beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Peyğəmbərimizin Həyatından Gözəl Örnəklər (Susmaq)

"Möminlər, onlar, bütünlüklə boş şeylərdən üz çevirənlərdir." (Muminun Surəsi, 3)
Peyğəmbərimiz danışıqlarında ümməti üçün sözlərin ən gözəlini və yaxşısını seçərdi. Danışıq tərzini bəyənmədiyi insanlara dərhal xəbərdarlıq edərdi. Möminlərin söz ilə biri-birilərini incitməklərinə izin verməzdi.
Rəsulullah boş və yararsız sözlər söyləyən insanın sükut etməyinin daha yararlı olacağını söyləmişdir. Bir başqa hədisdə isə "sükut edən qurtulmuşdur"(Tirmizi) buyurmuşdur. Bu mövzuda Hz. Muhammədin bir çox hədisi vardır.
"Mədəsini, ədəb yerini və dilini şərdən qoruyan insan, bütün pisliklərdən qorunmuş olur." (Deyləmi)

"Müjdə o insanadır ki, sözünün çoxunu saxlamış və malının çoxunu paylamışdır." (Bəzzar)
"Xeyir olmayan şeydən dilini çək, ancaq bunun sayəsində şeytana qalib gələ bilərsən." (Təbərani)
"Allahu Təala hər kəsin dilinin yanındadır. Yəni söylənən hər sözü bilər. O halda danışdığı sözdə qorxsun." (Xətib)
Allahı görürsənmiş kimi Ona ibadət et və özünü ölülərdən say. İstəyirsən bütün bunlar içində olan mühüm şeyi xəbər verim? Dilini saxla.
Bir söz söylərkən düşünərək söyləmək möminə yaraşan gözəl bir davranış olar. Düşünmədən söylənən bir söz bəzən istənilməyən yerlərə gedə bilər və dəyər verdiyimiz insanları incidə bilər. Bu söz əgər İslami bir mövzudadırsa daha da həssas olmağımız gərəkdir.
Danışarkən söz çox uzadılmamalıdır. Deyilən söz qısa və aydın şəkildə söylənilməlidir. Buna görə həm danışan insanın vaxtı çox alınmaz, həm də Rəsulullahın sünnətinə riayət edilmiş olar.
"Diqqət edin, dərin sözlərə gedib gərəksiz yerə sözü uzadanlar həlaka uğrayanlardır." (Müslim)
Sözlərimizdə çirkin, kobud, əxlaqsız sözlərdən qaçmalıyıq. Bu tip sözlər müəyyən zamandan sonra qəlbin qatılaşmasına və danışığın əməldə görünməyinə gətirib çıxara bilər. Həmçinin Rəsulullah buyurur ki: "Aman, əxlaqsız, açıq və çirkin sözlərdən qaçın; Allah çirkin və əxlaqsız sözləri sevməz."(Hakim)
"Mömin tənə etməz, heç kimə toxunmaz, lənət etməz, əxlaqsız söz söyləməz və heç kimi məzəmmət etməz." (Tirmizi)
Möminlər biri-birlərini günahlandırdıqda diqqəti olmalıdırlar. Əgər günahladırdığımız insan günahkar deyilsə axirətdə gözlənilmədən qarşımıza qul haqqı kimi çıxa bilər.
"Bir insan başqasını küfr ilə ittiham edər, ittiham edilən belə olmazsa bu ittiham, ittiham edənə dönər." (Buxari)
"Ey insanlar, əshabım, qardaşlarım və yaxınlarım barəsində məni düşünün və onların əleyhinə danışmayın. Ey insanlar, biri öldüyü zaman onu pislikləri ilə deyil yaxşılıqları ilə xatırayın." (Müsnəd)
"En böyük xəyanət, dostuna verdiyi bir sözdə o sənə inandığı halda yalan söyləməkdir." (Buxari)
"Yazıq o adamdır ki, milləti gülüdürmək üçün yalan söyləyər. Vay ona, vay ona." (Əbu Davud-Tirmizi)
Dinimizdə, çox istisna vəziyyətlər xaricində yalan qəti şəkildə qadağan olunmuşdur. Rəsulullah Əfəndimiz, yalanın kiçik və ya böyük yalan olmağına fərq qoymamış və yalanın hər cürəsini qınadığını söyləmişdir. Peyğəmbərimizin bu mövzudakı duası belədir:
"Allahım qəlbimi nifaqdan, ədəb yerimi zinadan və dilimi yalandan təmizlə." (Xətib)
"İnsan bir yalan söylədiyi zaman onun pis qoxusundan mələklər bir mil məsafə uzaqlaşar." (Tirmizi)
Quranda qeybət (dedi-qodu) etmək, ölü qardaşının ətini yeməklə eyni görülmüşdür. Peyğəmbərimizin hədislərində də qeybətin möminlər arasında əlaqəni qırılmağına və qul haqqına səbəb olacağına söylənmişdir. Möminlərin qüsurlarını axtarmaq, qeybət qədər böyük bir günahdır. Həmçinin Hz. Muhamməd meracda qarşılaşdığı bir hadisəni belə nəql edir: "Meraca çıxdığım gecə, dırnaqları ilə üzlərini deşənləri gördüm. Cəbrayıldan ‘bunlar kimdir’ deye soruşdum. Cəbrayıl da ‘bunlar insanların qeybətini edib, gizli hallarını araşdıranlardır’ dedi. (Əbu Davud)
"Ey dili ilə iman edib qəlbləri ilə inanmayanlar, müsəlmanlardan qeybət etməyin, onların gizli hallarını araşdırmayın. Kim mömin qardaşının gizli hallarını araşdırarsa Allah da onun gizli hallarını ortaya çıxarar." (Əbu Davud)
‘Qeybətin nə olduğunu bilirsinizmi? Qardaşlarınızı xoşlanmayacağı şey ilə anmaqdır’ buyurdu. ‘Söylədiklərimiz o adamda varsa buna nə buyurursunuz’ deyənlərə Rəsuli Əkrəm ‘söylədiyiniz qüsurlar onda varsa o zaman qeybət olar, yoxsa iftira etmiş olarsınız.’ (Müslim)
"Bir insan qardaşının namus və şərəfinə qeybət edənə müdaxilə edərsə, Allah o insanı qiyamət günü cəhənnəmdən uzaqlaşdırar." (Tirmizi)


Tarix: 27.04.2013 / 16:22 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 177 Bölmə: Peyğəmbərlərin Həyatı