beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

PEYĞƏMBƏR (SAV)-İN BAŞQALARININ ŞƏRƏF VƏ LƏYAQƏTİNİ QORUMASI

Peyğəmbər - səllallahu aleyhi və səlləm - xəta edənin xətasını düzəldir, biliksizə öyrədir, qəflətdə olanı ayıldır, məclislərdə də xeyirdən başqa heç bir şeyi qəbul etmirdi. Əgər kiməsə qulaq asırdısa qeybət etməkdən çəkindirər, nəmmamlıq etməyə icazə verməz, hər hansı bir iftiraya razı olmazdı. Başqalarının da şərəf və namusunu qoruyardı.

Məlik b. Rabi əl-Ənsari - radıyallahu anhu
- xəbər verir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm -in səhablərindən və Bədr döyüşündə
iştirak edən İtban b. Məlik - radıyallahu anhu - deyir ki, namazlarımın çoxunu Bəni Sələmə
qəbiləsi ilə keçirirdim. Onlarla mənim aramda bir dərə vardı. Yağmur vaxtı dərə su ilə dolduqda
oranı keçib onların məscidinə getmək mənim üçün çox çətin idi. Buna görə də Peyğəmbər -
səllallahu aleyhi və səlləm -in yanına gələrək: «Ya Rəsulullah! Qocalmışam, gözlərim də zəif
görür. Yağmur vaxtı qövmümlə mənim aramda olan dərə su ilə dolub daşır və mənim üçün ora
keçilməz olur. Könlüm istəyir ki, evimə gəlib evimdə namaz qıldırasan və sənin namaz qıldığın yeri
namazgah edim». Peyğəmbər: «Mən mütləq gələcəyəm» deyə buyurdu. Səhəri Peyğəmbər -
səllallahu aleyhi və səlləm - Əbu Bəkr - radıyallahu anhu - ilə birlikdə evimə qonaq gəldilər.
Peyğəmbər - səllallahu aleyhi və səlləm - evə daxil olmaq üçün icazə istədi. Evə daxil olduqdan
sonra oturmazdan əvvəl mənə dedi: «Evin hansı hissəsində namaz qılmağımı istəyirsən» deyə
soruşdu. Mən də namaz üçün seçdiyim yeri ona göstərdim». Peyğəmbər - səllallahu aleyhi və səlləm
- namaza durub təkbir aldı. Biz də onun arxa tərəfində səff düzəldərək təkbir gətirdik. İki rükət
namaz qılıb təslim ilə namazını bitirdi. Biz salam verərək namazımızı bitirdik. Namazdan sonra
Peyğəmbər - səllallahu aleyhi və səlləm -i Xaziri (qıyma və unda bişirilən yeməyin adıdır) yeməyinə
dəvət etdim. Namaz qıldıqdan sonra Peyğəmbər - səllallahu aleyhi və səlləm -in gəldiyini eşidən
insanlar bizə axışmağa başladılar. Onlardan biri Malik b. Duhşam haradadır? onu heç görmürəm deyə soruşdu. (Cəmaatda) onlardan biri: «O, münafiq. Hansı ki, Allah və Rəsulunu sevmir». Bunu eşidən Peyğəmbər: «Belə demə! Məgər o, sənin yanında Allaha tərəf yönələrək Lə İləhə İlləllah deməyib və bunu da Allah rizası üçün söyləyib». O kimsə: «Allah və Rəsulu bu haqda daha yaxşı bilir, lakin Allaha and olsun ki, o yalnız münafiqlərlə oturub-durur və onları da sevir». Peyğəmbər: “Allah rizasını diləyərək Lə İləhə İlləllah deyən kimsəyə Allah Cəhənnəm odunu haram etmişdir”1.
Yalan şahidlikdən və başqalarının haqlarını tapdalamaqdan çəkindirərdi. Möminlərin anası Aişə - radıyallahu anhə -yə olan sevgisinə baxmayaraq onun qeybət etməsini pis qarşılamış və qeybətin nə qədər böyük günah olduğunu açıqlamışdır. Aişə - radıyallahu anhə - rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm - ə: «Səfiyyənin qısa boylu olduğunu söyləyərək sənə bəs edər» dedim. Peyğəmbər: «Vallahi elə bir söz söylədin ki, əgər o dəniz suyuna qarışdırılsaydı onu ifsad edib korlayardı»2. Peyğəmbər - sallallahu aleyhi və səlləm - qardaşlarının şərəf və namusunu qoruyan kimsələrə müjdə verərək buyurmuşdu: Əbu Darda - radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm - buyurdu: «Kim müsəlman qardaşının şərəf və namusunu qoruyarsa Allah da Qiyamət günü onun üzünü Cəhənnəm atəşindən qoruyar»3.


Tarix: 27.04.2013 / 15:46 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 186 Bölmə: Peyğəmbərlərin Həyatı