beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əcnəbiyə ərə getmək istəyirsiniz? - O zaman diqqətlə oxuyun
Əcnəbiyə ərə getmək istəyirsiniz? - O zaman diqqətlə oxuyun

Italyan
İtalyanlar görünüşcə azəri oğlanlarını xatırladırlar. Mülayim xasiyyətləri və qonaqpərvərlikləri ilə heç də bizimkilərdən geri qalmırlar. Hörmətçil və mehribandırlar. Simalarındakı ciddi və sərt çizgilər onları daha cazibəli göstərir. İtalyanlar qadın gözəlliyi qarşısında acizdirlər. Bu da onların ehtiraslı olduqlarına işarədir. İtalyan oğlanlar sevdikləri qadına qarşı əsl centlmenlik göstərirlər. Bahalı hədiyyələr, ən prestiç restoranda şam yeməyi ilə qadını valeh edirlər. Bu millətin nümayəndəsilə məhəbbət macərasında hər şey əla getsə də, evlənmək məsələsinə gəlincə o, geri çəkiləcək. çünki o, hər qadını ailəsinə təqdim edib, anasına göstərməyi özünə sığışdırmır. Hər şey əksinə də ola bilər. Sevgilin hisslərinə qapılıb, səndən ötrü əldən-ayaqdan gedib, ilk görüşdən evlənməyi təklif etsə də, ikinci görüşdə bu barədə heç söz də acmayacaq. Sevginiz evlənməklə bitsədə, unutma ki, italiyalı oğlan ömür boyu anasından asılı olacaq, çünki o, əsl anauşağıdır.

Alman
Almanlar min ölçüb, bir biçəndir. İşlərini dəqiq quran və məsuliyyətlidirlər. Onlar özlərini yüksək mədəniyyət sahibi hesab etdiklərindən simalarından ciddilik heç vaxt əskik olmur. Lakin buna baxmayaraq, alman oğlanlar açıqqəlbli və mehribandırlar. Bu millətin oğlanlarını xasiyyətcə iki qrupa ayırmaq olar: onlardan bəziləri vaxtlarını boş əyləncələrə xərcləməkdənsə, kitab oxuyub, biliklərini artırıb, yeni dil öyrənməyi üstün tuturlar. Digərlərisə saatlarla barda oturub, pivə içib, futbola baxmağı sevirlər. Almanla görüş şox darıxdırıcıdır. çünki onların söhbəti ancaq işə aid, gələcək planlar haqqında olur. Qadın seçimində gözüaçıq olurlar. Əgər almanla olan sevginiz evliliklə bitirsə, demək, sən həmişə evdar qadın kimi ev işləri ilə məşğul olacaqsan. Almanlar deyirlər ki, ailədə hakimliyi kişi etməlidir. Qadınsa həmişə kişinin qulluğunda hazır olmalıdır. çünki almanlar cox təmizkar olurlar.

İngilis
İngiltərəlinin xasiyyəti onun hansı sosial təbəqəyə mənsub olduğundan asılıdır: əgər sevdiyin insan sıravi bir işçidirsə, onunla yola getmək sənə çox asan olacaq. O, ürəyiaşıq və sadəlövhdür. Orta təbəqəli ingilis isə özündən razıdır. Heç nəyi bəyənmir, hər şeyi özünə yaraşdırmır. Onunla söhbət zamanı gərək sözlərinə fikir verəsən. O, problemləri dinləməyi xoşlamır. Lakin aristokrat ingilisin xasiyyəti digər təbəqəyə nisbətən daha qəlizdir. Onlar ayaqüstü yeməz, metroya və ya avtobusa minməzlər. Səni nə qədər sevsə də, o, səninlə şəhərdə gəzib, istədiyin hər çılğınlığı etməz. Sevgilin centlmen ailəsindən, nənə və babasının hansı soya mənsub olduğu haqqında bir xeyli danışıb, ondan zövq alacaq. Bu cür söhbətdən sonra sən özünü kasıb bir kəndli qızı kimi hiss edəcəksən. Sən də özün haqqında danışanda mütləq hansı nəslə mənsub olduğun haqqında ona məlumat ver. Əgər sosial təbəqəsindən asılı olmayaraq, ingilisə ərə getməyə qərar verdinsə, hər səhər südlü kofe və qayğanaqla onu sevindirməli olacaqsan. Bu cür səhər qəlyanaltısı etmək ingilislərin köhnə adətidir.

