beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Narkomaniya

Demək olar ki, hamı narkotikin necə ziyanı olduğu barədə bilir. Buna baxmayaraq onun toruna düşənlərin sayı çox sürətlə artır. Niyə? Görünür narkotikin insanı və onun həyatını necə şikəst etməsi barədə məlumat çox az adamda var. Mənim məqsədim bu təhlükəni insanlara çatdırmaqdır.

Bu informasiya aşağıdakı tip insanlara aiddir :
1. "Narkotikdən istifadə edim ya bu hislərə qarşı mübarizə aparım?" sualı ilə üzləşənlər;
2. Narkotikdən istifadə edib lakin buna qarşı mübarizə aparmaq imkanınında olanlar;

Tibbi praktika göstərir ki, narkomaniyadan müalicə olmaq çox çətindir. Narkotikdən asıllıq ondan bir və ya bir neçə dəfə istifadə etməklə baş verir, lakin onun caynaqlarından qurtulmaq çox az adama nəsib olub.
Narkotik ilk növbədə narkomanın sağlamlığına ziyan vurur. Narkomaniya orqanizmin zəifləməsinə, bədənin arıqlamasına və fiziki gücün düşməsinə gətirib çıxarır. Orqanizmin zəhərlənməsi daxili orqanların - qara ciyər və böyrəyin zəhərlənməsinə gətirib çıxarır. Narkomanlar içərisində ən geniş yayılmış xəstəlik hepatitdir. Ən qorxulu xəstəliklər orqanizmə qan vasitəsilə daxil olur və vena vasitəsilə qəbul olunan narkotiklərdən istifadə edən narkomanlar qan ilə tez-tez rastlaşırlar.
Demək olar ki, bütün narkomanlar kollektiv səkildə "iynələnirlər". Onlar birlikdə narkotik alır və bundan pul qazanırlar. Ayrı-ayrı şprislə iynələnir, lakin eyni dozadan, yaxud hamısı eyni şprislə iynələnirlər. Aydındır ki, yanındakının xəstəliyinə yoluxmamaq ehtimalı sıfırdır. Bundan əlavə əgər narkoman tiryəkdən istifadə edirsə o artıq satıcıdan hazır məhlul alır. Həmin satıcı da bu məhlulun hər bir dozasını ümumi dozadan alıcının şprisləri ilə yığır. Bu zaman hər bir xəstəliyə yoluxmaq olur, o cümlədən də QIÇS xəstəliyinə. Lakin narkoman tək olduqda belə bu xəstəliklərə yoluxa bilər. Bu heroin və kokainlə əlaqədardır: satıcı malı əldə etdikdən sonra ona yuyucu toz və ya şəkər tozu əlavə edir (belə malı 2 ay istifadə edən narkoman şəkərli diabet xəstəliyinə tutulmaq ehtimalı çoxdur). Ümumiyyətlə təmiz mal olmur. Həmişə qarışıq olur. Bu da narkoman üçün qorxuludur. Əgər narkoman narkotiki bir satıcıdan alırsa və birdən digər satıcıdan bir az təmiz mal alırsa "peredozirovka" olma ehtimalı var. Bu zaman baş beyinin qabığı 7 dəqiqədən sonra ölməyə başlayır. Əlbətdə bütün qabıq birdən ölmür, bu yavaş gedən prosesdir. Buna görə də bir çox narkoman yaşamaqda qalır. Amma onlar natamam insan olurlar. Elələri olur ki, hərəkət edə bilmirlər, heç bir reaksiya göstərmir, düşünmür. Onların beyni ancaq fizioloji prosələri idarə edir. Məsələn, onları yedirtdikdə yeyir, əşyalardan istifadə edə bilmir, danışa bilmirlər. Onları öldürmək heç kimin ixtiyarında deyil, özləri də bunu edə bilmirlər. Elə beləcə də illərlə ömür sürürlər.
Narkotikin olmaması əsəbləşməyə və hirslənməyə gətirib çıxarır. Böyük narahatçılıq başlayır. İnsan artıq bir işlə məşgul ola bilmir. Sonrakı "doza" üçün hər bir alçalmaya, iyrənc hərəkət eləməyə məcbur olur. Narkotik qəbul etdikcə ədəbsizlik və yalançılıq başlayır. Bütün maraqları, ümüdləri və qarşısına qoydugu məqsədləri getdikcə sönür.

Azərbaycanda narkomaniya cavanlaşaraq, 13-14 yaşa belə keçib, lakin 20-25 yaş arasında kütləviləşmə daha çoxdur.


Tarix: 22.08.2012 / 02:04 Müəllif: [Ram] Baxılıb: 2306 Bölmə: QİÇS/HİV/AİDS