beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Zərif görünmək üçün necə geyinmək lazımdı?

Geyimlərlə zərif və formada görünməyə əla nöktələri necə geyinməli
Gözəl və formada görünmək üçün geydiyimiz paltarların təsiri böyükdür. Bədənimizə görə geyinmək bizi daha zərif göstərə bilər. Daha formada və daha gözəl görünmək üçün doğru geyinmək şərtdi. Doğru geyinmək deyərkən öz bədənimizə uyğun paltarlar seçmək və bəzi incə nöqtələrinə diqqət etmək kafi olacaq. İndi sizə açıqlayacağımız doğru geyinmənin püf nöqtələri, daha zərif, formada və gözəl görünmənizi təmin edəcək.

Əgər zərif görünmək istəyirsinizsə tək rəng geyinməyə diqqət yetirin. Gecə mavisi, qəhvəyi ya da qara kimi tək rəng tünd rəngli paltarlar geyin. Bunun yanında eyni rəngin fərqli tonlarını da birlikdə geyə bilərsiniz. Bej, dəniz mavisi, mərcan ya da bədəninizə ən yaxşı gedən rənglərdə naxışları olan geyimlər də ola bilər. Paltar rənginizi seçib geydiyinizdə ayna qarşısında özünüzə və bədəninizə uzun uzun baxın sizi necə göstərdi. Sizə bu rəngin yaraşdığını ən yaxşı görəcək olan sizsiniz.

Paltarlarınızın sizi formada göstərməsi üçün paltarın parçanı da əhəmiyyətlidir. Qatı, sərt və ağır hətta yapışan parçalardan uzaq durun. Ən yaxşı seçim yüngül, yumşaq və geydiyinizdə bədəninizdən sürüşən parçalar. Məqsədiniz bədəninizin ümumi şəklini görmək olmamalı. Əksinə bədən xəttlərinizi və varsa artıqlarınızı ortaya çıxarmaq deyil gizləməkdir. Çox qalın və kobud parçalar sizi olduğunuzdan kilolu göstərər.

Geyimləriniz bədəninizə görə olmalı, əgər bədəninizə görə böyüksə həm dar durur həm kilolu göstərir. Geniş çiyinləriniz varsa, və ya hər hansı bir çiyin aparatı isdifadə etməyin.Qayıq və yumru yaxalı geyimləri seçməyin. Üstünüzü daha kiçik göstərmək üçün modaya uyğun V yaxalı paltarlar, V yaxalı üst və ətək və ya bol şalvarları seçin. Əgər üst kiçik alt böyüksə, yəni armud vücutluysanız, boyunuzu qalın göstərməyən, çiyinlərinizə uyğun sizi dik göstərən paltarları axtarın. Üst üçün yumru, oyuq yaxa seqmentləri, alt üçün də düz ətək ya da normal seqment şalvarları seçin.

Paltarların sizi zərif göstərməsi üçün tikiş şəkli də əhəmiyyətlidir. Geyimlərinizin, xüsusilə penceklərdə kvadrat şəkilli olanları ya da dar olan modelləri seçim etməyin. Bunun yerinə xəttləri yüngül müəyyən edən modelləri seçim edin. Paltarların tikişləri daha ön plana çıxardılmış ola bilər.

Əgər ayaq və yan genişsə; kamuflyaj etmək üçün, rahat pileli, bel qisimi büzgülü rahat ətək və şalvarlar seçim edilə bilərsiniz. Modaya uyğun, düz xəttlər yan cibli ya da Ceps modellər seçin. Yan hissənizi kiçik göstərmək üçün beli düz yarım ya da dizdən yüngülcə aşağıda şalvarlar axtarın. Daha uzun və zərif görünüş üçün şalvarlarınız ya da ətəyinin yerə dəyəcək qədər uzun olmalı. Yanlarınızı daha çox kamuflyaj etmək üçün ətək və şalvar geydikdən sonra ayaqlarınızı örtəcək qədər uzun kofta ya da koftanızın üzərinə yüngül dantel ya da hörgü tunikler geyə bilərsiniz. Ayaqlarınızdan aşağısının çox uzun olmamasına diqqət edin.

Zərif və fit görünmək üçün ayaqqabıların da əhəmiyyəti böyükdür. Yalnız paltarlarla zərif görünəcəyinizi sanmayın. Geyimlərinizi hazırladıqdan sonra ayaqqabılarınızı yoxlayın . Xüsusilə ayaqlarınız genişsə incə zolaqlı və düz sandal, kiçik dikdaban ayaqqabılar geyməyin. Bunun yerinə, qısa dikdaban ya da üzərində dura bilərsinizsə yüksək dikdaban ayaqqabılar geyinin. 5 sm-lik platforma nə geysəniz geyin sizi daha incə göstərəcək. Ayaq biləyinizin dolanan ayaqqabılardan, kvadrat ayaqqabıdan uzaq durun. Bütün bunlar sizi daha bəstəboy və ayaqlarınızın daha qısa görünməsinə səbəb olur. Zərif və formada gözəl bir həyat diləyərik hamınıza...


Tarix: 07.01.2015 / 16:07 Müəllif: Aziza Baxılıb: 57 Bölmə: Qadın dünyası