beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ünsiyyət qurarkən qadınların diqqət yetirməsi lazım olan incəliklər

Qadınlar ünsiyyət qurarkən diqqət yetirməsi lazım olan icəliklərə bir baxaq.
Fikir marağını təyin edin.
İş yığıncaqlarında ya da qonaqlıqlarda danışılarkən, kimin hansı fikirə marağı olduğunu, kimin müqayisə etdiyi ya da fikirlərinə ən böyük kömək almaq istədiyi bir müddət sonra ortaya çıxar. Cərəyan etməkdə olan bu " müharibənin " elementlərini təyin etdiyimizdə, öz fikirinizi necə ortaya qoymanız lazım olduğuna qərar verə bilər və dediklərinizin kişilər tərəfindən dinlənilməsini təmin edə bilərsiniz.
Tutumunuzu dəqiqləşdirin.
Kişilər dəqiqlik sevər. Bu səbəblə düşüncələriniz, hislərinizi və ehtiyaclarınızı açıqca ifadə etməyə çalışın. Bir az dostca rəqabət kişilər baxımından qəbul edilə bilər bir şeydir.
Müstəqil davranın.
Bu, xüsusilə həyat yoldaşları baxımından etibarlıdır. Birlikdə gəzməyə gedə bilər, evinizi birlikdə nizama sala bilər ya da uşaqlarınızı birlikdə tərbiyə edə bilərsiniz. Amma həmişə öz başınıza etdiyiniz və etməkdən xoşlandığınız bir şeylər yaradın.
Qərar alınmasını tələb edin.
Kişilər hər şeyin ən incə detalına qədər müzakirə edilməsindən, razılaşma axtarılmasından xoşlanmazlar. Xüsusi insanlar içində ya da iş yığıncaqlarında zamanla səs vermə tələb edin ya da qərar verilməsini istəyin. Sizə minnətdar olacaqlar.
Həyat sahəsini qoruyun.
Həyat yoldaşınızın " həyat sahəsinə " girməməyə, fərdi sərhədlərinizə təzyiq etməməyə diqqət yetirin. Bir az yaxınlıq istəyirsinizsə, bunu sözlərlə ifadə edin. Kişilər sözləri və davranışları olduğu kimi anladıqları üçün daha müvəffəqiyyətli olacaqsınız.
Hörmətinizi ifadə edin.
Kişilər təqdirdən çox hörmət görmək istəyərlər. " Eyni fikirdə deyiləm, amma fikirinə hörmət edirəm " kimi sözlər çox xoşlarına gedər. Nə var ki, güc mövqeyini istifadə edərək həyat yoldaşından ya da iş yoldaşlarından hörmət tələb edən kişilər söz mövzusu olduğunda başqa təkliflərə fikir vermək lazımdır.
İctimai sahələrdə danışmağı öyrənin.
Fərqli və dəyişik insanların qarşısında danışma sınaqları edin. Beləcə ancaq kişilərin deyil, hər kəsin sizi dinləyə bildiyini görəcək və özünüzə inam qazanacaqsınız.


Tarix: 10.01.2015 / 12:27 Müəllif: Aziza Baxılıb: 59 Bölmə: Qadın dünyası