beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İri sinəli qadınlar mütləq oxusun

İri sinələri ucbatından istədiyi geyimləri geyinə bilməyən qadınlara Qadınlar.Biz-in bəzi tövsiyələri var.

İri sinəli qadınların uzaq durmalı olduğu geyimlərdən biri köynəklərdir. Düymələri bu dəqiqə partlayacaqmış kimi görünən köynəklər heç bir zaman şıq görünməz. Zərifliyinizi bərbad hala salacaq bu cür dar köynəklərdən uzaq durun. Bunun yerinə sinələri toplaya biləcək bir geyim geyinin. Dekolteli geyim geyinərkən dekolteni büjiteriyalarla örtsəniz, diqqətləri sinənizdən uzaq tutmuş olarsınız.

Qoltuqaltı dərin kəsimli geniş köynəklər iri sinəli qadınlar üçün heç uyğun deyil. Sinələr köynəyin parçasını irəli doğru aparıb pis görünüş verə bilər.

Straplez mini donlardan uzaq durmalısınız. Sinələrin yuxarı çəkdiyi bu don arxadan uzun, qabaqdan qısa olacağı üçün heç qəşəng görünməyəcək.

Tək qollu donlar. Onsuzda heç kimə yaraşmır. Uzaq durun.

Beli kəmərli donlar bədən şəklini gözəl göstərməklə yanaşı, sinələrinizi də qəşəng göstərəcək.

Düşük qollu enli köynəklər döşləri olduğundan da iri göstərdiyi üçün uzaq durun.

İncə ipli koftalar sinəni daha iri göstərdiyi üçün qalın ipli koftalar geyinin.

Dar, uzun donları düşünərək geyinin. Əgər boyunuz uzundursa, fit bədəniniz varsa, dikdabanla geyinə bilərsiniz. Qısa boylu, iri sinəlisinizsə, bunları geyinməniz məsləhət deyil. Bunun yerinə sinələrdən oturan mini modellər seçə bilərsiniz.


Tarix: 10.01.2015 / 11:24 Müəllif: Aziza Baxılıb: 46 Bölmə: Qadın dünyası