beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bəzi qadınlar var ki, həyat şəraiti onları dəyişir

Qadın təbiətinə zəriflik, yumşaqlıq, incəlik xas olduğuna görə, o hərəkətlərini də təbii olaraq həmin təbiətə uyğunlaşdırmalıdır. Bəzi qadınlar var ki, həyat şəraiti onları dəyişir, yaşadıqları psixoloji zədələrdən, yaxud istəmədikləri itkilərdən sonra qadınlıq ədalarını unudurlar. Bəzən də müşahidə etmişəm ki, çox gözəl görünüşlü xanımlar var ki, əkscinslərin «qadın gücsüzdür», «əşi, qadındır da» ifadələrinə dözməyərək özlərini yanlış olaraq güclü olmağa məcbur edirlər. Nəticədə ortaya onların təbiətinə yad olan bir görünüş çıxır. Təbiilikdən uzaqlaşırlar. Bəs bunların qarşısını almaq üçün qadınlar nələri bilməlidirlər?

Nəyi etməməlisiniz?
1. Danışarkən öz əl-qol hərəkətinizə nəzarət etməli, kişilər kimi ani və kobud jestlərdən qaçmalısınız.

2. Yerişinizə diqqət etməli, geniş addımlar atmamalısınız.

3. Səs tempinizə qulaq asmalı, onun yüksək və kobud çıxmasını əngəlləməlisiniz. Danışarkən gəvələmək də lazım deyil, təbii, daxilinizdən gələn qadın səsi ilə danışın yetər.

4. Çox ucadan gülməyin, sevincinizi bayağı, qaba ifadə etməyin.

5. Qəzəb, acı, nifrət, inad kimi xüsusiyyətləri göstərən üz ifadəniz olmasın. Bu qadına yaraşmır.

6. Hər söhbətə, müzakirəyə girməyin. Ola bilər ki, həmin müzakirədə məsuliyyətsizlik, qəzəb, yüngül davranış olsun və xoş niyyət olmasın.

7. Burnunuzla oynamağı unudun. Bəzən xanımlar fərqində olmadan cəmiyyət içində burunlarına əl vururlar. Bu, bir qadın üçün gözəl görünmür.

8. Yad insanların içində nişanlınız və ya yoldaşınızla əl-qol hərəkətləri etməyin, başına sığal çəkməyin.

9. Başqalarının çiyninə əlinizlə şappıldatmaq vərdişiniz varsa, yox edin.

10. Yüksəkdən bağırmayın və fit çalmayın.

11. Lətifə dinləyərkən kişilər kimi şaqqanaq çəkib gülməyin.

12. Yemək yeyərkən səliqəyə diqqət edin. Pintilik etməyin və ağzınızı marçıldatmayın.

13. Nə isə içərkən başınız arxaya əyilməyək qədər için.

14. Oturuşunuza diqqət edin. Oturarkən ayaqlarınızı aralamayın və ayağı ayaq üstünə mindirməyin.

Qadın hər zaman nələrə diqqət etməlidir?
1. Əlləri;
2. Yerişi;
3. Səsi;
4. Gülüşü;
5. Xoruldamamaq və quruldamamaq;
6. Füsunkarlıq, xumarlıq;
7. Üz ifadəsi;
8. Söhbət ədası;
9. Tərbiyə, təhsil.


Tarix: 07.01.2015 / 16:20 Müəllif: Aziza Baxılıb: 40 Bölmə: Qadın dünyası