beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Merck QİÇS əleyhinə vaksinin sınaqlarını dayandırdı

QİÇS əleyhinə vaksinlərin ən perspektivlərindən birini hazırlamış Merck əczaçılıq şirkəti klinik tədqiqatlarını dayandırması barədə xəbər verdi. Onların hazırladıqları vaksin tamamilə yararsız çıxdı. BBC-nin verdiyi məlumata görə, peyvənd olunmuş şəxslər arasında QİÇS-ə yoluxanlar “plasebo” qrupundan daha çox olmuşdur. Merck tərəfindən hazırlanmış peyvəndin tərkibinə QİÇS virusunun üç geninin kopyasını daşıyan soyuqdəymə virusu daxil idi. Belə hesab olunurdu ki, bu üç gen anticisim istehsalına səbəb olacaq və bu da QİÇS-ə qarşı immunitet formalaşdıracaq.

QİÇS əleyhinə eksperimental vaksinin sınağı üçün beynəlxalq klinik tədqiqatlar 2004-cü ildə STEP adı altında başlamışdı. Bu tədqiqatlarda 18-25 yaşlar arası yuksək QİÇS-ə yoluxma riski altında olan, lakin yoluxmamış 3000 nəfər könüllü iştirak etmişdir.
Şirkətdən verilən məlumata görə, 741 peyvənd olunmuş könüllüdən 24-ü, kontrol qrupunda olan 762 könülllüdən isə 21 nəfəri QİÇS-ə yoluxmuşdur.
Merck şirkətinin nümayəndəsi Kit Qottesdinerin söylədikləri: “Bu çox acınacaqlı bir xəbərdir. QİÇS əleyhinə vaksinin yaradılması üçün ciddi səy göstərildi, ancaq arzuolunan nəticə əldə olunmadı.”
1980-ci ildən bu yana QİÇS milyonlarla insanın həyatına bais olmuşdur. Alimlər bu ölümcül virusun qarşısını almaq üçün yeni peyvənd üzərində araşdırmalar aparır, lakin bu araşdırmaların heç biri hələ də ciddi bir səmərə vermir. Hal-hazırda dünya üzrə 20 müxtəlif QİÇS əleyhinə vaksin sınaqdan keçirilməkdədir. Qeyd etmək lazımdır ki, bu sınaqların hamısı hələ ki, başlanğıc mərhələsindədir.


Tarix: 07.01.2013 / 19:48 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 345 Bölmə: QİÇS/HİV/AİDS