beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadının üz quruluşu nəyi ifadə edir?

Qadının üz quruluşu sevgisinin nə qədər davam edəcəyini bildirir.

İsveçdəki Stirling və Benedict Jones Universitetinin alimləri üz cizgiləri ilə bağlı araşdırma aparıblar. Araşdırma kişilər arasında aparılıb. Alimlərin apardığı araşdırmada 393 kişidən 207-si sevgilisi olduğunu söyləyib. İştirakçılara 10 cüt qadın fotosu göstərilib. Fotolardakı qadınların üz cizgiləri fotoşopda daha kobud, ya da zərif hala gətirilib.

İştirakçılardan qısa və uzun müddətli münasibət üçün hansı üz quruluşunun daha cazibədar olduğu soruşulub. Sevgilisi olan kişilər qısa müddətli münasibətlər üçün zərif üz cizgiləri olan qadınları seçib və daha cazibədar hesab edib. Buna səbəb isə gözəl qadınların özündənrazı olmasıdır. Kişilər gözəl qadınların ancaq özü ilə maraqlandığı söyləyib. Araşdırmada kişilər gözəl qadınların ağıllı olmadığını düşündüyü nə ifadə edib. Araşdırma "British Journal of Psychology" jurnalında yayımlanıb.


Tarix: 10.01.2015 / 12:50 Müəllif: Aziza Baxılıb: 36 Bölmə: Qadın dünyası