beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

PEYĞƏMBƏR (SAV) -İN ÜZ VƏ BƏDƏN CİZGİLƏRİ

Peyğəmbər - sallallahu aleyhi və səlləm - in vücudu qırmızıya çalan açıq bəyaz rəngdə idi. Geniş alınlıdır. Gözlərinin qaraları zil qara və iri idi. Göz qapaqlarının kirpikləri qara idi. Dişləri xəfifcə seyrək idi. Saqqalı sıx və köksünü doldururdu. Geniş çiyinli, topuqları və ayaq dabanları enli idi. Saçları xəfif dalğalı idi. Saçlarını qulaq yumşaqlıqlarına və bir az da aşağı çiyinlərinə kimi uzadardı. Danışdığı zaman adətən ön dişlərinin arasından bir nur çıxır kimi olurdu. Başı və ətraf yerləri iri idi. Üzü yumru, köksündən göbəyinə qədər bir cizgi halında uzanan tüklər vardı. Yeridiyi zaman adətən yuxarıdan aşağıya enir kimi iri addımlarla yeriyirdi. Üzü on dördüncü gündəki ay kimi parıldayırdı. Gözəl səsli idi. Yanaqları düzgün və yumşaq idi. Ağzı böyük, sinəsi və qarnı eyni idi (qarnı irəli deyildi).

