beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bəs sizin üçün həyat nədir?

Həyat-sevgisiz yaşamaq deyil, sevgiylə yaşamaq deməkdir. Həyat- qəribə deyil, onu qəribə edən insanlardır. Həyat- bəzən səni güldürür, bəzən də ağlamağa vadar edir. Həyat- bir-birinizin dəyərini anlamaqdır. Həyat- bir saniyənizin də qədrini bilməkdir... Həyat- yoxsulluqda belə bir tikə çörəyi mehribançılıqla bölüşmək deməkdir. Həyat- dibi görünməyən bir quyudur. Həyat- nə olursa-olsun, sonunun bilindiyi bir filmdir. Baş roldakı insan isə sonda ölür. Həyat- başlanğıcı sevinc,sonu kədərdir. Bu dünyada niyə görə yaşadığımı düşünürəm bir an. "Axı kimin üçün, nə üçün yaşayıram mən" deyirəm. Bir an düşünürəm.... Mənim bu həyatda yerim olmasaydı,bu həyata lazım olmasaydım, yəqin ki,Allah məni yaratmazdı. Hər insan kimi mən də bəzən bezirəm bu həyatdan. Bu həyatın qarşıma çıxardıqlarından, dəvətsiz gəlişlərindən,ani süprizlərindən. Amma birdən gözləmədiyim anda həyat mənə elə bir qapı açır ki, "Bu qədər də olmaz" deyirəm. İnanmıram. Həyatda ola bilməz dediyim şey həyata keçir. İmkansız bir şey yoxdur bu həyatda. Hər şey Allahın əlindədir. Yalnız ona bağlanın,səhər-axşam dua edin. Mənim həyatımda çox imkansız şeylər baş verib. Olacağına inanmayacağım qədər, ümid edə bilməyəcəyim qədər çox şey baş verib. Amma sonunda mənim ümidsizliyim məğlub oldu. Həyat gözləmədiyim sürprizlərlə qarşılaşdırdı məni. Odur ki, həyatdan heç vaxt əlinizi üzməyin. Ən əsası bilirsiniz həyat nə deməkdir? Həyat - ümid etməyi bacarmaq,səbr etmək deməkdir... Həyatda yaşamaq üçün bütün insanlar var gücüylə çalışır. Hər nə olursa-olsun, həyatla mübarizə aparırlar. Bəzən gəzişərkən insanların üzlərinə baxıram. Hamı gülür. Amma bilirəm ki, saxta gülüşdü. Hərəsinin özünə görə dərdi var. Amma... Hər nə olursa-olsun, həyatın üzünə gülümsəyərək baxa bilirlər. Həyata gülümsəyin ki,həyat da sizə gülümsəsin!


Tarix: 10.01.2015 / 11:41 Müəllif: Aziza Baxılıb: 78 Bölmə: Qadın dünyası