beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xanımlar ciddi kişidlərdə nə axtarır?

Kişinin xarakterinin ortaya çıxması üçün ən azı 90 günə ehtiyacınız var. Ani qərarlardan çəkinin!

Bir müddətdir birlikdəsiniz. Onu gördüyünüzdə qarnınızda yüzlərlə kəpənək uçur, sizi telefonla hər axtardığında ürək atışlarınız birdən sürətlənir və onunla öpüşmək başdan ayağa bütün bədəninizi ürpərdir?. Aranızda bu qədər möhtəşəm bir elektrik olduğunu hiss edirsinizsə, dəməli bütün həyatınızı onunla paylaşıb paylaşa bilməyəcəyinizi düşünmənizin zamanı bəlkə də çoxdan gəlmişdir.

Ancaq unutmayın ki aranızdakı güclü və həyəcan verici fiziki bağliliq, bir-biriniz üçün yaradıldığınızını hesab etmək, olduqca sıx edilən bir səhvdir. Fiziki çəkiliş təbii ki çox əhəmiyyətlidir, ancaq bütün həyatınıza təsir edəcək kritik son qərarı ona buraxmamalısınız. Bu həssas mövzuda qərara gəlməzdən əvvəl diqqət yetirməniz lazım olan başqa bəzi əhəmiyyətli məsələlərdə var. Araşdırmağı unutduğunuz digər əhəmiyyətli məsələlər, qarşınızdakı kişinin xarakter və xüsusiyyətlərini sizə açıqlayaraq əlaqənizin uzun müddətli gedişatını əvvəlcədən təyin etmənizə kömək edə bilər.

Nə istədiyini bilir.

Birlikdə olmaq istədiyiniz kişi, məqsədlərini və arzularını ifadə edə bilməlidir. Gələcək üçün hədəfləri olmayan bir kişi, özünü sizinlə əsla təsəvvür edə bilməz. Qısacası, "böyüyüncə” nə olmaq istədiyini bilməzsə, sizə bağlanması da olduqca çətin olar. Əsla həyatının məqsədlərini yavaş-yavaş kəşf edəcəyi təəssüratına qapılmayın. Sevgiliniz onları kəşf etdiyində bu məqsədlərin sizinkilərlə üst-üstə düşmədiyini görə bilərsiniz. Edilən bu səhv 20-30 yaşlardakı insanların erkən yaşda evlənib boşanmalarına səbəb olur. Hər iki tərəf də gələcək planları haqqında fikir sahibi olsa, bədbəxt əlaqələrə böyük ölçüdə maneə törədilmiş olar.

Optimist bir həyat fikirinə sahib.

Edilən son araşdırmalara görə, həyatda xoşbəxt olma fəlsəfəsini mənimsəyən kişilərlə bərabər olan qadınlar özlərini daha etibarlı hiss edirlər. Ayrıca bu kişinin optimizm səviyyəsi, əlaqənin nə qədər güclü olacağını da təyin edir. Şən kişilər sizə xoşunuza getməyən bir vəziyyətin yaxşı istiqamətini göstərə bilərlər. Həm də kiçik problemlərin keflərini qaçırmasına icazə verməzlər və həyatı axışına görə yaşamağı da bilərlər. Optimist dünya görüşünə sahib olan adamın yanında olmağınız, onun sizi güldürə bilməsi də çox əhəmiyyətlidir. Zarafat anlayışına sahib olmaq, birlikdə yaşayacağınız bütün çətinliklərə qarşı asanca sinə gəlmənizi təmin edər. Onun bu xüsusiyyəti rahat olduğunun və hadisələri çox ciddi qəbul etmədiyinin də göstəricisidir. Çünki paylaşdığınız təcrübələrin gülünc tərəflərini görməyiniz, birlikdə keçirdiyiniz zamanı daha qiymətli edər.

Sirrlidirsə.