Çiyinləri, qollarının dirsəkləri ilə biləyi arası və sinəsinin yuxarıları tüklü idi. Biləkləri uzun, topuqları ətli deyildi. Əlinin içi geniş idi. İki kürək sümüyü arasında çadır düyməsi və ya göyərçin yumurtası kimi Peyğəmbərlik möhürü vardı. Yeridiyi zaman adətən yer onun üçün bükülürdü. Ona çatmaq üçün bir az tez-tez yeriyərdilər. Lakin özünün də yorulmadığı görünürdü. Əvvəllər saçını düz bir şəkildə darayardı, lakin sonra isə ortadan ayırmağa başlayır. Saçlarını və saqqalını darayardı. Hər gecə yatarkən hər bir gözünə üç kərə sürmə daşının tozu ilə sürmə çəkirdi. (Başqa rəvayətdə: İsmid ilə sürmə çəkməyə davam edin. İsmid gözə xeyir (işıq) verir və kirpikləri bitirir)1. Peyğəmbər - sallallahu aleyhi və səlləm - insanlar arasında ən gözəl üzlü, ən gözəl yaradılışlı birisi idi. Nə çox uzun, nə də çox qısa idi»2. Peyğəmbər - sallallahu aleyhi və səlləm - nə uzun, nə də qısa boylu idi. İki çiyni arası geniş idi. Saqqalı sıx, rəngi qırmızıya çalardı. Saçları qulaq yumşaqlıqlarına qədər uzanardı (Başqa rəvayətdə: Çiyinlərinə çatmazdı, lakin qulaq yumşaqlıqlarını keçmişdi. Saçları nə tam qıvrım, nə tam düz idi. İkisi arasında bir şey idi). Onu qırmızı bir paltar geyinərkən gördüm. Ondan daha gözəlini görməmişdim»3. Peyğəmbər -sallallahu aleyhi və səlləm -in başı, əlləri, ayaqları iri idi. Üzü gözəl idi. Nə ondan sonra, nə də ondan əvvəl onun kimisini görmədim»4. Peyğəmbər - sallallahu aleyhi və səlləm -in üzü yumru idi»5. Peyğəmbər - sallallahu aleyhi və səlləm - sevindimi üzü ay parçası kimi olurdu. Biz bunu hiss edərdik»6. Peyğəmbər - sallallahu aleyhi və səlləm - gülməzdi, yalnız təbəssüm edərdi. Ona baxdığın vaxt gözlərinə sürmə çəkməmiş olduğu halda gözlərinə sürmə çəkmişdir deyərdin»7. Cabir b. Səmura - radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm -i ayın çıxdığı bir gecədə gördüm. Bir Peyğəmbər - sallallahu aleyhi və səlləm -ə baxdım, bir də aya. Mənə görə o, aydan gözəl idi»8. Peyğəmbər - sallallahu aleyhi və səlləm -in ağzı böyük idi. Gözlərinin bəyazlığı bir az qırmızıya çalırdı. Topuqları ətli deyildi»9. Peyğəmbər - sallallahu aleyhi və səlləm - kitab əhlinə müxalif olaraq saçlarını ortadan ayırmağa başladı»10. Bəra - radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm - insanların ən gözəli idi. Yaradılış etibarı ilə də ən gözəli idi. O, nə çox uzun, nə də qısa boylu idi»11. Ənəs - radıyallahu anhu -rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm - in saçları nə qısa, nə də qıvrım idi. Nə qulağına qədər, nə də boynuna qədər uzatmış deyildi. Bu ikisi arasında idi»12. Şöbə deyir ki, mən Şimakdan, o da Səmura b. Cundub - radıyallahu anhu -dan: «Peyğəmbər - sallallahu aleyhi və səlləm - DALİLUL FƏM, ƏŞKƏLUL AYN, MƏNHUSUL AKİBEYN idi. Mən Şimaka: «Dalilul Fəm nə deməkdir?» deyə soruşdum. Şimak: «Ağzı böyük deməkdir» dedi. Mən: «Əşkəlul Ayn nə deməkdir?» dedim. O: «Göz yarığı uzun deməkdir» dedi. Mən: «Mənhusul Akib nə deməkdir?» dedim. O: «Ayaq topuqlarının az ətli olmasıdır» dedi13. Əbu Tufeyl - radıyallahu anhu -: «Mən Peyğəmbər - sallallahu aleyhi və səlləm -i gördüm. İndi yer üzündə məndən başqa onu görən heç bir kimsə yoxdur» dedi. Cureyri: «Sən onu necə gördün?» deyə soruşdu. O: «O, bəyaz və gözəl idi»14. Əbu Tufey - radıyallahu anhu - hicrətin 100-cü ilində vəfat etmişdir. O, Peyğəmbər - sallallahu aleyhi və səlləm -in səhabələri içərisində ən son ölən kimsə idi. İbn Sirin - rahmətullahi aleyhi - dedi: «Ənəs - radıyallahu anhu -dan: «Peyğəmbər - sallallahu aleyhi və səlləm - saç və saqqalını boyadımı?» deyə soruldu. Onun saçları boyama dərəcəsinə qədər ağarmamışdı. Onun saqqalında bir neçə bəyaz tük var idi. Lakin Əbu Bəkr və Ömər - radıyallahu anhum - xına və kətəm ilə saçlarını boyamışdılar» dedi (Başqa rəvayətdə: Bəyazlıq onun ancaq alt dodağı ilə çənəsi arasında, iki gözü ilə qulağı arasında və bir neçə dənə də başında var idi. Başına yağ sürtdüyü zaman bəyazlıqdan heç bir şey görülməzdi. Saçlarını yağlayar və saqqalını darayardı. 20-dən artıq ağ tükü olmazdı. İnsanın başından və saqqalından bəyaz saçı çıxarması məkruhdur)15. Əbu Cuhayfə - radıyallahu anhu - rəvayət edir ki, mən Peyğəmbər - sallallahu aleyhi və səlləm -in ağarmış bəyaz saçını gördüm. Əlinin oğlu Həsən - radıyallahu anhum - Peyğəmbər - sallallahu aleyhi və səlləm -ə bənzəyirdi»16. Ukbə b. Həris - radıyallahu anhu - rəvayət edir ki, (Peyğəmbər -sallallahu aleyhi və səlləm - in vəfatından sonra) Əbu Bəkr - radıyallahu anhu - zöhr namazını qıldı. Sonra Əli - radıyallahu anhu - ilə çıxıb getdilər. Yolda Həsən b. Əli - radıyallahu anhu - nu gördülər. Həsən - radıyallahu anhu - uşaqlarla oynayırdı. Əbu Bəkr - radıyallahu anhu - həmən onu tutub qucaqlayaraq: «Peyğəmbərə bənzəyən, Əliyə bənzəyən bala. Atan sənə fəda olsun!» dedi. Əli - radıyallahu anhu - isə gülürdü17. Peyğəmbər - sallallahu aleyhi və səlləm - buyurdu: «Hər kimin uzun saçı varsa ona qulluq etsin». Peyğəmbər - sallallahu aleyhi və səlləm - buyurdu: «On şey (beş şey) fitrətdəndir. Bığları qısaltmaq, saqqalı uzatmaq, misvaqdan istifadə etmək, suyu buruna çəkmək (istinşaq), dırnaqları kəsmək, barmaq aralarını yumaq, qoltuq altını yolmaq, sünnət olunmaq, məzməzə (ağızı yaxalamaq), balağı qısaltmaq»18. Ummu Məbəd Peyğəmbər -sallallahu aleyhi və səlləm -in cizgilərini sadalayır: «Görkəmindən təmizkar bir kimsəyə oxşayırdı. Nurlu sifəti var idi. Nə arıq idi, nə də həddən artıq kök. Olduqca gözəl idi. Gözləri qapqara, kirpikləri uzun idi. Qaşları sıx, qalın və bir birinə yaxın idi. Boynu uzun, saqqalı isə sıx idi. Səsində gözəl bir xırıltı var idi. Susduğu zaman onda ləyaqət görsənirdi, danışdığı zaman isə daha da gözəlləşərdi. Uzaqdan gözəl bir insan olduğu görsənirdi, yaxından isə göz qamaşdırıcı gözəlliyə sahib idi. Bəlağətli danışar, danışması isə qısa və aydın idi. Sözləri bir-birinin ardınca boyunbağıdan tökülən mirvari dənələri kimi idi. Orta boylu idi. Nə gözə girəcək qədər uzun deyildi, nə də gözü narahat edəcək dərəcədə qısa idi. Öz yoldaşlarının əhatəsində ən yaxşısı idi. Onların üçündən ən gözəli və hörmətlisi idi. Danışdığı zaman yoldaşları onu dinləyər, əmr verdiyi zaman dərhal onu yerinə yetirərdilər. Nə qaşqabaqlı, nə də boşboğaz idi»19.

Daha geniş məlumat üçün bax: Qurtubi «İlam Bimə Fi Dinin nasara Min fəsadin və Əvham» 291,292,
Tirmizi «Şəmailul Muhəmmədiyyə» təhqiqi əl-Albani 13-29.
2Buxari, Müslim.
3Buxari, Müslim.
4Buxari.
5Müslim.
6Buxari, Müslim.
7Tirmizi.
8Tirmizi.
9Müslim, Tirmizi.
10Buxari, Müslim.
»Müslim2337.
12Müslim 2338.
13Müslim 2339.
14Müslim 2340.
15Müslim2341.
16Müslim 2343.
17Buxari 5/26.
18Buxari, Müslim.
19Həkim.


Tarix: 27.04.2013 / 16:01 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 317 Bölmə: Peyğəmbərlərin Həyatı