beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Subay olmağın avantajları

Ailə və dostlarla daha çox zaman keçirə bilərsiniz

Subay olduğunuzda birlikdə plan etməniz lazım olan və ya birini düşünərək plan etmənizə gərək qalmayacaq. Ailəniz və dostlarınızla istədiyiniz qədər keyfiyyətli zaman keçirə bilərsiniz.

Eşqbazlıq sərbəst

Subay olmanın ən əyləncəli üstünlüyü istədiyinizlə eşqbazlıq edə biləcək olmanızdır. Dostlarınızla bolca vaxt keçirdiyiniz üçün yeni insanlarla daha çox tanış olarsınız. Üstəlik subay olduğunuz üçün yaraşıqlı biri sizə yaxınlaşdığı zaman, ondan qaçmanız lazım deyil və bəyənilmənin kefini çıxarda bilərsiniz.

Dözmək məcburiyyətində qalacağınız xasiyyətlər yox

Sevgiliniz olduğunda onu sevsəniz də dözməniz lazım olan əsəb pozan xasiyyətləri olacaq. Hər 3 dəqiqədən bir gələn və harada olduğunuzun hesabını verməniz lazım olan cansıxıcı mesajlarla məşğul olmazsınız və istədiyiniz zaman, istədiyiniz şeyi edə bilərsiniz.

Xəyallarınıza və ideallarınıza adabta olun

Subay olmaq sizin işinizə və hədəflərinizə adabta olmaq üçün vaxtınız olmasını təmin edər. Əgər uzun davamlı bir hədəfiniz varsa bu müddət, çox işiniz və əylənməniz üçün tam da ehtiyacınız olan müddətdir.

Aktivilərə və əyləncələrə daha çox zamanınız qalar

Subay olmanın bir başqa üstünlüyü də uzun müddətdir etmək istəyib də vaxt tapa bilmədiyiniz fəaliyyətləri edə biləcək zamanınızın olmasıdır. Məsələn idmana başlamaq, yeni bir dil öyrənmək kimi.

Özünüzü tanımanız üçün zamanınız olar

Subay olmanın digər faydası isə özünüzü tanımanız və nə istiqamətdə inkişaf etdirməniz lazım olduğuna qərar verə biləcəyiniz bir zamanınızın olmasıdır. Kimləri həqiqətən sevdiyinizi, kimləri sevmədiyinizi, kimlərlə görüşüb, kimlərlə görüşmək istəmədiyinizi bu müddətdə dartar və qərarınızı verə bilərsiniz. Ayrıca bir dost da ya da sevgilidə nə kimi xüsusiyyətlərin olmasını istədiyinizi də bu müddətdə şəkilləndirə bilərsiniz.


Tarix: 10.01.2015 / 12:25 Müəllif: Aziza Baxılıb: 67 Bölmə: Qadın dünyası