beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kiçik yaşda evlilik psixoloji zədə yaradır

Zorla ya öz istəyiylə kiçik yaşda evlənən cütlüklərin psixologiyaları...
Psixoloq İlğım Güngör, erkən evliliklərin gətirdiyi mənfi vəziyyətlər haqqında məlumat verdi.
Erkən yaşda edilən evliliklər xüsusilə qız uşaqlarının cəmiyyətdəki bərabərsiz mövqeyini gücləndirməkdə və həyat seçimlərini azaltmaqdadır. Ruhi və bədənsəl inkişafını hələ tamamlamamış, öz həyatının iplərini əlinə hələ ala bilməmiş, haqqlarını bilməyən yüzlərlə gənc qız ya öz istəkləri ilə ya da ailələrinin məcbur etməsi ilə evlənməkdədir.
Cütlərin yaşadığı zədələr
Zorla da olsa razılıqla da olsa kiçik yaşda evliliklər həm kişi həm qadın üçün bir zədədir. Hələ inkişafını tamamlamamış gənclərin evliliyin gətirdiyi ağır məsuliyyətləri yüklənməsi psixoloji zədələrin ortaya çıxmasına səbəb ola bilər. Həm oğlan üçün həm də qız uşağı üçün evlilikdən əvvəl yaşanması və təcrübələr qazanılması lazım olan bir çox varlıq mövcuddur. Bu müddət tamamlanmadan edilən erkən evliliklərdə peşmanlıq, hirs, həsrət, xəyal qırıqlığı kimi hislər çox yaşanmaqdadır.
Erkən evliliklərdə ortaya çıxan problemlər arasında ən çox depresiya, qayğı pozuqluqları, güvən problemləri, sağlamlıq ilə əlaqədar problemlər və intihar cəhdləri vardır. Erkən yaş evliliklər erkən hamiləlik və doğumlara yol aça bilməkdədir. Fiziki inkişafını tamamış, ruhi yetişkinləşməsini tamamış gənclər erkəndən evləndiklərində, hamiləlik və doğumlarda ana və ya uşağın ölümünə, uşaqların sağlam bir şəkildə inkişaflarını tamamlamamalarına səbəb olur. Həm də erkən yaşda evliliklərdə ailə içi problemlər daha çox görülməkdə, uşaq baxımı və uşağı böyütmə nöqtəsində cütlüklər kafi bir yetkinlikdə ola bilmədiyindən ciddi problemlər yaşamaqdadırlar.
Ailə daxili zorakılıq və evlilikdən xoşbəxt ola bilməmələri, qadında və kişidə psixoloji problemlərin görülməsinə yol aça bilməkdədir. Bu cür evliliklər qadın üçün dözülməsi lazım olan bir vəziyyət, kişi üçünsə xoşbəxtliyi çöldə axtarmaq üçün bir bəhanə ola bilir. Gənc ər arvad arasındakı problemlər ailələrini də təsir edir, ailə və yoldaşlar arasında söz- söhbətlərə, qısqanclıqlara, zorakılığa səbəb yaradır. Bu vəziyyət bədbəxt ailələrə, bədbəxt cütleklərə, ortada qalmış və psixoloji problemlərlə böyüyən uşaqlara gətirib çıxarır.


Tarix: 10.01.2015 / 13:05 Müəllif: Aziza Baxılıb: 73 Bölmə: Qadın dünyası