beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Atanın gəlin olacaq qızına yazdıqları...

Qızım gələcək, bir azdan.. Çox az vaxtımız qaldı və mən hələ də qorxuram.. Qorxuram...həyəcandan ayaqlarımın üzərində dayana bilməməkdən.. Qorxuram..özümü itiribdə, qızımın qabağında ağlamaqdan...
Yox..yox.. Bunu edə bilmərəm.. Bu olmamalıdır.. Bir an öncə yığışdırmalıyam özümü. Hər zamankı kimi dik durmalıyam qarşısında.. Həm mən qızımı " Kişilər ağlamaz, hələ atalar heç ağlamaz” deyə inandırmışdım. Davam etdirməliyəm o, böyük yalanı...
Qızım gələcək bir azdan yanıma. Canım, ürəyim Qızım. Daha indidən hiss edirəm onun yoxluğunu.. Artıq, buna alışmalıyam..
Onu gəlinlik libasının içində gördüyüm an " Şahzadələr kimi olmusan, gözəl qızım” deməliyəm.. Ya da, yox..."Canım qızım, o qədər gözəl olmusan ki, səni verməkdən vazkeçə bilərəm” deməliyəm.. Ya da, ən yaxşısı "Birisi cənnətin qapılarını açıq qoymuş ki, bu mələklər gözəli bura qaçmış” desəm... Amma mən bunları söyləsəm, qızım ağlayacaq.. Onsuzda o, mənim hər zaman şahzadəm idi, həmişə mələyim idi. Ən yaxşısı heç bir şey demədən, "Xeyirli, uğurlu olsun Qızım" deyim..
Bilirəm.. bu da çox qatı oldu.. Olsun.. Onsuzda qızım məni hər zaman daş qəlbli bilirdi..
Bir yerə getsə, "Harda idin?” deyə, getdiyi yerdən geç gəlsə ,” Tək başına bu saatda harda gezirsən?” deyə hirslənərdim. O, da məndən küsər, danışmazdı.. Amma mənim ona həmişə hirsləndiyimi, onu sevmədiyimi düşünsədə heç hirslənməzdim mən, mələyimə...
Başına bir şey gələr, qorxar və mən yanında olmaram deyə titrərdim.. Onun dırnağına daş dəysə mənim ürəyimə qan axardı.. Onun saçının teli qopsa, mənim ürəyim dayanardı.. Atayam mən..sevdiyimi deyildə həmişə əksini bəlli edərdim.. Amma hər zaman sevdim onu, bəlli etmədən..
Gecələr gizli-gizli izlərdim qızımı, yuxusunu bölmədən.. Azmı dua etdim "Allahım alma canımı qızımın xoşbəxtliyini görmədən”
Qızım gələcək bir azdan.. Daha doğrusu, əlimi öpüb halallıq istəyəcək, uçacaq yuvadan.. Qəhər məni boğur, artıq..danışa bilməyəcəm.. Amma kaşki aça bilsəm ürəyimi..öpsə qızım qanayan bu yaramdan.. Öpsə də, keçsə acısı hər yandan..
Qızım gələcək və gedəcək bir azdan.. Qızım, gedirsən. Yoxluğuna necə dayanacaq bu ruhsuz sandığın atan? Ağlasam əgər sanma ki, sadəcə xoşbəxtlikdən..həm də, ayrılıqdan..
Çox sevdi səni atan, çox ağladı içindən, amma gözündən yaş axmadan.
Xəstə olduğunda, yıxıldığında, üşüdüyündə, üzüldüyündə daş qəlbli, qatı deyildim mən, qızım. Sadəcə sənə qarşı həssas və zəif olduğumu bilmə deyə idi, bütün bunlar..Yəni, qorxudan..
Səni çox sevirəm , qızım.. Gedişinə ağlasamda, yenə yalan söyləyəcəyəm sənə. Xoşbəxtlikdən ağlayıram deyəcəm.. Halbuki, ayrılıqdan.


Gülə- gülə get deyəcək qızına , bu yorğun atası,
Xoşbəxtliklə dolsun deyəcək evi, yuvası.
İncinməsin ürəyin, axmasın deyəcək gözünün yaşı,
Qurban olar, ona atası.
Desəmmi ona görəsən,
"Gəl , atası.. öp də keçsin bu ayrılıq acısı”…..


Tarix: 10.01.2015 / 13:20 Müəllif: Aziza Baxılıb: 178 Bölmə: Qadın dünyası