beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadınlar niyə ana olmaq istəmir?

Əksər qadınlar ana olmaq istəyirlər. Amma cəmiyyətdə bu istəyə əks olan qadınlarda var. Belə fikirlər əvvəlcə İngiltərədə formalaşmağa başladı. Bu fikirlər "child free” terminində əks olunurdu ki, bunun da tərcüməsi "uşaqdan azad” mənasını ifadə edir. Bu söz əsl qadın humanizmində yad olsa da onun tərəfdarları cəmiyyətdə heç də az deyil. Bəzi xanımlar gec ana olmaq istəyir, bəziləri isə ümumiyyətlə ana olmaq istəmir.
Belələri hesab edirlər ki, onların uşaqları böyütmək üçün kifayət qədər səbrləri yoxdur. Uşağın çirkli paltarını yumaq, vaxtında yedizdirmək və onun səs-küyünə qulaq asmaq onların həyat prinsiplərinə daxil deyil.Cəmiyyətdə anaların tez-tez işlətdiyi cümlələr var ki, o da gənc qızları ana olmaqdan çəkindirir.
"Mən sənə bütün gəncliyimi sərf etmişəm, sən isə məni qiymətləndirə bilmirsən” və ya "uşaq yeni problemlər gətirir”. Ana olmaq istəməyən qadınlar fikirləşirlər ki, bəlkə gələcəkdə mənim övladım cəmiyyətdə yaramayan bir insan oldu və ya uğursuz taleyi oldu. Gələcəkdə belə övlada görə əziyyət çəkmək və onun məsuliyyətini daşımaq istəmirlər. Bəzi qadınlar isə karyera qurmaq üçün ailə qurmaqdan və ana olmaqdan imtina edirlər. Bəzi qadınlar isə ana olmaq istəməmələrinin bir sıra səbəblərini qeyd edirlər: maddi çətinlik, gəncliyi özünə həsr etmək arzusu, xarici görünüşünün dəyişilməsini istəməmək, hamiləlik və uşaq dünyaya gətirmək qorxusu
Araşdırmalar göstərib ki, ABŞ-da 1982-ci ildə 2,4% qadın ana olmaqdan imtina etmişdisə, bu say 1995-ci ildə 6,6%-ə çatmışdır. Ha-hazırda bu faiz daha yüksəlib. Toronto Universitetində işləyən Devid Fut bu qənaət gəlmişdi ki, cəmiyyətdə ali təhsilli qadınların sayı artdıqca ana olmaq istəyənlərin sayı azalır. Hər kəsin ana olmaq istəyi onun şəxsi işidir. Amma sevdiyi insandan körpə dünyaya gətirmək hissi bu dünyada heç bir şeylə əvəz oluna bilməyəcək bir xoşbəxtlikdir.


Tarix: 10.01.2015 / 12:20 Müəllif: Aziza Baxılıb: 64 Bölmə: Qadın dünyası