beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bakılı qızlar kişilərdə nəyə fikir verirlər? - MÜZAKİRƏ

Kişilər gözləri ilə, qadınlar isə qulaqları ilə sevirlər. Mübahisəli olsa da, bu ifadə çox məşhurdur. Oğlanların da qızlarda ilk növbədə nəyə diqqət yetirdikləri çox danışılır. Biri üçün göz, digəri üçün ayaq, başqası üçün isə digər məsələlər...

Bəs bakılı qızlar ilk baxışda oğlanlarda hansı cəhətlərə fikir verirlər? Qadinlar.Biz milli.az saytına istinadən xəbər verir ki, belə bir sorğu hələ keçirilməyib. Bəlkə də ona görə ki, qadınlar öz kiçik sirlərini açmaq istəmirlər. Düşünürlər ki, kişilər bunu niyə görə bilməlidirlər ki? Qoy bir qədər belə müəmmalarla baş sındırsınlar.

Amma əziz oxucular, sizinlə birgə bu sirri açmağa çalışaq.

Belə bir rəy var ki, qadınlar ilk növbədə maşına, telefona və saata fikir verirlər. Nə qədər yaxşı və yaraşıqlı oğlan olsa da, "07" sürücüsü "Cip" sürücüsü ilə müqayisədə daha az diqqət cəlb edir. Psixoloqlar iddia edirlər ki, qadınlar kişilərin paltarlarına və onun ayaqqabısının nə qədər təmiz olduğuna fikir verirlər. Bundan başqa, səs tembrinə və saçının səliqəli kəsilməsinə də diqqət yetirirlər. İdman görkəmi də diqqət cəlb edir.

Bir sözlə, bu cəhətləri saymaqla qurtarmaq olmaz.

Bəs əslində vəziyyət necədir? Bakılı qızlar oğlanlarda nəyə diqqət yetirirlər?

Şərhlərinizi gözləyirik.


Tarix: 10.01.2015 / 12:50 Müəllif: Aziza Baxılıb: 60 Bölmə: Qadın dünyası