beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

PEYĞƏMBƏRİN (s.a.v.) HƏYATI: PEYĞƏMBƏR (SAV)-İN ƏTİRLƏNMƏSİ VƏ MİSVAQLANMASI

Peyğəmbər - sallallahu aleyhi və səlləm - qəlbi təmiz, bədəni təmiz, qoxusu xoş bir kimsə idi. Ətirlənməyi sevər və heç vaxt gözəl ətirdən imtina etməzdi. Peyğəmbər - sallallahu aleyhi və səlləm -in gəlişi xoş qoxusundan bilinirdi (əl-Albani «SəhihulCəmi»). Peyğəmbər - sallallahu aleyhi və səlləm - ona ikram edilən xoş ətirdən heç vaxt imtina etməzd (Buxari).

Misvaqlanmağı da sevərdi. Peyğəmbər - sallallahu aleyhi və səlləm - buyurdu: «Əgər ümmətimə çətin olmasaydı hər namazdan qabaq onlara misvaqlanmağı əmr edərdim» (İmam Əhməd). Peyğəmbər - sallallahu aleyhi və səlləm - buyurdu: «Misvaq ağzın təmizləyicisi, Rəbbin rizasını da qazanmağa səbəbdir» (Nəsai). Aişə - radıyallahu anhə -dən “Peyğəmbər - sallallahu aleyhi və səlləm - evinə girdikdə ilk öncə nə edərdi?” deyə soruşulduqda o: «Misvaqdan istifadə edərdi» dedi. Soğan, sarmısaq yeyərək insanlara əziyyət verməyi qadağan edərdi. Cabir - radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm - buyurdu: «Sarmısaq və soğan yeyən bizdən ayrı dursun (Başqa rəvayətdə: Çünki mələklər Adəm övladının narahat olduğu (əziyyət çəkdiyi) şeylərdən narahat olurlar» (Fəthul Bəri 2/339, Müslim 1/395). Evinə daxil olduqa: «Allahın adı ilə daxil olduq, Allahın adı ilə çıxdıq. Rəbbimizə təvəkkül etdik» deyər sonra da ailə üzvülərinə salam verərdi (Müslim). Təmiz bir şəkildə girmək və salam verməklə ailəni sevindir.


Tarix: 27.04.2013 / 15:51 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 110 Bölmə: Peyğəmbərlərin Həyatı