beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadın döşlərinin dik qalması üçün məsləhətlər

Bütün qadınlar iri və dik sinələrə sahib olmaq istəyir. Xüsusən də evlənib övlad sahibi olduqdan sonra sinələr boşalır. Uşaq əmizdirən anaların döşləri deformasiyaya məruz qalır. Zamanla sallanan döşləri bərpa etmək üçün əməliyyata ehtiyac yoxdur. Bir neçə məhsul, düzgün seçilmiş büsqalter və məşqlə mükəmməl sinələrə sahib olmaq o qədər də çətin deyil.

Sinələrin gözəlliyini qorumaq üçün kosmetikanın gücündən və qalıcı təsirindən faydalanın. Dəri sıxlaşdıran məhsullar, digər baxım məhsulları birləşəndə daha yaxşı nəticələr verir. Döşləri möhkəmləndirən losyonları buraya aid etmək olar. Kremlər də döşləri möhkəmləndirir və daha dik qalmasına kömək edir. Kosmetika mağazalarından bu krem və lasyonlar haqqında geniş məlumat əldə edə bilərsiniz.
Büsqalter seçimi də vacibdir. Səhv seçilmiş kiçik və ya böyük ölçülü büsqalterlərin sinələri deformasiya etməsi artıq sübut olunmuş faktdır. Mağazadakı satıcılardan yardım istəməyə çəkinməyin. Paltarlar gedilən yerə uyğun seçildiyi kimi büsqalterlər də ona uyğun seçilməlidir. Məsələn, idmanla məşğul olanda büsqalteri idman növünə uyğun seçin. Büsqalterlər elastikliyini itirməməlidir.
Sinələri qısa zaman ərzində dikləşdirmək üçün nizamlı olaraq məşq etmək ən təsirli üsuldur. Məşqləri davamlı etsəniz, 1 ay ərzində istədiyinizdən daha artıq nəticə əldə edərsiniz.
Məşqlər: İki ovucu döşlərə mümkün olduğu qədər güclü basdırın. Bu məşqi gündə 3 dəfə 15 dəqiqə etmək bəs edəcək. Ancaq nə qədər çox edilsə, hədəfə bir o qədər tez çatarsınız.
Sinə əzələlərini hərəkət gətirmək üçün divarın önündə dayanın və əlləri divara tərəf tutun. Bütün ağırlığı əllərin üzərinə verməklə məşqi başlayın. Sonra qollar uzadaraq vücud divardan uzaqlaşdırılır. Bu məşq döş əzələlərini hərəkətə gətirəcək. Məşqi gündə 30 dəfə təkrarlasanız, dəyişikliyi nəzərə çarpacaq dərəcədə hiss edəcəksiniz.
Sonrakı məşqlər yerə uzanaraq edilir. Hər iki ələ eyni ağırlıqda qantel alaraq qolları yuxarıya doğru qaldırıb endirin. Bu hərəkəti 15 dəfə təkararlamaq sinə əzələrinin gücləndirməyə kömək edəcək.
İsti və soyuq duş terapiyası döşləri dikləşdirir. İsti və soyuq suyu dəyişdirərək vücudun hər hansı bölgəsini sıxlaşdırmaq çox qədim üsuldur. Ağrılara yaxşı təsir etdiyi bilinən bu metodu bütün vücuda tətbiq edərək immunitent sistemini gücləndirmək olar. Duşun başlığını alaraq döşlərin üzərinə əvvəlcə soyuq, 2 dəqiqədən sonra da ilıq su tutun. Bu hərəkəti 10 dəqiqə ərzində təkrarlayıb soyuq su ilə bitirin. Soyuq və isti duş terapiyası sayəsində döşlərdə qan dövranı sürətlənəcək, bu da dərini dikləşdirib, hamarlaşdıracaq.


Tarix: 10.01.2015 / 12:28 Müəllif: Aziza Baxılıb: 80 Bölmə: Qadın dünyası