beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Keçmişdə qadına münasibət

Həyatımızda qadının dəyərini daha yaxşı anlamaq üçün keçmiş mədəniyyətlərdəki qadına baxış pəncərəsindən baxaq

Keçmişdə Yunanlarda qadın.
İnsan üzərində bir yük.Yeganə istəkləri qadın xidmətçidir.O ancaq evdə xidmət etməlidir.Qadın pisdir.Şeytani varlıqlardan biridir.Digər tərəfdən o əşyadır.Bazarda alınıb-satıla bilir.Mədəni haqlardan yoxsuldur.Azadlığı əlindən alınıb.Miras haqqı yoxdur.Boşanma haqqı yalnız kişiyə verilib.Aristo-"Qadın yaradılışda yarı qalmış bir kişidir”.Yunan mifalogiyasında ilk qadının adı "Pandoradır”.Torpaqdan və sudan yaradılmışdır.İnsanın başına gələn bütün bəla və fəlakətlərin səbəbi bu qadındır.O pisliklərin saxlı olduğu qapını açmış və onları dünyaya buraxmışdır.

Romada qadın.
Atanın öz qız və oğlan uşaqlarını ailəsinə qəbul etmək məcburiyyəti yox idi.Uşaq doğulduqdan sonra atasının ayaqları qarşısına buraxılır,ata əgər onu qucağına alırsa qəbul etmiş olur.Qaldırmasa onu qəbul etmir demək idi.Uşaq oğlandırsa istəyən onu alıb götürürdü.Qız idisə aclıq və susuzluqdan ölüb gedərdi.Ailənin rəisi uşaqlarından istədiyini satar,istədiyini ailədən ixrac edərsi.Kişi istərsə həyat yoldaşını öldürə bilərdi.Boşanmaq 520-ci ilə qədər yox idi.Qadınlar vətəndaş deyildilər.

Keçmiş Hindistanda qadın.
Qadın quldur. Qadının həyat yoldaşı öldüyü zaman yaşamaq haqqı yoxdur.O elə həmin gün ölməliydi.Qadın 17-ci yüz illiyə qədər həyat yoldaşının cəsədi ilə birlikdə yandırılırdı.Tanrıların xoş olması üçün qadın qurban edilirdi.Hind hüququna görə fəlakət,ölm,cəhənnəm,zəhər,əjdaha,alov heç bir zaman qadından daha pis deyildi.Buda "Əgər qadınları dinimə qəbul etməsəydim Buddizm çox uzun zaman təmiz bir şəkildə davam edərdi.Bu gün artıq bu dinin uzun zaman yaşaya biləcəyini düşünmürəm.Çünki bu dinə qadın girib(Edyanul Hind 72)

Keşmiş Misirdə qadın.
Fironlar dövründə onlar öz bacıları ilə ailə həyatı qururdular. Fironlar taxtlarını başqaları ilə paylaşmamaq üçün çox zaman bacıları ilə evlənirmişlər. Misir xalqı da fironlar kimi edirmiş.

Babildə qadın
Qadınlara oyuncaq kimi baxırdılar.Biri bir adamın qızını öldürdüyü zaman o da qızını digərinə təslim edərdi.Təslim alan kişi istədiyi kimi davranır istəsə öldürürdü.


Tarix: 10.01.2015 / 11:31 Müəllif: Aziza Baxılıb: 103 Bölmə: Qadın dünyası