beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

PEYĞƏMBƏRİN (s.a.v.) HƏYATI: PEYĞƏMBƏR (SAV)-İN UŞAQLARA OLAN MƏRHƏMƏTİ

Uşaqlara qarşı çox mərhəmətli və şəfqətli idi. Onları öpər, qucaqlayar və sığallayardı. Ənəs -radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm - oğlu İbrahimi aldı, öpdü və qucaqladi (Buxari). Ənəs - radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm - kiçik uşaqların yanından keçdikdə onlara salam verib salamlayardı» (Buxari, Müslim). Ənəs b. Məlik -radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm - dən daha çox uşaqlara mərhəmətli olan bir kimsə görmədim» (Buxari).

Kiçik uşaqlara qızmaz, onlarla sərt davranmaz, onları azarlamazdı. Aişə - radıyallahu anhə - rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm - kiçik uşaqlar gətirilir, onlara dua edərdi. Ona kiçik bir uşaq gətrildi. Paltarı üzərinə sidik ifraz etdi. Su gətrilməsini əmr etdi, onun üzərinə səpdi və paltarını yumadı» (Buxari). Əbu Hureyrə - radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm - Əli - radıyallahu anhu -nun oğlu Həsən - radıyallahu anhu -ya dilini göstərir, uşaq da onun dilinin qırmızı rənginə gülər və oynayardı» (Səhih Silsilə 70). Peyğəmbər - sallallahu aleyhi və səlləm - Ummu Sələmənin qızı Zeynəb ilə oynayar və ona: «Ey Zeynəbçik, ey Zeynəbçik! deyə dəfələrlə söyləyərdi» (Səhih Silsilə 2141, Səhih cəmi 5025). Bir bədəvi Peyğəmbər -sallallahu aleyhi və səlləm -in yanına gələrək: «Siz uşaqlarınızı öpürsünüz? Biz isə onları öpmürük» dedi. Peyğəmbər: «Əgər Allah sənin qəlbindən rəhməti almışsa mən sənə nə edə bilərəm» deyə buyurdu (Buxari, Müslim).
Böyük bir ibadəti yerinə yetirərkən də uşaqlarla oynayardı. O, qızı Zeynəb - radıyallahu anhə -nin qızı Umameyi qucağına götürərək namaz qılardı. Qiyamda durduqda qızı götürər, səcdə etdikdə isə yerə qiyardı» (Buxari, Müslim). O, Peyğəmbər - sallallahu aleyhi və səlləm - böyüyə də, kiçiyə də bir müəllim idi. Əbul-Abbas Abdullah b. Abbas - radiyallahu anhu - rəvayət edir ki, bir gün (minikdə) Peyğəmbər - sallallahu aleyhi və səlləm -in arxasında idim. O, buyurdu: «Ey oğul! Mən sənə bir neçə kəlimə öyrədəcəm. Allahı qoru ki, Allah da səni qorusun. Allahı qoru ki, onu öz qarşında tapasan. Bir şey dilədikdə, Allahdan dilə. Kömək istədikdə Allahdan kömək istə. Bil ki, əğər bütün insanlar sənə xeyir vermək üçün bir yerə toplansalar da Allahın yazdığından artıq heç bir xeyir verə bilməzlər. Bunu da bil ki, əgər sənə zərər vermək üçün bir yerə toplansalar da Allahın yazdığından artıq sənə zərər verə bilməzlər. (Çünkü) qələmlər qaldırılmış, səhifələrin (mürəkkəbi) qurumuşdur» (Tirmizi 2516. əl-Albani «Səhih əl-Cəmi» 7834).


Tarix: 27.04.2013 / 15:53 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 158 Bölmə: Peyğəmbərlərin Həyatı