Bir əlaqə ilk zamanlar bir xeyli həyəcan vericidir. Çünki hələ bir-birinizi tanıma mərhələsindəsiniz. Ancaq bu dövr bitdikdən sonra belə, sevgiliniz sizi öz haqqında az da olsa maraqda buraxması lazımdır. Onu hərəkətə keçirən şeyləri tam mənasıyla bilməməniz olduqca sağlam bir vəziyyətdir. Hər nə qədər ilk etapda hər şeyini sizinlə paylaşan bir kişiyə özünüzü daha yaxın hiss etsəniz də, zamanla sizi bu əlaqəyə çəkən sirr faktorunu itirə bilərsiniz. Onu bir sevgilidən çox, yoldaşınız olaraq görməyə başlaya bilərsiniz. Ailə əlaqələri kimi müəyyən mövzularda sizə açılmasını istəsəniz də, bəzi sərhədlər qorunmalıdır . Həyatının bütün detallarını sizinlə paylaşması (kürəyində çıxan sızanağın son vəziyyəti kimi) zamanla əlaqəni köhnəldə bilər. Yoldaşları haqqında çox şey paylaşmırsa, bu onun bəzi şeylərin gizli qalmasının lazım olduğunu göstərər.

Sizin üçün dəyişməyə hazır olan biridirsə.

Bir kişini dəyişdirə bilməyəcəyiniz doğrudur, ancaq sevgiliniz sizin üçün dəyişməyə hazır olmalı. Bəzi davranışları sizi narahat edirsə, məsələn sizə istədiyiniz qədər əlaqədar davranmırsa, çətinliklərinizi dinləmirsə, deməli ortada bir problem var. Öz problemlərinə gəlincə; təqdim etdiyiniz həll təkliflərini dinləməli və bu təkliflər üzərindən nə etmək istədiyinə qərar verə bilməlidir. Çünki aşiq olan bir kişi, özünü tez-tez tənqid edər və birlikdə olduğu qadını narahat edən davranışlarını düzəltmək üçün can atar. Araşdırmalar, müvəffəqiyyətli evliliklərə sahib cütlərin zaman içərisində bir-birlərini az da olsa dəyişdirə bilənlər olduğunu göstərir.

Ən əhəmiyyətlisi, birlikdə olduğunuz kişinin dəyişmə və sizinlə birlikdə inkişaf tutumuna sahib olması lazımdır. Məsələn, oturub matç seyr etməkdənsə, sizinlə kinoya getməyi təklif etməsi buna sadə bir nümunə ola bilər. Bu mövzuda addım atmırsa, ağlınızda münasibətinizlə əlaqədar sual işarələrinin meydana gəlməsi qaçınılmazdır. Əgər öz maraq sahələrini sizinkilərlə birləşdirməyə meyilli deyilsə, sonunda onu geridə buraxmaq məcburiyyətində qalacağınızı unutmayın.

Maliyyə mövzularında məsuliyyət sahibi

Əlaqədə problem yarada biləcək ən həssas şeylərdən biri də maddi mövzulardır. Kişilərin nağd pullarına nəzarət etmə formalarının onların xarakterləri haqqında çox şey ifadə etdiyini söyləməliyik. Əgər ödədiyi bir hesabın çekini saxlayırsa, ay başında ödəmələrini (məsələn: kredit, borc, kamunal xərclər və s.) təşkil etmək üçün çalışdığını görürsünüzsə hesabını bilən bir kişi ilə birlikdə olduğunuzu düşünə bilərsiniz. Pulunu idarə etməkdə çətinlik çəkən bir kişi, səbirsiz və özünü nəzarət etmə mövzusunda bacarıqsız insandı. Üstəlik, maddi mövzularda diqqətsiz olan kişilərin, yoldaşlarını aldadan kişilərlə bir çox ortaq əlamətləri nəzərə çarpa bilər. Əlbəttə ki, sevgilinizin xəsis olmasını da istəməzsiniz. Əgər arada bir sizin üçün pul xərcləmirsə, hesabını bilməsinin bir dəyəri olmadığını ağlınızdan çıxarmamağa çalışın.


Tarix: 10.01.2015 / 12:08 Müəllif: Aziza Baxılıb: 110 Bölmə: Qadın dünyası