beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xanımlığın şərtləri
Xanımlığın şərtləri

Xanımlığın şərtləri:
Qayda1: Xanım çox qısa ətək və çox dərin dekolte geyinmir.
Qayda2: Xanımın yerişi lütfükar,rəftarı ecazkardır.
Qayda3: Xanım saqqız çeynəmir və təhqiramiz sözləri dilinə gətirmir.
Qayda4: Xanım ictimai yerdə makiyaj etməz.
Qayda5: Xanım hər zaman təmkinlidir ,”ozündən çıxmaq” ona yad olan məvhumdur.
Qayda6: Xanım hər zaman tədbirli olduğuna görə tələsmir və gecikmir.
Qayda7: Xanım qeybət etmir,öyünmür və cəmiyyət arasında seksi müzakirə etmir.
Qayda8: Xanım hər kəslə nəzakətlidir,şəxsin cəmiyyətdə tutduğu yerdən asılı olmayaraq.
Qayda9: Xanım siqaret çəkməz və alkoqollu içkiləri yalnız özəl olaylar zamanı qəbul edər.
Qayda10: Xanım "bir gecəlik” münasibəti qəbul etmir.
Qayda11: Xanım əlcək dəyişirmiş kimi kişi dəyişmir.
Qayda12: Xanım ilk görüşdəcə kişinin maaşı ilə maraqlanmır.
Qayda13: Xanım qısa müddət ərzində fiziki yaxınlığa yol verməz.
Qayda14: Xanım çox danışmır,dinləməyi bacarır.
Qayda15: Xanım sevgilisinə dostları ilə ünsiyyət qurmağı qadağan eləmir.
Qayda16: Xanım özünü qısqanc qadın kimi aparmaz.
Qayda17: Xanım bir az qürurlu olar həddi aşmamaq şərti ilə.
Qayda18: Xanım ilk addımı atmır ,bunun üçün kişi var.
Qayda19: Xanım sevgilisinin çatışmayan cəhətlərini onun üzünə vurmaz.
Qayda20: Xanım səhvlərini etiraf etməyi bacarır.


Tarix: 17.04.2015 / 17:09 Müəllif: Aziza Baxılıb: 246 Bölmə: Qadın dünyası