beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

PEYĞƏMBƏRİN (s.a.v.) HƏYATI: RƏSULULLAHIN (S.Ə.V.) XÜSUSİYYƏTLƏRİ

Peyğəmbər evinə yaxınlaşır və içəri girmək üçün izn alaraq qapısını döyürük. Qoy xəyallar Peyğəmbəri (s.ə.v.) görənlərlə birlikdə yola çıxsın... Bizə onu (s.ə.v.) gözlə görürükmüş kimi nəql etsin... Beləliklə, onun (s.ə.v.) çox şərəfli insanlığını və təbəssümlü çöhrəsini tanı­ya bilək.

Əl-Bəra ibn Azib -radiyallahu anh- dedi ki: "Peyğəmbər (s.ə.v.) sima və əxlaq cəhətdən insanların ən üstünü idi. Nə çox hündürboy, nə də çox qısaboylu idi" (Buxari).

Yenə də o, belə demişdir: "Peyğəmbər (s.ə.v.) ortaboylu idi. Enlikürək idi. Qulaqlarının yumşaq hissəsinə qədər uzanan saçları var idi. Onu qırmızı bir paltarda gördüm. Ondan daha gözəl heç bir şey görmədim" (Buxari).

Əbu İshaq əs-Sübeyi dedi ki: "Bir insan Bəra ibn Azibdən soruşdu: "Peyğəmbərin (s.ə.v.) üzü qılınc kimi parlaqmı idi?" O, "Xeyr, onun üzü ay kimi idi" dedi" (Buxari).

Ənəs -radiyallahu anh- dedi ki: "Mən Rəsulullahın (s.ə.v.) əlindən daha yumşaq nə incə, nə də qalın ipəyə, nə də hər hansı bir şeyə to­xunmamışam. Rəsulullahın (s.ə.v.) qoxusundan daha xoş bir qoxunu iyləməmişəm" (Buxari, Müslim).

Peyğəmbərin (s.ə.v.) yüksək xüsusiyyətlərindən biri də onun çox həyalı bir insan olması idi. Belə ki, Əbu Səid əl-Xudri -radiyallahu anh- onun haqqında belə deyir: "Peyğəmbər (s.ə.v.) örtüklərinin içində bakirə qızdan daha həyalı idi. Onun xoşlamadığı bir şey olduğu zaman biz bunu onun üzündən hiss edərdik" (Buxari).

Bütün bunlar Rəsulullahın (s.ə.v.) xilqətinə və əxlaqına aid ən əsaslı keyfiyyətlərdir. Uca Allah onu (s.ə.v.) həm əxlaq, həm də yaradılış baxımından qüsursuz yaratmışdır. Anam, atam ona (s.ə.v.) fəda olsun.


Tarix: 27.04.2013 / 15:38 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 120 Bölmə: Peyğəmbərlərin Həyatı