beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

PEYĞƏMBƏRİN (s.a.v.) HƏYATI: RƏSULULLAHIN (S.Ə.V.) DANIŞIĞI

Rəsulullah (s.ə.v.) və onun bəzi xüsusiyyətləri ilə tanış olduqdan sonra indi də onun danışığına və sözlərinə diqqət yetirək. Danışığının əsas xüsusiyyətləri nələrdir və necə danışırdı? Hər şeydən əvvəl Rəsulullahı (s.ə.v.) dinləyənlərin nəql etdiklərinə qulaq asaq... Həzrəti Aişə -radiyallahu anhə- dedi ki: "Rəsulullah (s.ə.v.) sizin kimi sürətlə danışmazdı. O, çox açıq-aydın və yanında oturanın açıq başa düşə­cəyi şəkildə danışırdı" (Əbu Davud).

Peyğəmbər (s.ə.v.) mülayim bir insan idi. Dediyi sözün aydın olmasını istəyirdi. Ümmətinə hədsiz bağlı olduğuna görə insanlar arasında­kı fərqi, onların anlama və qavrama səviyyələrini nəzərə alırdı... Bu hal onun -səllallahu aleyhi və səlləm- olduqca həlim (insanların ver­diyi çətinliklərə dözmək) və səbrli olmasını tələb edir.

Aişə -radiyallahu anhə- dedi ki: "Rəsulullahın -səllallahu aleyhi və səlləm- danışığı açıq-aydın idi. Dinləyən hər bir insan onu başa düşür­dü" (Əbu Davud).

Rəsulullahın (s.ə.v.) sözlərini aydın olmaq üçün bir neçə dəfə təkrarladığını düşünərək onun (s.ə.v.) nə qədər mülayim, nə qədər geniş qəlbli və dözümlü olduğunu dərk etməyə çalışaq...

Ənəs ibn Malik -radiyallahu anh- dedi ki: "Rəsulullah (s.ə.v.) dediklərinin aydın olması üçün onları üç dəfə təkrar edirdi" (Buxari).

Peyğəmbər (s.ə.v.) insanlarla zarafatlaşar, onlara çətin anlarında təsəlli verərdi. Çünki bəziləri heybətə və qorxuya qapıla bilərdilər.

İbn Məsud -radiyallahu anh- dedi ki: "Bir insan Rəsulullahın (s.ə.v.) yanına gəldi. Onunla danışdı, həmin adam titrəməyə başladı. Pey­ğəmbər (s.ə.v.) ona belə dedi: "Sakit ol, mən hökmdar deyiləm. Mən qurudulmuş ət yeyən bir qadının oğluyam, vəssalam" (İbn Macə).


Tarix: 27.04.2013 / 15:37 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 109 Bölmə: Peyğəmbərlərin Həyatı