beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bu an doğru insanı tapsaq...

Qarşınıza çıxan hər adam üçün uzun və ya qısa sürən imtahanlarınız var; "o doğru adammı?" Əlbəttə boşuna zaman itirmək istəmirsiniz. Səhərlər tək oyanıb, telefonunuzda "sabahınız xeyir günəşim" yazan bir mesaj görmədiyiniz üçün günə gərgin başlayırsınız.

Ananızın günün olmadıq saatlarında axtarıb suallar soruşması əsəbinizi pozur. Hər səhər dözmək məcburiyyətində olduğunuz bu trafik üzündən onsuz da günə pis başlamamaq kimi bir şansınız yox.

Yeni gələn müdir sizinlə məşğul olub dayanır. Eyni mühitdə işlədiyinix insanlar arasında ən çox işləyən sizsiziniz amma kimsəyə yarana bilmirsiniz. Üstəlik işə qalmaq kimi vəzifələr, subay və tək olduğunuz üçün sizə verilir. Evli və uşağı olanlar işi bitdiyi an çıxır və anlayışla qarşılanırlar.

Onsuz da oldum ola biləcək qadınların razılaşa bilmədiyini və bir-birlərini çəkə bilmədiklərini düşünərdiniz. Bütün yaşadıqlarınız sizi haqlı çıxarır. Niyə eyni mühitdə işlədiyinz halda digər qadınlarla aranızda məsafə var? Çəkə bilmirlər.

Köhnə sevgiliniz sizi yalnız ağlına sevişmək gəldiyində axtarır. Daha əvvəl də sınadınız amma min dənə gözəl söz söyləyib aldadaraq gəldi. Siz barışdığınızı zənn edərkən, o yenə ortadan itdi. Halbuki yanınızda sevəcəyiniz və sizə sahib çıxacaq biri olsaydı, siz onsuz da onun telefonlarını açmazdınız. Və ya ehtirasına yeni sevgilinizə telefonu açıb, ona gözəlcə ağızının payını verməsini söyləyərdiniz.

Həyat hər gün bir az daha ağırlaşıb üstünüzə gəlir. Millət kürəyini sevgilisinə, ərinə söykəmiş yaşayır. Bir siz hər şeylə tək başınıza məşğul olursunuz. Bəziləri şanslı doğulur təbii, sizdə şans yox!

Sizin atdıqlarınızı başqaları alır, bir də toy edib uşaq dünyaya gətirir. Hallarına gülürsünüz deyilmi? Siz onun nə düşdüyünü bilərsiniz, bəhsə girərsiniz ki, 2 ilə qalmaz boşanarlar. O adam adam deyil. Onsuz da sizinlə birlikdəykən evlilik sözündən belə nifrət edirdi, necə evləndi çaşırsınız deyilmi? Bəzi qadınlar nə cin olurlar bilmərsiniz.

Sizin onsuz da ucuz əlaqələrdə gözünüz yox. Siz qarşınıza çıxıb sizi qollarının arasına alacaq və sonsuza qədər gözlərinə baxaraq, hər kaprizinizi çəkəcək və əsla sizi qırmayacaq o şahzadəni gözləyirsiniz.

Bu ana qədər həyatınızda olan və tərs gedən hər şeyin məsulu təklik və eşqsizlik! Bütün məsələ doğru adamı tapmaq; o adamı tapın ki, görsün millət sizdən mükəmməl qadın varmı?


Tarix: 10.01.2015 / 12:13 Müəllif: Aziza Baxılıb: 154 Bölmə: Qadın dünyası