Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

QİÇS/HİV/AİDSHamiləlik QIÇS-in inkişafını ləngidir

[color=#f82e00]Hamiləlik nəinki QIÇS-i ağırlaşdırmır, hətta əksinə, qadınların sağlamlığına olduqca müsbət təsir göstərir.
Vanderbilt Universiteti alimlərinin dediyinə görə, təkrari hamiləliklər zamanı QIÇS-in inkişafı ilk hamiləlikdə olduğuna nisbətən daha da ləngiyir.
Əvvəllər aparılmış tədqiqatlar sübut etmişdir ki, retrovirus əleyhinə yüksək aktivlikli müalicə alan analarda dölə QIÇS virusunun ötürülmə riski olduqca azdır və təxminən 1% təşkil edir. Lakin alimlərə hamiləliyin QIÇS infeksiyasının gedişinə təsiri haqqında heç bir şey məlum deyildi.

Timoti Starlinqin rəhbərliyi altında ABŞ alimləri 1997-2004-cü illər ərzində 759 nəfər QIÇS-a yoluxmuş qadının sağlamlıq vəziyyətini müşahidə etmişlər. Qadınların 71%-i (540 nəfər) retrovirus əleyhinə yüksək aktivlikli müalicə almışdır. Göstərilən zaman müddəti ərzində qadınların 18%-i (139 Ardı »

QİÇS/HİV/AİDSMerck QİÇS əleyhinə vaksinin sınaqlarını dayandırdı

[color=#a476af]QİÇS əleyhinə vaksinlərin ən perspektivlərindən birini hazırlamış Merck əczaçılıq şirkəti klinik tədqiqatlarını dayandırması barədə xəbər verdi. Onların hazırladıqları vaksin tamamilə yararsız çıxdı. BBC-nin verdiyi məlumata görə, peyvənd olunmuş şəxslər arasında QİÇS-ə yoluxanlar “plasebo” qrupundan daha çox olmuşdur. Merck tərəfindən hazırlanmış peyvəndin tərkibinə QİÇS virusunun üç geninin kopyasını daşıyan soyuqdəymə virusu daxil idi. Belə hesab olunurdu ki, bu üç gen anticisim istehsalına səbəb olacaq və bu da QİÇS-ə qarşı immunitet formalaşdıracaq.

QİÇS əleyhinə eksperimental vaksinin sınağı üçün beynəlxalq klinik tədqiqatlar 2004-cü ildə STEP adı altında başlamışdı. Bu tədqiqatlarda 18-25 yaşlar arası yuksək QİÇS-ə yoluxma riski altında olan, lakin yoluxmamış 3000 nəfər könüllü iştirak Ardı »

QİÇS/HİV/AİDSTalassemiya və ona qarşı mübürizə üsulları

Talassemiya hemoqlobin istehsalı zamanı yaranan zülal çatışmamazlığıdır. Bu zülal qırmızı qan hüceyrəsində tapılıb. Bu oksigeni ağciyərlərdən bütün bədən hissələrinə nəql edir və qana qırmızı rəng verir.
Yetkinlərdə hemoqlobin 4 elementin birləşməsindən yaranır. Bu elementlər "zülal zənciri" kimi adlandırılır. Burada 2 tip zülal zənciri var. Onlardan 1-i "β zənciri" və biri də "α zənciri" adlanır.
A hemoqlobin molekulu adətən 2 α zəncirindən və 2 β zəncirindən düzəlir. Talassemiya tutan insanlarda hemoqlobin zəncirindən biri olmur. Nəticədə də qırmızı qanda olan hüceyrələr talasemiyaya tutulur və düzgün fəaliyyət göstərmir.
Talassemiyanın yaranma səbəbləri
İnsan hüceyrəsinin genlərində bədənin normal funksiyasını təyin etmək üçün informasiya olur. Hemoqlobin zülalına Ardı »

QİÇS/HİV/AİDSQazanılmış İmmun Çatışmamazlığı Sindromu

HIV/AIDS haqqında

HIV/AIDS problemi son dərəcə aktual bir problemlərdən biridir. Hal-hazırda dünyada epidemiyanın inkişafı tendensiyası təhlükəlidir. Epidemiya ilk növbədə ona görə artır ki, bizlərin bir çoxu HIV/AIDS -in hər birimizə aid olması haqqında düşünmür və özümüzü və yaxınlarımızı qorumaq üçün heç bir tədbirlər görülmür.

