beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadınların ağ yalanı

Qadınlar, çox sirrli və müəmmalı insanlardır. Bir çox sifəti olan qadınları anlamaq asan deyil. Dürüst və etibarlı olsalar da onlar da bəzən yalana əl atırlar. Çoxu kiçik, günahsız olan bu 10 yalanı öyrənə bilərsiniz.

Bu Kilodayam.
Heç bir qadın kilosundan danışmaqdan xoşlanmaz. Model kimi bir bədəni varsa ancaq o zaman danışa bilər. Bu mövzuda yalan danışmamızın səbəbi təbii ki kişilər deyil, özümüzə olan hislərimizdir. Kilo mövzusu olduğunda ağılımızdan "kaş ki bu kiloda olsaydım" fikiri keçər və bilmədən o kilonu deməyi seçim edə bilərik. Buna görə onu günahlandırmayın və onun bildirdiyi kilonu qəbul edin.
Bir dəqiqəyə qədər oradayam.
Qadınların hazırlanması uzun çəkər, bunu qəbul etmək lazımdır. Nə geyinəcəyimiz, makyajımız, saçımız deyərkən saatlarla hazırlıq edirik. Buna görə bir yerə gecikdiyimizdə həmişə "bir dəqiqə içində oradayam" deyərik amma o bir dəqiqə bir saata bərabər ola bilər.
Həyatımın sevgisisən.
Qadınlar romantik varlıqlardır. Birlikdə olduğumuz insanı xoşbəxt etmək və ona xüsusi anlar hiss etdirmək istəyərik. Buna görə hər birlikdə olduğumuz adam həyatımızın eşqi olar. Bəlkə əvvəlki sevgilimizlə də eyni şeyləri yaşamışıq amma bunu demək yerinə həyatımızın ən xoşbəxt əlaqəsini yaşadığımızı düşünməyi sevirik.
Yaxşıyam.
Qadınların, halı pis olanda və ya kimdənsə əsəbiləşdiyində ən çox istifadə etdiyi yalan "yaxşıyam" kəlməsidir. Böyük ehtimalla yaxşı deyil ,ancaq o anda sizə bunu etiraf etmək istəmir. Buna görə siz də "yaxşı" deyib kənara çəkilməyin və onunla maraqlanın.
Heç vaxt sevgilimi aldatmaram.
Qadınlar, kişilərdən fərqli olaraq aldatma mövzusunda daha sirlidir. Buna görə əsla, aldatma ehtimallarının olduğunu qəbul etməzlər. Əsla aldatmaram deyən qadın yalan danışmış ola bilər.
Hədiyyəni çox bəyəndim.
Çox qadın onlara alınan hədiyyələri bəyənməsə də bildirməzlər. Ən gözəl gülümsəməsini üzünə geyinər və "çox bəyəndim" deyər.
Bilmirəm, sən bilərsən.
Qadınların bilmədiyi bir şey yoxdur. Bizim fikirimizi soruşduğunuzda sizə "sən bilərsən" və ya "bilmirəm" desək bu mənanı verir: "bilirəm amma sənin qərarınla maraqlanıram!"
Romantikadan xoşlanmıram.
Həqiqətən bir qadının romantikadan xoşlanmadığına inana bilərsiniz. Hər qadın, özünə alınan çiçəkdən və ya kiçik bir hədiyyədən xoşlanar. Bəlkə şişirdilmiş romantik sürprizləri sevmir, amma bu ona çiçək almamaq mənasına gəlmir.
Sənin üçün hər şey edərəm.
Heç bir insan, başqası üçün canını verməz, bunu bilin. Qadınlar dramatik davranışlardan xoşlanarlar, buna görə də qarşımızdakı üçün hər şeyi etməyə hazır olduğumuzu bildirməkdən xoşlanarıq.
Endirimdə idi.
Aldığımız bahalı bir şey üçün bizə acıqlansanız, deyəcəyimiz tək şey var:"Endirimdə idi".


Tarix: 10.01.2015 / 13:13 Müəllif: Aziza Baxılıb: 90 Bölmə: Qadın dünyası