Türk
Başqa millətlərdən fərqli olaraq, türklər çox qısqanc olurlar. Ailələrinə bağlı və xanımına hörmət edəndirlər. Onlar üçün həyat yoldaşının vəzifəsi evin xanımı olub, uşaqlara və ərə layiqincə qulluq etməkdir. Türklər ailəni qoruyub, ona qayğı göstərməkdən böyük zövq alırlar. Onlar kişi və qadının dost münasibətinin tərəfdarı deyillər. Əgər türk yoldaşınla yola getmirsənsə, bil ki, ailədə uşaq anadan olandan sonra münasibət dəyişəcək və o, sənin hər istəyini həyata keçirəcək. Türklər üçün soylarının davam etməsi vacib məsələlərdən biridir. Başqa millətlərə nisbətən, türklər daha səbirli, işlərindəsə dəqiq olurlar. Türklər təmizkar qadını qiymətləndirirlər. Əgər türkə ərə getmək istəyirsənsə, onun harada yaşadığına diqqət yetirməlisən. Türkiyənin xəritəsini qarşına qoyub, Şimaldan Cənuba qədər düz xətt çəkib, xəritəni iki yerə ayır. Əgər sevdiyin insan xəritənin sol hissəsində yaşayırsa, onunla yola getmək olar. Yox, əgər sağ tərəfində yaşayırsa, sənə bu insanla çox cətin olacaq.

Ərəb
Əsl İslam qaydalarına riayət edib, ailəsini də bu tərzdə tərbiyələndirir. Qadına hörmət qoyub, ona qayğı göstərir. Ərəblər deyirlər ki, qadın kişiyə Allahın əmanətidir. Onlar qadının kişi üzərində əməyinin çox olduğunu vurğulayırlar. Qadının haqqını yeməz, onun pulundan istifadə etməyi haram sayarlar. Ərəblər deyirlər ki, qadının pulu ruzusuz olur. Ona görə də onun puluna əl uzatmazlar. Ailədə hakimliyi kişi ələ alır. Ona görə də qadını işləməyə qoymaz, başqa kişilərlə ünsiyyətdən çəkindirərlər. Lakin ərəblərdə çoxarvadlılıq var ki, bu qanunu da hər qadın qəbul etməz.

Çinli
Xasiyyətcə özlərinə qapalı olurlar. Lakin onlarla yaxından tanış olduqdan sonra görəcəksən ki, çinlilər çox səmimi və sözü üzədeyəndirlər. Hər insana etibar etmirlər. çinlilər başqa millətlərlə ünsiyyətdə olmağı xoşlayırlar. çinliyə ərə getməyi qərara almısansa, demək, ailənin ağsaqqalına layiqincə qulluq etməlisən ki, ərin hörmətini qazanasan. çinlilər qohumluq münasibətlərində də həssasdırlar. çinlinin arvadı olmaq asan deyil. Hətta onun qohum-əqrəba münasibətlərində də diqqətli olmalısan.

Ancaq ən məsləhətlisi elə öz millətimizin nümayəndələridir, hər quş öz sinfindən olan quşla uçur, qartal qartalla, göyərçin göyərçinlə... İnsan övladı da öz xalqına üstünlük verərsə daha xoşbəxt olar...


Tarix: 17.04.2015 / 16:32 Müəllif: Aziza Baxılıb: 163 Bölmə: Qadın dünyası