HİV epidemiyası bu gün ölkəmizdə əhalinin bütün sosial təbəqələrinə toxunur və bilavasitə sənə, sənin partnyoruna, qohumuna, dostuna, tanışına, sinif və iş yoldaşına aiddir. Bütün bu ciddiliklərə baxmayaraq bu problemləri və epidemiyanı dayandırmaq mümkündür və hər birimiz bu problemin həllinin bir hissəsi ola bilərik.

Hər birimiz HİV haqqında düzgün informasiya almaq seçimini edə bilərik – Ardı »

QİÇS/HİV/AİDSNarkomaniya

Demək olar ki, hamı narkotikin necə ziyanı olduğu barədə bilir. Buna baxmayaraq onun toruna düşənlərin sayı çox sürətlə artır. Niyə? Görünür narkotikin insanı və onun həyatını necə şikəst etməsi barədə məlumat çox az adamda var. Mənim məqsədim bu təhlükəni insanlara çatdırmaqdır.

Bu informasiya aşağıdakı tip insanlara aiddir :
1. "Narkotikdən istifadə edim ya bu hislərə qarşı mübarizə aparım?" sualı ilə üzləşənlər;
2. Narkotikdən istifadə edib lakin buna qarşı mübarizə aparmaq imkanınında olanlar;

Tibbi praktika göstərir ki, narkomaniyadan müalicə olmaq çox çətindir. Narkotikdən asıllıq ondan bir və ya bir neçə dəfə istifadə etməklə baş verir, lakin onun caynaqlarından qurtulmaq çox az adama Ardı »

QİÇS/HİV/AİDSHPV uşaqların danışmağa gec başlamasına səbəb olur

Cinsi yolla yoluxan və qadınlarda uşaqlıq boynu xərçənginə səbəb olan HPV (insan papilloma virusu) uşaqların səs telini infeksiyalaşdıraraq danışmağa gec yaşda başlamalarına səbəb olur. Xəstəlik irəlilədikdə, hətta tənəffüs çatışmazlığı da meydana çıxa bilər. Mütəxəssislər bu halda ən uyğun müalicə üsulunun lazerlə cərrahi əməliyyat olduğunu deyir. Əməliyyatdan üç gün sonra danışıq qabiliyyəti bərpa olunur, lakin xəstə düzgün müşahidə altında olmadıqda yenə itirilə bilər.


HPV uşaqlara adətən tənəffüs yolu ilə keçir. Lakin əgər ana HPV virusu daşıyıcısıdırsa, doğuş zamanı da uşağın yoluxması baş verə bilər.
HPV qırtlaqda səs telləri nahiyəsində gül kələminə bənzəyən bir kütlə əmələ gətirir. Həmin kütlə səs tellərini sıxaraq səs batıqlığı yaradır, Ardı »

QİÇS/HİV/AİDSHEPATİT C HAQQINDA BİLMƏDİKLƏRİMİZ

Düzgün diaqnoza necə əmin olmalı?

Son vaxtlar əhali arasında təşviş doğuran məsələlərdən biri də Hepatit C ilə bağlıdır. “Yeni Müsavat” qəzetimizin son saylarının birində Bakı sakini Arzu Əbdüləzizovanın həkim nəzarətindən keçərkən başına gələnlər barədə yazılıb. Yazıda Hepatit C virusuna teşt yoxlanışı zamanı onun özəl klinikalardan aldığı, bir-birini təkzib edən cavablardan bəhs edilir. Mövzunun ciddiliyini nəzərə alıb bəzi mühüm məqamları həm əhalinin, həm də həkimlərimizin diqqətinə çatdırmaq istəyirəm.

Hepatit C (HC) qaraciyər hüceyrələrini zədələyən virus mənşəli iltihabi xəstəlikdir. Virus (HCV) qaraciyər hüceyrələrini zədələyərək xroniki hepatitə, sirroza və ya hepatosellülar karsinomaya (xərcəngə) gətirib çıxarır. Virus yüksək dərəcədə mutasiya qabiliyyətinə, hüceyrə daxilinə keçərək onu dağıtmaq qabiliyyətinə Ardı »