beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

PEYĞƏMBƏR (SAV)-İN QOHUM ƏQRABASI İLƏ MÜNASİBƏTİ

Əqrabalıq bağını ən gözəl şəkildə qoruyan insanların ən mükəmməli idi. O, qədər ki, Qureyş müşrikləri də onu Peyğəmbərlikdən əvvəl əmin, sadiq deyə çağırırdılar. Onu bu cür tərif edərdilər. Xədicə - radıyallahu anhə - deyir ki: «Sən əqrabalıq bağını qoruyur və doğru danışansan» deyə onu vəsf etmişdi (Buxari). O, haqların ən böyüyünü və vaciblərini, ən üstününü yerinə yetirirdi. Uşaq ikən itirmiş anasının qəbrini ziyarət edər: Əbu Hureyrə - radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm - buyurdu: «Anasının qəbrini ziyarət etdi. Ağladı, ətrafdakılar da ağladılar. Sonra: «Anam üçün istiğfar diləməkdən ötrü Rəbbimdən izn istədim. Mənə izn vermədi. Qəbrini ziyarət etmək üçün Rəbbimdən izn istədim. Mənə izn verdi. Siz də qəbirləri ziyarət edin. Çünki qəbir ziyarəti ölümü xatırladır» (Müslim 976).

Peyğəmbər - sallallahu aleyhi və səlləm -in yaxın əqrabaları üçün nə qədər çalışdığını, onların Cəhənnəmdən qurtulmaları üçün dua etməsini, bunun üçün nə qədər istəkli olduğunu görürük. Əbu Hureyrə - radiyallahu anhu - rəvayət edir ki: «Və ən yaxın qohumlarını qorxut!» (əş-Şuəra 214)-cü ayəsi nazil olduqda Peyğəmbər - sallallahu aleyhi və səlləm - ayağa qalxıb buyurdu: «Ey Kəb b. Luey oğullar! Özünüzü oddan xilas edin. Ey Abdi Mənaf oğulları! Özünüzü oddan xilas edin. Ey Həşim oğulları! Özünüzü oddan xilas edin. Ey Abdulmuttalib oğulları! Özünüzü oddan xilas edin. Ey Muhəmmədin qızı Fatimə! Özünü oddan xilas et. Çünki mən səni Allahın əzabından qorumağa qadir deyiləm. Yalnız sizinlə qohumluq əlaqələrim olduğu üçün sizə yaxşılıq edirəm (siz əməl edin. Mən sizə Qiyamət günü fayda verə bilmərəm. Öz qızına deyir ki: Sən məndən nə istəyirsənsə mən sənə verərəm. Lakin Allah qatında əməlin olmasa sənə heç bir fayda verə bilmərəm)» (Buxari «Ədəbul Mufrad» 48).
Peyğəmbər heç nədən çəkinmədən əmisini dəvət etdi. Həris olaraq onu durmadan dinə dəvət etdi. Nəhayət ölüm döşəyində ikən onun yanına gəldi. Səid b. Musəyyibin atası deyir ki, Əbu Talib ölüm anında ikən Peyğəmbər - səllallahu aleyhi və səlləm - onun yanına gəldi. Onun yanında Əbu Cəhl ilə Abdullah b. Əbu Umeyyə b. Muğirə də var idi. Peyğəmbər - səllallahu aleyhi və səlləm -buyurdu: «Ey əmi! Lə İləhə İlləllah - kəlməsini de ki, bununla Allah yanında sənin lehinə şəhadət edim». Əbu Cəhl və Abdullah b. Əbu Umeyyə b. Muğirə də: «Ya Əbu Talib! AbdulMuttalibin millətini tərkmi edirsən?» dedilər. Peyğəmbər - səllallahu aleyhi və səlləm - sözünü əmisinə deməkdə davam edirdi. Onlar da öz sözlərini deməkdə davam edirdilər. Nəhayət Əbu Talibin onlara söylədiyi son söz: «AbdulMuttalibin milləti üzərindəyəm!» oldu və: «Lə İləhə İlləllah» deməkdən çəkindi. Peyğəmbər - səllallahu aleyhi və səlləm - buyurdu: «Yaxşı bil ki, Allaha and olsun ki, qadağan olunanadək sənin üçün Allahdan bağışlanma diləyəcəyəm». Bundan sonra Allah ayə nazil etdi: «Müşriklərin Cəhənnəmlik olduqları (müsəlmanlara) bəlli olduqdan sonra, onlarla qohum olsalar belə, Peyğəmbərə və iman gətirənlərə onlar üçün bağışlanma diləmək yaraşmaz» (ət-Tövbə 113). «(Ya Məhəmməd!) Şübhəsiz ki, sən istədiyini doğru yola yönəldə bilməzsən. Amma Allah dilədiyini doğru yola salar. Doğru yolda olacaq kəsləri (öz əzəli elmi ilə) daha yaxşı o bilir» (əl-Qəsəs 56). Başqa rəvayətdə Peyğəmbər - səllallahu aleyhi və səlləm -buyurdu: «Ey əmi! Lə İləhə İlləllah - kəlməsini de ki, bununla Allah yanında sənin lehinə şəhadət edim». Əbu Talib: «Qureyşin məni ayıblaması və haqqımda: «Əbu Talib bunu ancaq qorxudan dedi!» demələri olmasaydı, onu deyib səni məmnun edərdim» (Müslim). Yalnız ayə nazil olduqdan sonra Peyğəmbər - səllallahu aleyhi və səlləm - əmri dinləyib itaət etdi və müşrik əqrabalarına dua etməyi tərk etdi.


Tarix: 27.04.2013 / 15:54 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 152 Bölmə: Peyğəmbərlərin Həyatı