beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ADƏM (aleyhissalam) İLƏ MUSANIN (aleyhissalamın) MÜBAHİSƏSİ

Əbu Hureyrə (r.a) Peyğəmbərin (s.a.v) belə dediyini rəvayət edir: "Musa Adəmə qarşı sübut gətirib dedi: "Sən öz günahınla insanları Cənnətdən çıxardın və onları bədbəxt etdin?!" Adəm dedi: "Ey Musa! Allah Öz risaləsi və kəlamı ilə səni digər insanların arasından seçib. Sən Allahın məni yaratmadan öncə qədərimə yazdığı bir işə görəmi qınayırsan?". Peyğəmbər  dedi: "Adəm Musaya qalib gəldi"
(Buxari: ? 4738; Muslim: ? 2652.)

Ömər ibn əl-Xəttab (r.a) Peyğəmbərin (s.a.v) belə dediyini rəvayət edir: "Musa demişdir: Ey Rəbbim! Bizi və özünü Cənnətdən çıxaran Adəmi bizə göstər". Allah da Adəmi ona göstərdi.
Musa: "Adəm sənsən?"
Adəm: "Bəli".
Musa: "Allahın Öz ruhundan üfürdüyü, mələklərini səcdə etdirdiyi və bütün adları öyrətdiyi adam sənsən?"
Adəm: "Bəli".
Musa: "Elə isə bizi və özünü Cənnətdən çıxarmağa səni nə vadar etdi?"
Adəm: "Sən kimsən?"
Musa: "Mən Musayam".
Adəm: "İsrail oğullarının peyğəmbəri Musa sənsən? Allahın aranızda heç bir vasitəçi olmadan birbaşa qeybdən söhbət etdiyi Musa sənsən?"
Musa: "Bəli".
Adəm: "Allahın əzəldən yazdığı qəza-qədərə görəmi məni qınayırsan?!"
Peyğəmbər (s.a.v) dedi: "Adəm Musaya qalib gəldi"
(Səhihdir. Əbu Davud: (? 4702); Əbu Yəla "əl-Müsnəd": (? 243). Bu rəvayətin sənədi həsəndir (yaxşıdır). İbn Kəsirin bu hədisdən sonra başqa sənədlə qeyd edəcəyi rəvayət Əbu Yəlanındır (? 244). Amma bu rəvayət zəifdir. Lakin ümumi rəvayətləri topladıqda hədis səhihdir. Daha doğrusunu Allah bilir.)

Bu hədis haqqında müxtəlif açıqlamalar verilib.
Bəzi "Qədəriyyələr" hədisdə əzəli qədərin isbat olunduğunu görüb bu hədisi inkar etmişlər. Bəzi "Cəbəriyyələr" isə bu hədisə əsaslanmışlar. Çünki hədisdəki "Adəm Musaya qalib gəldi." – sözləri ilk baxışdan onların dediklərini dəstəkləyir. Belə ki, Adəm yazılmış qəza-qədəri əsas gətirib qalib olmuşdu. Amma qarşıda bu fikirə cavab veriləcəkdir.
Digərlərinin rəyinə görə Musa Adəmi tövbə etdiyi keçmiş bir günaha görə qınadığı üçün Adəm ona qalib gəlmişdi. Çünki günahdan tövbə edən günahsız kimidir.
Başqa rəyə görə Adəm Musadan yaşca böyük və əvvəl yaşadığı üçün qalib gəlmişdi.
Yaxud, Adəm onun atasıdır. Onlar müxtəlif şəriətlərə əməl edirdilər. Onlar bərzəx (qəbir) həyatında idilər və bu həyatda insanın əməlləri donmuş sayılır kimi fikirlər söylənilmişdir.
Daha doğru rəy isə belədir: Bu hədis bir çox mətnlərlə rəvayət olunmuşdur. Rəvayətlərin bəzisi məna ilə rəvayət olunmuşdur. Amma bu da kəsərli bir əsas deyildir. İki səhih və digər kitablarda qeyd olunan hədislərin əksəriyyətinin məzmunu Adəmin özünü və nəslini Cənnətdən çıxarmasına görə qınanmasıdır. Adəm isə cavabında: "Sizi oradan mən çıxarmamışam. Sizi oradan çıxaran mənim ağacdan yeməyimi planlaşdırandır. Mən yaradılmamışdan öncə bunu planlaşdıran, qəza-qədərimə yazan Uca və Əzəmətli Allahdır. Sən isə məni özümə elə də çox aidiyyatı olmayan bir işə görə qınayırsan. Bu işdə mənim rolum budur ki, mənə bir ağacdan yemək qadağan olundu, mən isə ondan yedim. Amma oradan çıxmağın buna görə olması mənlik deyil. Mən sizi və özümü oradan çıxartmamışam. Bu Allahın qəza-qədərindən və planından olmuşdu. Onun bu işdə Öz hikməti vardır!" – deyə Adəm Musaya qalib gəldi.
Bu hədisi inkar edən inadkardır. Çünki bu hədis Əbu Hureyrədən (r.a) mütəvatir yolla rəvayət olunmuşdur. Onun ədalətli, hafizəli və diqqətli olması yetərlidir. Qeyd etdiyimiz kimi bu hədis başqa rəvayətçilərdən də rəvayət olunmuşdur.

Yuxarıda qeyd olunan yozumlar hədisin mətnindən və mənasından uzaqdır. Onların arasında ən güclü əsas "Cəbəriyyəlilərə" məxsusdur. Amma onların dediklərinə bir neçə yöndən irad tutmaq olar:
Birinci: Musa tövbə edilmiş bir işə görə heç kəsi qınamır.
İkinci: Musa özü ona əmr olunmayan bir insanı öldürmüş və buna görə Rəbbinə müraciət edərək demişdi: “Ey Rəbbim! Şübhəsiz ki, mən özüm-özümə zülm etdim. Buna görə məni bağışla!” (əl-Qasas: 16).
Üçüncü: Əgər hədisdən günaha görə qınanan insanın əvvəldən yazılmış qədəri əsas gətirməsi anlaşılırsa, yenə də etdiyi günaha görə qınanan insanlarla eyni cür davranmaq olmaz. Belə olsaydı hər kəs yazılmış qədəri əsas gətirər və nəticədə qisas və cəza qapıları bağlanar.
Əgər belə hallar üçün qəza-qədər üzürxahlıq olsaydı o zaman hər kəs etdiyi kiçik və böyük günahı bununla əsaslandırardı. Bu isə arzuolunmaz nəticələrə gətirib çıxarar. Ona görə alimlər (Şeyxülislam İbn Teymiyyə və tələbəsi İbn əl-Qeyyim əl-Covziyyə kimi alimləri demək olar. Diqqət yetirsək görərik ki, müəllifin sözü də onların dedikləri ilə eynidir.
Bu haqda Şeyxulislam İbn Teymiyyənin "əl-Ehticac Bil-Quran" kitabına, həmçinin İbn Əbdül Bərrin "ət-Təmhid" (18/12) və "əl-İstizkar" (26/85-88) kitablarına baxa bilərsiniz.) deyiblər: "Adəm etdiyi günaha deyil, başına gələn müsibətə görə qəza-qədəri əsas gətirmişdi. Doğrusunu Uca Allah daha yaxşı bilir. O, mənim üçün yetərlidir və O, çox gözəl dayaqdır".
(Xülasə, qədərə iman gətirmək lazımdır, edilən əməllərə dəlil götürmək lazım deyil.)


Tarix: 26.04.2013 / 20:35 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 270 Bölmə: Peyğəmbərlərin Həyatı