatı olmayan və öz dindarlığını göstərməkdən başqa bir şey deyil. Hətta digərləri, yazıçı-publisist Elmira Axundova kimiləri deyirlər ki, hicab İrandan və türk seriallarından gətirilən bir dəbdir.
Bu tamamilə əsassız və həqiqəti təhrif edən bir arqumentdir. Hicab heç də dəb və "dindarlığı əks etdirən” bir əsas deyil. Hicab şəriətin namaz qılmaq, oruc tutmaq, içkidən və donuz ətindən çəkinmək kimi vacib buyurduğu hökmdür. Bu vacibatı şəriət bir tərəfdən qadına buyurur, digər tərəfdən isə "sivil ölkələrin” sakinlərinin yalnız arzu etdikləri hüquqları qadına əta edir. Bura kişinin yoldaşını və uşağını hər bir şeylə təmin etmək və sair hüquqlar daxildir.
Bütün islam alimləri hicabın taxılmasının Allahın Quranda vacib olmasının olduğunu qeyd edirlər: "Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar); öz-özlüyündə görünən (əl, üz) istisna olmaqla, zinətlərini (zinət yerləri olan boyun, boğaz, qol, ayaq və s. naməhrəmə) göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər (boyunları və sinələri görünməsin);...” ("Nur” surəsi, ayə 31)
Digər ayədə deyilir: "Ya Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin övrətlərinə de ki, (evdən çıxdıqda cariyələrə oxşamasınlar deyə, bədənlərini başdan-ayağa gizlədən) örtüklərini örtsünlər. Bu onların tanınması (cariyə deyil, azad qadın olduqlarının bilinməsi) və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah bağışlayandır, rəhm edəndir! ("Əhzab” surəsi, ayə 59)
Hicabın əleyhinə gedənlər deyə bilərlər ki "burada örpək (hicab) barəsində heç bir söz deyilməyib”. Bu arqumentlərinə dəqiq bir cavab verilməlidir: Peyğəmbərin sünnəti Quranda qeyd olunan bütün ümumi göstərişləri izah edir. Misal üçün Quranda namaz qılınma qaydası göstərilməyib, amma namazın vacib olması buyurulur. Sünnətdə namazın qaydaları və şərtləri bütün xırdalıqlar ilə göstərilib. Həmçinin Quranda hicab geyinməyin əsas əmri qeyd olunub, amma sünnətdə başa salınır ki, hicab yaxın qohum olmayan kişilərdən başqa bütün bədənin (üzdən və biləklərdən başqa) örtülməsidir.
Belə ki, ictimai yerlərdə hicab geyinmə qadağası, birbaşa insanın vicdan azadlığına olan təcavüzdür və bu ona bənzəyir ki, kimsə müsəlmanlara namazı sünnətdə qeyd olunduğu kimi qılmağı qadağan edə.
İkinci arqument ondan ibarətdir ki, "hicab mədəni inkişafa, təhsilə və qadının mütəxəssis kimi realizəsinə mane olur”. Bu daha da absurd və müflis bir əsasdır, lakin bu arqumenti öz cahilliklərindən və səhv fikirlərindən irəli sürərək, az olmayan miqdarda adamlara qətiyyətlə sübut etməyə çalışırlar. Misal üçün Azərbaycanın müsəlman bloqlarının birində, müzakirə aparan xanımlardan biri, hicabın qadağasına müsbət səslənərək, bu tədbirləri "dini fanatiklərə qarşı təzyiq profilaktikası” kimi qiymətləndirirdi. Belə bir qəzəbli həyacanın öz şəxsi xoşbəxt həyatına narahat olduğu ilə əsaslandırırdı. "Axı maraqlı işdən, insanlarla ünsiyyətdən, incəsənətdən, səyahətlərdən necə yorulmaq olar? Yaylıq altında olmaqla? Axı niyə, nə üçün?” - həmən xanım soruşduqda, əsaslı bir cavab aldı: "Hicab heç də maraqlı iş, insanlarla ünsiyyət, incəsənət, səyahət üçün heç bir maneə törətmir. Əsas odur ki, bunlar hamısı şəriət çərçivəsində və halal məqsədlərlə olsun və bildiyiniz kimi İslamda halallar haramlardan çoxdur.
Bundan əmin olmaq üçün, kifayətdir ki qonşu İrana nəzər salaq. 1979-cu ildən sonra qadınlar hicab qaydalarına riayət edərək, müxtəlif sahələrdə uğurlara nail oldular: elmdə, incəsənətdə (dünya hicabda çəkilən çoxlu İran aktrisası tanıyır), təhsil və ictimai fəaliyyətdə, siyasətdə. İnqilab bir çox qadınların çətin yaşayış şəraitləri və maliyyə problemləri ilə bağlı olan savadsızlığına son qoydu. Bu günlərdə İranın təhsil ocaqlarında olan qadın tələbələrin sayı, kişi tələbələrin sayından üstündür. İran xanımları elmə və ictimai fəaliyyətdə olan aktivliyə can atırlar. Bu da təəccüblü deyil, çünki İranda xanımlar xanım Fatimeyi Zəhra və xanım Zeynəbə bərabər olmaq istəyirlər, həmin xanım Zəhra və xanım Zeynəb ki, öz ərlərinə böyük bir dayaq olaraq və sosial həyatda mühüm rol oynayırdılar, açıq və qorxmadan ədalətin müdafiəsinə, məzlumun tərəfində zalıma qarşı, haqqın tərəfində yalana qarşı çıxış edirdilər.
