beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadınlara yelləncək qadağan edildi.

Səudiyyə Ərəbistanında dini polis qadınlara yelləncəyi qadağan edib.

Qadinlar.Biz-in publika.az-a istinadən verdiyi məlumata görə, qadağanın qoyulduğu gün polis ictimai parka daxil olaraq, qadınlara yelləncəkdən enməyi əmr ediblər.

Bu qadağa cəmiyyətdə həm müsbət həm də mənfi rəylər alıb. Qərarın tərəfdarları deyirlər ki, qadın yelləncəkdə yellənərkən kişiləri cəlb edir. Digərləri isə bildirirlər ki, qadağa qadınlara təzyiqin daha bir formasıdır.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında qadınlara maşın sürmək, müəyyən vəziələrdə çalışmaq, ərindən icazəsiz bank hesabı açmaq, səyahət etmək, qohum olmadan evdən çıxmaq qadağan edilib.


Tarix: 10.01.2015 / 12:00 Müəllif: Aziza Baxılıb: 44 Bölmə: Qadın dünyası