beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hər eşitdiyini danışsan...

Bəzi adamlar özlərini elə aparırlar ki, sanki hər şeyi bilirlər, ya da hər şeydən məlumatları var.

Belələri həmişə başları çıxdı-çıxmadı hər məsələyə müdaxilə etməyi xoşlayırlar. Hərdən də doğru oldu-olmadı nə eşidirlərsə, orda-burda danışmağı sevirlər. Beləliklə də, onlar özlərini ağıllı göstərməyə, həmçinin hamıdan seçilməyə çalışırlar. Yaxşı olar ki, belələri özlərinə aid olmayan işlərə girişməyələr. Ancaq nə fayda, belələri heç nəyə qulaq asmadan öz bildiklərini edirlər. Hələ, üstəlik, özlərini həmişə doğru danışan və ya haqlı bilirlər. Hətta öz məqsədlərinə nail olmaq üçün başqalarından "məharətlə” istifadə edirlər...

Hər eşitdiyini danışmaq cahillikdir. Sınamadan, yoxlamadan, kiminsə ağzından eşitdiyi sözü yaymaq insana başucalığı gətirmir.

Bu cür məsələlər ailədə, xüsusilə də, uşaq tərbiyəsində mühüm amillərdir. O mənada ki, böyüklər uşaqlarının yanında danışarkən nə danışdıqlarını, nə dediklərini yüz ölçüb, bir biçməlidirlər. Unutmaq olmaz ki, uşaq eşitdikləri ilə deyil, gördükləri ilə tərbiyə olunur. Ona görə də uşağını tərbiyəli görmək istəyən valideyn gərək, əvvəlcə, özünü tərbiyə etsin ki, ondan da tərbiyə tələb etməyə haqqı olsun.


Tarix: 10.01.2015 / 11:25 Müəllif: Aziza Baxılıb: 102 Bölmə: Qadın dünyası