Hicabofobların üçüncü arqumentləri, ondan ibarətdir ki, "hicab məcbur edilmiş bir şeydir və 8-16 yaşında olan bir qız şüurlu səviyyədə bu əmrə (hicaba) riayət edə bilməz.”Bu növbəti bir yalandır. İslamı dünyanın bütün ölkələrində qəbul edildiyi müasir dünyada, ingilislər, almanlar, ruslar, amerikalılar 14-15 yaşında Allahın dininə üz tuturlar və bu seçim onların bütün ömürləri üçün şüurlu bir seçimdir. 15-16 yaşında olan cavanlar hansısa siyasi fikirlərə mənsub olmalarını və onları qorumağa hazır olduqlarını söyləyirlər. Müxtəlif ölkələrin hakimiyyətləri bu cavanların böyük olmaq hüququnu qəbul etmirlər, özlərini siyasi aktiv olan cavanların enerjisindən qorumaq üçün süni şəkildə bunların uşaq dövrlərini uzadırlar. Nəticədə, yeniyetmələrə düşünməyə icazə vermirlər, dünyaya öz baxışlarına sahib olmaq qabiliyyətini qəbul etmirlər. Bax həqiqi insan hüquqların tapdalanması məhz elə budur! Müasir sosiumda təsdiq olunmuşdan fərqli olaraq, insan həqiqətdə daha da tez böyüyür. Müasir cəmiyyət bu həqiqəti bilirdi. Cavan bir oğlan, cavan bir qız öz müstəqil ideoloji seçimini edir, ailənin və cəmiyyətin tənqidinə baxmayaraq, öz seçimini müdafiə edir, bax bu artıq uşaq deyil.
Və nəhayət sonuncu arqument, liberal dünya kimi köhnədir: "Azərbaycan dünyəvi bir dövlətdir və hicabın burda yeri yoxdur!” Bu arqument liberal ideologiyanın yalançılığını və ikili standartlarını nümayiş etdirir. Məntiqə görə, əgər ölkə konstitusiyasında vicdan azadlığı qeyd olunursa, deməli bu vətəndaşların öz dinlərinin ayinlərinə riayət etmək sahəsində hüquqların qorunmasını nəzərdə tutur. Bu o deməkdir ki, vicdan azadlığı və dünyəvilik prinsipi İslam qanunlarına uyğun geyinən müsəlman xanımın hüquqlarının xeyrinə olmalıdır! Qeyd edək ki, heç bir azərbaycanlı hicablı xanım, hicabsız xanıma hicabı məcbur etmək uğrunda mübarizə aparmır. Amma "demokratik dövlətdə” onu hicab hüququndan məhrum edirlər.
Hicab ilə bağlı epizod, "demokratiyanın” iç üzünü bizə nümayiş etdirir. Onun (demokratiyanın) mahiyyətini dərk etmək üçün, "açıq cəmiyyətin” ideoloqu olan Karl Popperin sitatı bizə kömək edər: "Əlbəttə ki, cəmiyyətin açıq olmasının əsas şərti siyasi tolerantlıqdır. Buna baxmayaraq, antidemokratik qruplara qarşı olan tolerantlıq, açıq cəmiyyətin əsaslarına təhlükə yaradır. Ona görə də, lazım olan hallarda və təhlükə zamanında tolerantlığın düşmənləri və zorakılığın tərəfdarları məhv olmalıdır.” Məhz elə Müaviyənin zamanında həqiqi İslamdan başqa heç bir təriqət və inanc qadağa olunmurdu.
Liberal dünya əxlaq pozğunluğunda batıb gedir və Avropa millətlərin gələcəyini təhlükə altına qoyur. İslamofobların ideal saydığı Qərb sivilizasiyası, eynicinsli nikahları qanunlaşdırıb və insestləri (yaxın qohumlar arasında cinsi əlaqə – red.) də qanunlaşdırmağa hazırdır. Heç bir şüurlu insan inkar etməz ki, bu məhvə və xarabalığa aparan bir yoldur. Bu günləri həmən sivilizasiya və ona qulluq edən hər bir kəs hicabla açıq müharibə aparır, çünki onların bütün varlığı pul və gəlirdir. Bu "müasir sivil dünyanın” həqiqi bütpərəst ayinidir. Pul və onun qazanma imkanı onlar üçün hər bir şeyin ölçüsüdür.
Amma İslam bütpərəstliyin bütün formalarına qarşı çıxır və İslamın dəyərləri pulun və materializmin birinciliyi ilə uyğun gəlmir. Tamahkarlıq, kasıblarla varlıların əlaqələrinin kəsilməsi Quranın "Təkasur”( Çoxluğa hərislik), "Maun” (Xırda-xuruş) surələrində sərt şəkildə tənqid olunur. "Nəhcül-Bəlağə” tamahkarlığı Allaha etibarsızlıqdan irəli gələn ən mənfi xüsusiyyət adlandırır. Belə ki, İslamın dəyərlər sistemi liberal dünyanın bütünə qarşı çıxır. Və hicab bu dəyərlər sisteminin canlı bir hissəsidir, bayrağıdır, məşəlidir, ən görsənən atributudur. Məhz elə ona görə, islam geyiminə belə bir müharibə elan olunub.
Amma hansısa tədbirlər görülməsə, hər bir halda mənfi nəticələrə gətirib çıxaracaq: "Onlar Allahın nurunu (islam dinini) öz ağızları (öz iftiraları və şər sözləri) ilə söndürmək istəyirlər. Allah isə - kafirlərin xoşuna gəlməsə də, öz nurunu (dinini) tamamlayacaqdır.”("Əs-Saff” surəsi, ayə 8)


Tarix: 22.01.2015 / 11:20 Müəllif: Aziza Baxılıb: 473 Bölmə: Qadın və Din