beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sevdiyiniz insanı özünüzdən uzaqlaşdırmayın

Qadınların fərqində olmadan etdikləri, doğru olduğunu düşündükləri bəzi davranışlar zamanla kişinin ondan uzaqlaşmasına səbəb olur. Sevdiyiniz çox danışmağı sevməyən və sakit xarakterdə biridirsə davamlı üzərinə gedərək ''bir dərdinmi var? Nə üçün danışmırsan'' kimi sözlərlə onu sıxmayın. Belə davranmaqla əslində yaxşılıq edilmədiyini vurğulayan ekspertlər, kişilərin, qadınlar qədər çox danışmağı sevmədiyinə diqqət çəkir. Onu çox sevir və maraqlanır ola bilərsiniz,amma bu onu gündə 10 dəfə axtarmağınızı tələb etməz. Xüsusilə iş yerindən saat başı sevdiyinizi axtarıb ona nəzarət etməniz onu sıxa bilər. Hesabı ümumiyyətlə kişilər ödəyər ancaq buraxın bunu içindən gəldiyi üçün etsin. Kişilər gözyaşlarından təsirlənər və heç bir kişi bir qadını ağlatmaq istəməz. Nə vaxt ki ağlasanız, sizinlə doğru dürüst danışa bilməyəcək və söyləmək istədiklərini söyləyə bilməyəcək. Kişilərin, içlərindən gəldiyi kimi davranmağı sevdiyinə və sürprizlərlə dolu bir həyat istədiyinə diqqət çəkən ekspertlər, bunları nəzərə çatdırır: "Siz şənbə axşamlarının proqramını 3 həftə əvvəldən etsəniz, çox sevdikləri sürprizləri yaşaya bilməzlər. Çox üstlərinə düşsəniz, hərəkətlərinin məhdudlaşdırıldığını düşünərlər. Xeyli zamandır biriylə birlikdə olan bir kişi belə azadlığından asanlıqla imtina etməz. Planlama xasiyyətindən imtina edə bilmirsinizsə, heç olmasa havanı yumşaldın. Ona təklif edin, əmr verməyin. Beləcə özünə də söz haqqı verdiyinizi düşünər və narahat olmaz."


Tarix: 07.01.2015 / 16:31 Müəllif: Aziza Baxılıb: 32 Bölmə: Qadın dünyası