beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

PEYĞƏMBƏR (SAV) -İN DÜNYAYA OLAN ZAHİDLİYİ

Peyğəmbər - sallallahu aleyhi və səlləm - insanlar arasında dünyaya qarşı ən zahid bir kimsə idi. O, dünyadan mümkün olduğu qədər az şeylər alırdı. Dünyanın ləzzətlərinə və mallarına göz dikməzdi. “Əksinə o, gözünün yaşını namazda qoymuşdu”1. Peyğəmbər - sallallahu aleyhi və səlləm -in gecə ikən üzərində yatdığı yastıq xurma lifi ilə doldurulmuş, üzü dəri bir yastıq idi»2. Peyğəmbər - sallallahu aleyhi və səlləm -in aclıqdan qıvrıldığını, adi xurma da olsa belə qarnını doyuracaq bir şey tapmadığını görmüşdüm»3. Peyğəmbər - sallallahu aleyhi və səlləm - gecələr boyunca özü də, xanımları da ac yatar, axşam yeməyi tapmazdılar. Çox vaxt yedikləri də arpa çörəyi olmuşdu»4. Aişə - radıyallahu anhə - rəvayət edir ki, biz, Muhəmmədin xanımları bəzən bir ay keçər (yemək bişirmək üçün) bir atəş yandırmazdıq. Yeyəcəyimiz, içəcəyimiz yalnız xurma və sudan ibarət olardı»5. Bir gecə Peyğəmbər - sallallahu aleyhi və səlləm - evindən çölə çıxdı. Əbu Bəkr, Ömər - radıyallahu anhum - ilə birlikdə evlərinin ağzında oturduqlarını gördü. Peyğəmbər: «Bu saatda evlərinizdən çölə çıxmağınıza səbəb nə?» deyə buyurdu. Onlar: «Aclıq, ey Allahın Rəsulu!» dedilər. Peyğəmbər: «Nəfsim əlində olana and olsun ki, sizi çölə çıxardan səbəb nədirsə, məni də çölə çıxartdı» deyə buyurdu6.

Dünyaya həris olmaqdan uzaq olmuş, ən kasıb insandan da kasıb yaşamış, ən əziyyət çəkən insandan da çox əziyyət çəkmişdir. Əbu Hureyrə - radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər -sallallahu aleyhi və səlləm - buyurdu: «Uhud dağı qədər qızılım olsaydı borcum qədəri çıxmaq şərtilə qalanlarını üç gün belə yanımda saxlamaq istəməzdim»7. Əbu Hureyrə - radıyallahu anhu -rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm - buyurdu: «(Adəm oğlu qocalar, lakin onda olan iki şey gəncləşər) İxtiyar (yaşlı) bir kimsənin qəlbi iki şeyi sevməkdə daima gəncdir. Yaşamaq (uzun həyat) sevgisi və bir də mal sevgisi»8. Ənəs - radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm - buyurdu: «Adəm oğlunun iki vadi dolu malı olsa, üçüncü vadini də istəyər. Adəm oğlunun içini (qarnını və ya ağzını) torpaqdan başqa bir şey doldurmaz. Tövbə edən kimsənin tövbəsini Allah qəbul edər»9. Əbu Hureyrə - radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm - buyurdu: «Zənginlik mal çoxluğu ilə deyildir, fəqət həqiqi zənginlik qəlb və nəfs zənginliyidir»10. Möminlərin anası Hərisin qızı Cuveyiyyənin qardaşı Amr b. əl-Haris - radıyallahu anhum - rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm -vəfat etdiyi vaxt özündən sonra nə qızıl, nə gümüş, nə kölə, nə cariyə, nə də heç bir şey buraxmamışdır. Sadəcə minməkdə olduğu ağ bir qatır ilə, silahı və müsafirlərə sədəqə olaraq vəkf etdiyi bir ərazi buraxmışdır»11. Aişə - radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm - dünyadan axirətə köçənə qədər iki gün ard-arda arpa çörəyindən doyunca yeməmişdir»12. Ömər - radiyallahu anhu rəvayət edir ki, bir gün Peyğəmbər - sallallahu aleyhi və səlləm -in yanına daxil oldum. O, həsirin üzərində uzanmışdı. Sonra o, qalxıb oturdu, onun əynində izardan başqa bir şey yox idi. Həsirin izi onun çiynində və böyründə qalmışdı. Mən onun eyvanına nəzər salıb gördüm ki, orada təqribən bir saa arpa, bir o, qədər akasiyə ağacının qabığı və bir də aşılanmış dəridən başqa heç bir şey yox idi. Bu halı gördükdə mənim gözlərim yaşla doldu. Peyğəmbər - sallallahu aleyhi və səlləm - buyurdu: «Ey Xəttabın oğlu, səni ağladan nədir?» Mən: «Ey Allahı Rəsulu! Nə üçün ağlamayım da. Mən görürəm ki, həsir sənin bədənini bu hala salıb, eyvanda da gördüklərimdən başqa bir şey yoxdur. Qeysər (Rum imperatoru) və Xosrov (Fars imperatoru) cah-cəlal içərisində yaşayırlar. Sən isə Allahın Rəsulu və sevimlisi olduğun halda bu da sənin eyvanın!» dedim. Peyğəmbər: «Ey Xəttabın oğlu! Məgər istəmirsən ki, onlar üçün dünya, bizim üçün isə axirət olsun? (Başqa rəvayətdə: Dünya ilə mənim işim nə! Mənim və dünyanın misalı ancaq bir ağacın kölgəsində bir müddət oturan, sonra da oradan durub gedən bir süvariyə bənzər13)» deyə buyurdu14.

1Əhməd, Nəsəi, Həkim
2Müslim, Əhməd.
3Müslim.
4Əhməd.
5Buxari.
6Müslim.
7Buxari 6490, Müslim 2963.
8Müslim 1046.
9Müslim 1048.
10Müslim 1051.
»Buxari2739.
12Tirmizi «Şəmaili Şərif».
13Tirmizi.
14Müslim 10/82.


Tarix: 27.04.2013 / 15:58 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 203 Bölmə: Peyğəmbərlərin Həyatı