beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İri döşlər qadında psixoloji pozuntu yaradır

Uğurlu əməliyyat qadının ruhi və fiziki cəhətdən xoşbəxt olmasına səbəb olur

Qadınlar.Biz saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, aparılan araşdırmalara görə, 40 yaşından yuxarı qadınlarda rastlanan səbəbsiz depressiyanı yaradan amil "Böyük döşlərə sahib olmaq" istəyi imiş.

Həkim Tamer Şakrakın sözlərinə görə, qadınlar döşlərini böyüdüb, yaxud kiçiltməklə hər növ ruhi və fiziki problemlərdən qurtula bilərlər. Estetik plastik cərrahiyə əməliyyatının insanlarda özgüvən yaratdığı üçün buna müraciət edənlərin sayı da artıb.

Düzgün diaqnoz və müayinədən sonra aparılan uğurlu əməliyyat həm qadının gözəl vücuda sahib olmasına, həm də ruhi və fiziki cəhətdən xoşbəxt olmasına səbəb olur. Bu cür estetik əməliyyalar sırasında birnci yerdə sinə plastikası dayanır.

Son zamanlar çox sayda həyata keçirilən bu cür əməliyyatlardan sonra qadınların xoşbəxt olduqları qeyd edilir.

Normadan daha böyük döşlərin özəlliklə bel nahiyəsinə ağırılıq saldığını deyən həkim Şakrak bunları bildirib: "Menopauzayla birlikdə rastlanan osteoporoz "sümük əriməsi" böyük sinələrin vücudda səbəb olduğu deformasiyanı sürətləndir. Sinə kiçiltmə əməliyyatları sayəsində qadınların rastlaşdığı onurğa problemlərinin qarşısı alınır və qadın uzun müddət fiziki, ruhi cəhətdən sağlam yaşayır".


Tarix: 10.01.2015 / 12:03 Müəllif: Aziza Baxılıb: 57 Bölmə: Qadın dünyası