beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

(Göy qurşağı) plovu

Ərzaqlar:

Düyü
1 banka yaşıl noxud konservi
1 banka qarğıdalı konservi
1 yerkökü
1 bolqar bibəri
1 pomidor
duz
istiot

Yerkökü təzə deyilsə, onu əvvəlcədən qaynadın ki, bərk olmasın.


Hazırlanma qaydası:

Düyünün üstünə azca su tökün. Su qaynayan kimi digər ərzaqları – noxud və qarğıdalını (mayesi ilə birlikdə), doğranmış bibəri, qarğıdalı boyda doğranmış yerkökünü, pomidoru, duz, istiot və istəyə görə digər ədviyyatı – əlavə edin. Vam odda düyü yumşalanadək bişirin.

Əgər bunu qarnir kimi deyil, ayrıca xörək kimi süfrəyə vermək niyyətiniz varsa, o zaman hazır olana yaxın içinə bişmiş ət tikələri (yaxud bişmiş toyuq) əlavə edin.

Nuş olsun!


Tarix: 12.12.2012 / 20:56 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 357 Bölmə: Plovlar