beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Diqqət! Qızlar bunu mütləq oxusun!

İnternetdə bir çox saytlarda xüsusi ilədə qadınlar üçün tez-tez iş elanları verilir. Gəlişügözəl sözlərlərlə bəzədilən elanlar ilk baxışdan cəlbedici görünür. Xüsusilə, qızlar bu halda ehtiyatlı olmalıdılar.

Qadinlar.Biz xəbər verir ki, Türkiyədə Ayla adlı xanım "işə götürənlər"ın tələsinə düşüb. Yüksək maaşlı iş vədi ilə qızı aldadanlar ondan "CV" istəyiblər. Ayla "CV"ni göndərib. Ardınca ondan şəkilini istəyiblər. Bildiriblər ki, işə götürdükləri xanımın xarici görünüşünə İnternet vasitəsilə baxmalıdılar. Bunun üçün kompyuterin videosunu açmaq tələb olunub. Aylanın xarici görünüşünə baxdıqdan sonra, bədənində ideoloji xarakterli tatuajların olub-olmadığı soruşulub və buna əmin olmaq üçün soyunması istənilib. Ayla bədəninin müəyyən yerlərini onlara göstərib. "İşə götürənlər" bir qədər də irəli gedərək qızan bədəninin digər yerlərini də göstərməsinin vacib olduğunu bildiriblər. Bu zaman qız tələyə düşdüyünü duyub və qarşı tərəfdəki şəxslərin barəsində polisə şikayət ediblər.

Məlum olub ki, "işə götürənlər" bu yolla qızların açıq-saçıq foto və videolarını əldə edib, ya onları şantaj edirlər, ya da porno saytlara satırlar.

P.S. Əziz xanımlar, sizə yaxın olan daxil olduğunuz saytlarda belə elanlar görsəz əgər bilin ki, aldanılma ehtimalınız var. Bəzi saytlar qadınlara iş tapmaq adıyla reytinq xatirinə belə iyrənc yollara əl atırlar. Belə avam elanlara inanmayın və ətrafınızdakılarıda belə saytlarda elanlara inandırmaqdan çəkindirin. Ən gözəl iş tapmaq real həyatda səbr eləməklə axtarılandır.


Tarix: 10.01.2015 / 13:04 Müəllif: Aziza Baxılıb: 87 Bölmə: Qadın dünyası