beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

PEYĞƏMBƏRİN (s.a.v.) HƏYATI: PEYĞƏMBƏR (SAV)-İN YEMƏYİ

Bu ümmətin Peyğəmbərinin halını düşün: Ənəs - radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm - vəfat edənə qədər masa üzərində yemək yeməmişdi, yenə vəfat edənə qədər buğda çörəyi yeməmişdi1. Aişə - radıyallahu anhə - rəvayət edir ki, Peyğəmbər
- sallallahu aleyhi və səlləm - onun yanına gələr və buyurardı: «Yeməyə bir şey varmı?» Aişə:
«Xeyr» dedikdə o: «O halda mən bu gün orucam» deyə buyurardı2. Buna görə də Peyğəmbər -
sallallahu aleyhi və səlləm - heç bir yeməyi pisləməz, yemək bişirən heç bir kimsəni qınamaz,
mövcud olanı geri çevirməz, olmayanı istəməzdi, yeməyə görə Allaha həmd edərdi. O, bu ümmətin
Peyğəmbəri idi. Onun dərdi qarnı və yeməyi deyildi.

Daha sonra Peyğəmbər - sallallahu aleyhi və səlləm -in gündəlik həyatında istifadə etdiyi əşyalarına baxaq. Saxsıdan düzəldilmiş kasası. Peyğəmbər - sallallahu aleyhi və səlləm - bu kasa ilə su, süd və bal içərdi. Əbu Hureyrə - radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm - heç bir zaman heç bir yeməyi pisləməzdi. Ürəyi istədikdə yeyərdi, istəmədikdə yeməzdi. Əbu Cuhayfə Vəhb b. Abdullah - radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər -sallallahu aleyhi və səlləm - buyurdu: «Mən yaslanaraq yemək yemirəm»4. İbn Abbas - radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm - buyurdu: «Biriniz yemək yediyi zaman barmaqlarını yalamadıqca onları silməsin»5. Cabir - radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm - buyurdu: «Birinizin loxması düşdüyü zaman dərhal onu qaldırsın. Ona yapışanı (toz və s.) silsin və loxmanı yesin. Onu şeytana buraxmasın. Barmaqlarını yalamadıqca da əlini dəsmalla silməsin. Çünki bərəkətin yeməyin hansı hissəsində olduğunu bilməz (Başqa rəvayətdə: Yemək qabını sünnətləməyi əmr etdi)»6. İbn Abbas - radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm - buyurdu: «Dəvə içdiyi kimi bir nəfəsə içməyin. İki, üç nəfəsə için. İçdiyiniz zaman BİSMİLLƏH deyin. Qurtardığınız zaman ƏLHƏMDULİLLƏH deyin (Başqa rəvayətdə: İçərkən üç dəvə nəfəs alardı-verərdi)»7. Əbu Qatadə - radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm - buyurdu: «Suya doğru nəfəs almağı qadağan etmişdir»8. İbn Abbas - radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm - qabın içinə nəfəs verməyi və ya (yeyiləsi və içiləsi bir şeyin içinə) üfləməyi qadağan etmişdir»9. Peyğəmbər - sallallahu aleyhi və səlləm - qızardılmış qoyun ətinin bud hissəsini çox sevərdi»10.
Peyğəmbər - sallallahu aleyhi və səlləm - bu qədər mallara və qənimətlərə rəğmən, Uca Allahın ona müyəssər etdiyi fəthlərə baxmayaraq miras olaraq nə bir dinar, nə də bir dirhəm buraxdı. O, sadəcə elmi miras olaraq buraxdı. O, da Peyğəmbərlik mirasıdır. Hər kim bu mirasdan bir şey almaq istəyirsə məharətlə irəli keçsin və belə bir mirasdan götürsün. Aişə - radıyallahu anhə
- rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm - miras olaraq nə bir dinar, nə bir
dirhəm, nə bir dəvə buraxmadı, heç bir şey də vəsiyyət etmədi»11. Çünki onun dərdi dünya, mal,
mülk, cah-cəlal və s. deyildi. Dərdi Allahın razılığı və rəhmətini qazanmaq idi. Utbə b. Həris -
radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm - bizə əsr namazını
qıldırdı. Namazdan sonra dərhal qalxaraq evinə tələsdi və sonra evindən çıxdı. Mən ondan bunun
səbəbini soruşdum. O: «Evdə zəkat malından bir miqdar qızıl var idi. Evimdə qalması məni
narahat etdi. Ona görə də paylaşdırdım»12. Ənəs - radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər -
sallallahu aleyhi və səlləm - müsəlman olmaq istəyənə istədiyini verirdi. Bir nəfər onun yanına
gəldi və iki dağ arasında olan qoyunları ona verdi. O, kimsə qövmünə dönərək dedi: «Qövmüm
müsəlman olun! Muhəmməd kasıblıqdan qorxmayan bir kimsənin (mal payladığı kimi) mal
verir»13.


Tarix: 27.04.2013 / 15:48 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 179 Bölmə: Peyğəmbərlərin Həyatı