beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

PEYĞƏMBƏRİN (s.a.v.) HƏYATI: PEYĞƏMBƏR EVİNDƏ

İnsanın gözəl əxlaqını, yüksək ədəbini, xoş güzəranını, həyat tərzini və təmiz ruhunu aydın şəkildə bildirən həqiqi meyar onun evi­dir. Çünki otağında, divarların arxasında onu heç bir insan görməz. Köləsi, qulluqçusu və ya xanımı ilə birlikdə olduğu zaman xarak­terinə görə süniliyə yol vermədən, gözəl görünmək arzusuna qapılmamaq üçün imkanı daxilində sadə hərəkət edər... Bununla ya­naşı, o, bu evin həm başçısı, həm ixtiyar sahibi, həm də qadağa qoyanıdır... Əlinin altında olan bütün insanlar gücsüzdür... İndi bu ümmətin Rəsulu (s.ə.v.), başçısı və müəlliminin vəziyyətini diqqətlə izah edək. O, belə böyük vəzifədə, belə bir yüksək mərtəbədə olmaqla yanaşı evində necə idi?

Aişə -radiyallahu anhə-ya belə bir sual verdilər: "Rəsulullah (s.ə.v.) evində nə edirdi?" Belə cavab verdi: "O da adi insanlardan biri idi. Paltarını təmizləyər, qoyununu öz əli ilə sağar, öz işini özü görərdi" (Əhməd və Tirmizi "Şəmail"də rəvayət etmişlər).

O uca Peyğəmbər (s.ə.v.) sadəliyin və təkəbbür göstərməməyin, lovğalanmamağın, başqalarına yük olmamağın nümunəsi idi. Onun (s.ə.v.) insanlarla münasibəti çox gözəl, qarşılıqlı yardımlaşması çox yüksək səviyyədə idi. İslam dininin nurunun parıldadığı o mübarək evdə qarnını doyurmaq üçün bir şey tapmayan Adəm oğullarından ən üstünü heç belə edərdimi?

Numan ibn Bəşir -radiyallahu anh- Rəsulullahdan -səllallahu aleyhi və səlləm- -qüsursuz dua və ən təmiz salamlar onun üzərinə ol­sun- bəhs edərkən bunları deyir: "And olsun ki, mən Peyğəmbərimizi hətta qarnını doyuracaq qədər adi xurma tapmadığını da gör­düm" (Müslim).

Aişə -radiyallahu anhə- dedi ki: "Biz, Muhəmmədin xanımları hətta elə olurdu ki, bir ay müddətində (yemək bişirmək üçün) ocaq yandırmazdıq. Bütün yeyib-içməyimiz yalnız xurma və sudan ibarət olurdu" (Buxari).

Peyğəmbəri (s.ə.v.) Allaha ibadətdən və itaətdən çəkindirəcək, məşğul edəcək heç bir şey yox idi: o, (s.ə.v.) müəzzinin "Hayyə aləs-saləh, hayyə aləl-fələh" çağırışını eşitdiyi zaman dərhal tələsir və bütün dünya işlərini bir tərəfə buraxıb namaza gedirdi.

Əsvəd ibn Yəzidin belə dediyi rəvayət edilmişdir: "Aişə -radiyallahu anhə-dan soruşdum: "Peyğəmbər (s.ə.v.) evində nə edirdi?" Belə dedi: "O, ailəsinin işlərini görürdü. Azanı eşitdiyi zaman çıxıb gedərdi"" (Müslim).

Peyğəmbərin (s.ə.v.) fərz namazını öz evində qılması tam doğru rəvayət deyil. O, bunu yalnız ölümünə səbəb olan xəstəliyi ağırlaş­dığı və hərarəti yüksəlib evdən bayıra çıxa bilmədiyi istisna hallarda etmişdi.

O, ümmətinə olduqca mərhəmətli və şəfqətli münasibət göstərməklə yanaşı camaatla birlikdə namaz qılmayan insanlar haqqında ağır ifadələr işlədərək belə buyurmuşdu: "Öz-özümə belə fikirləşdim: "Əmr verim namaz üçün qamət gətirilsin, sonra da bir ada­ma camaata namaz qıldırmasını əmr edim. Sonra çiynində odun şələləri olan bəzi insanlarla gedərək camaatla namaza gəlməyən adamların özləri də içində olarkən evlərini yandırım" (Buxari və Müslim).

Bunun yeganə səbəbi namazın camaatla qılınmasının əhəmiyyəti və böyüklüyüdür. Peyğəmbər -səllallahu aleyhi və səlləm- belə bu­yurmuşdur: "Kim azanı eşitdiyi zaman o çağırışa camaatla birlikdə gəlməzsə - müstəsna vəziyyətlər xaricində - o insanın namazı olmaz" (İbn Macə, İbn Hibban). Buradakı müstəsna hal isə qorxu və ya xəstəlikdir.

Bu gün xanımlarının yanında namaz qılıb məscidlərə gəlməyənlər hara, xəstəlik və ya qorxu səbəbi hara?


Tarix: 26.04.2013 / 20:43 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 208 Bölmə: Peyğəmbərlərin Həyatı