beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

PEYĞƏMBƏR (SAV) -IN DANIŞMASI

Peyğəmbər necə danışardı? Peyğəmbər- sallallahu aleyhi və səlləm - Allahın yaratdıqlarının ən gözəl danışanı, sözü ən şirin olanı idi. Danışması qəlblərin məhəbbətini qazanır, ruhları əsir edərdi. Çox açıq və aydın, hər bir kəsin başa düşəcəyi tərzdə danışardı. Qarışıq və tələsik tərzdə danışmazdı. Peyğəmbər - sallallahu aleyhi və səlləm - Abdullah b. Amr - radıyallahu anhu -ya dedi ki: “(Ağzımdan çıxan hər bir şeyi) yazmağa davam et. Nəfsim əlində olana and içirəm ki, bu ağızdan haqdan başqa bir şey çıxmaz”1

Aişə - radıyallahu anhə - rəvayət edir ki, Peyğəmbər -sallallahu aleyhi və səlləm - sizin bu şəkildə danışdığınız kimi tələsə-tələsə danışmazdı. O, yanında oturanın əzbərləyə biləcəyi şəkildə açıq və dənə-dənə danışardı»2. Peyğəmbər - sallallahu aleyhi və səlləm - danışdıqda kəlmələrini saymaq istəyən saya biləcəyi şəkildə danışardı»3. Peyğəmbər -sallallahu aleyhi və səlləm -in susması danışmasından daha çox idi»4. Peyğəmbər - sallallahu aleyhi və səlləm -in sözlərini yaxşı başa düşsünlər deyə üç dəfə təkrar edərdi»5. Peyğəmbər -sallallahu aleyhi və səlləm - xütbə verdiyi zaman gözləri qızarar, səsi yüksələr, qəzəbi artardı. Sanki o, düşməniniz sabah və ya axşam sizə basqın edəcəkdir deyə bir ordu başçısı kimi idi»6.
Peyğəmbər - sallallahu aleyhi və səlləm - yumşaq, həlim bir kimsə idi. Sözlərinin başa düşülməsini istəyərdi. Aişə - radıyallahu anhə - rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm -in sözü aydın idi. Onu dinləyən hər bir kəs onun sözünü başa düşürdü»7. Peyğəmbər başa düşülsün deyə sözlərini bir neçə dəfə təkrar edərdi. Peyğəmbər - sallallahu aleyhi və səlləm -insanlarla lətif, təvəzökar və yumşaq birisi idi. Çünki bəziləri qorxuya və heybətə qapana bilərdilər. İbn Məsud - radıyallahu anhu - rəvayət edir ki, bir nəfər Peyğəmbər- sallallahu aleyhi və səlləm -in yanına gəldi və onunla danışdı. Adam titrəməyə başladı. Peyğəmbər: «Yavaş ol! Mən bir padşah deyiləm. Mən qurudulmuş ət yeyən bir qadının oğluyam» deyə buyurdu8.

Ebu Davud.
2Müslim.
3Buxari, Müslim.
4Əhməd.
5Buxari.
6Müslim.
7Əbu Davud.
8İbn Məcə.


Tarix: 27.04.2013 / 16:00 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 142 Bölmə: Peyğəmbərlərin Həyatı