beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sənin həsrətindəyəm anacan

Salam,anacan.
Yenə mən gəldim. Kecən həftə müəllimə sag əlimə soğan, sol əlimə sarımsaq verərək sağ və sol tərəfləri öyrətdi mənə. İndi sağ və sol tərəflərimi tanıyıram.Artıq ağrıyan yerimin hara olduğunuda gözəl bilirəm,(anacan) Kecən dəfə yanına gəldikdə buram agrıyır demişdim sənə. Yadındadır? İndi onun hansı yerim olduğunu bilirəm. Bax buram sol tərəfim cox ağrıyır anacan Özüdə hər gün ağrıyır. Dünən səhər Ayşənin anası saclarını hörüb məktəbə gətirdi onu. Saçlarına qəşəng bantda vurmuşdu. Mən ağladım, amma utandım.
Müəllimə: Nə olub niyə ağlayırsan? -deyə soruşdu. Hec yıxıldım,dizim ağrıyır,dedim. Amma dizim yox sol tərəfim ağrıyırdı.O gün mənimdə saclarımın hörülməsini istədim. Atam hördü, amma Ayşəninki kimi səliqəli alınmadı. Hörüklərimə bantda vurulmasıni istıdim, Atam: "Mən bant vurmagı bilmirım qızım" dedi. "Hec olmasa məktəbə sən apar" dedim.
O isə: "Qızım işə getməliyəm",- deyib başımı sıgalladı. Göz yaşlarımı sildim,amma məktəbə gedərkən yolda ağladım. Hamının corabları ağappaqdır. Mənimkilər isə bomboz. Zeynəb deyir: "Anam ağ paltarları ayrıca yuyur" Mənim atam isə hamısını bir yerdə yuyur. Uf! Hər gün cantama kolbasa corək qoyur. Ona demirəm amma yoldaşlarım məktəbə dadlı biskivitlər şirniyyatlar gətirlər. Bilirəm atamın biskivit bişirə bilmədiyini. Müəllimə sabah ana haqqında inşa yazmagı tapşirdı, mən atama yazdıracam. Bilirəm müəllimə bilsə acıqlanacaq, amma neyləyim səni tanımadan haqqında necə yaza bilərəm? Sənin haqqında tək bir xatirəm belə yoxdur. Bəs o kagıza nə yazım? Yuxularıma gəl, sən yuxuma gəlməyəndə sol tərəfimdəki agrılarım daha cox olur.
Anacan, sənin həsrətindəyəm.


Tarix: 10.01.2015 / 11:40 Müəllif: Aziza Baxılıb: 81 Bölmə: Qadın dünyası