beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ADƏMİN (aleyhissalamın) İKİ OĞLU HABİL VƏ QABİLİN HEKAYƏSİ

27-Onlara Adəmin iki oğlunun əhvalatını olduğu kimi söylə! Onlar qurban gətirdikləri zaman birinin qurbanı qəbul edilmiş, digərininki isə qəbul olunmamışdı. (Qurbanı qəbul olunmayan Qabil qardaşı Habilə) demişdi: “Səni mütləq öldürəcəyəm! (Habil ona) belə cavab vermişdi: “Allah yalnız müttəqilərdən qəbul edər!
28-Sən məni öldürməkdən ötrü mənə əl qaldırsan da, mən səni öldürmək üçün sənə əl qaldıran deyiləm. Mən aləmlərin Rəbbi olan Allahdan qorxuram.
29-Mən istəyirəm ki, sən mənim də günahımı öz günahınla birlikdə üstünə götürəsən və beləliklə də, Cəhənnəm sakinlərindən olasan. Zalimlərin cəzası budur!”
30-Nəfsi onu qardaşını öldürməyə sövq etdi, onu (Habili) öldürdü və bununla da zərərçəkənlərdən oldu.
31-Sonra Allah qardaşının cəsədini necə basdırmağı ona göstərmək üçün yer eşən bir qarğa göndərdi. (Qabil) dedi: “Vay halıma! Bu qarğa qədər olub qardaşımın cəsədini də basdıra bilmərəm?” O, artıq peşman olmuşdu. (əl-Maidə: 27–31).

Qardaşı Habili ölümlə hədələyərkən onun: "Sən məni öldürməkdən ötrü mənə əl qaldırsan da, mən səni öldürmək üçün sənə əl qaldıran deyiləm. Mən aləmlərin Rəbbi olan Allahdan qorxuram..." – deməsi onun gözəl əxlaqından, qəlbindəki Allah qorxusundan xəbər verir. Özünün alicənablığını göstərib qardaşının əməlinə qarşılıq vermədi.
İki səhih əsərdə Peyğəmbərin r belə dediyi rəvayət olunur: "İki müsəlman qılınclarını çəkib üz-üzə gələrlərsə öldürən də ölən də Cəhənnəmlik olar".
Orada olanlar dedilər: "Ey Allahın elçisi! Öldürənin cəzası aydındır. Bəs ölənin nə təqsiri var?"
Peyğəmbər r dedi: "O da öz yoldaşını öldürmək istəyirdi"
(Buxari: ? 31; Muslim: ? 2888. Hədis Əbu Bəkrədən rəvayət olunur.)

«Mən istəyirəm ki, sən mənim də günahımı öz günahınla birlikdə üstünə götürəsən və beləliklə də, Cəhənnəm sakinlərindən olasan. Zalimlərin cəzası budur!» (əl-Maidə: 29). Mən səndən daha güclü və qüvvətli olsam da səninlə döyüşmək niyyətim yoxdur. Əgər sən bu qərara gəlmisənsə o zaman «sən mənim də günahımı öz günahınla birlikdə üstünə götür...» Yəni mənim qətlimin günahını və əvvəlki günahlarını öz böynuna götür. Bu, Mücahidin, Suddinin, İbn Cəririn və bir çox alimlərin rəyidir.
Bu o demək deyil ki, öldürülənin günahları dərhal qatilin boynuna düşür. Bəzi insanlar məsələni belə başa düşürlər. İbn Cərir belə başa düşənlərə qarşı alimlərin yekdil rəyini əsas gətirmişdir.
Bəzi savadsız adamların Peyğəmbərin r adından rəvayət edirlər ki, "Qatil öldürülən üçün heç bir günah saxlamaz". Bu rəvayətin əsası yoxdur. Ümumiyyətlə hədis kitablarında nə səhih, nə həsən, nə də zəif sənədlə belə bir rəvayət yoxdur.
("Silsilətul əhədis əd-Daifə" ? 287. Burada şeyximiz Albani müəllifin sözünü qeyd edib onun dediklərini təsdiqləmişdir.)

Lakin bu hal Qiyamət günü bəzi insanların vəziyyətində baş verə bilər. Məsələn, öldürülən insan öz haqqını qatildən tələb etdikdə qatilin bu zülmü qarşılamaq üçün kifayət qədər savabı olmadıqda öldürülənin günahından qatilə yüklənəcəkdir. Başqa günahlarla da belə ediləcəyi barədə səhih sənədli hədislər vardır.(Muslim: ? 2581.)

Qətl törətmək də günahların ən böyüyüdür. Daha doğrusunu Allah bilir.
Səəd ibn Əbu Vəqqas t Osman ibn Əffanın t fitnəsi zamanı deyirdi ki, mən Peyğəmbərin belə dediyinə şahidlik edirəm: "Bir zaman fitnə olacaq. O zaman oturan ayaq üstə olandan, ayaq üstə olan gəzəndən, gəzən isə qaçandan xeyirli olar". Orada olanlar dedilər: "Əgər bir nəfər evimə girib məni öldürmək istəyərsə nə edim?"
Peyğəmbər r dedi: "Sən Adəmin oğlu kimi ol!"
(Səhihdir. Əhməd: 1/169; 185; Əbu Davud: ? 4257; Tirmizi: ? 2194. Muslimin şərtinə uyğun səhih sənədlə rəvayət ediblər.)

Huzeyfə ibn əl-Yəməndən t gələn mərfu sənədli rəvayətdə isə Peyğəmbərin (r.a) belə dediyi rəvayət olunur: "Sən Adəmin xeyirli oğlu kimi ol!"
(Səhih liğeyrihi. İbn Mərdəveyh "Təfsir" kitabında, həmçinin müəllif "Təfsirul Quran əl-Azim" kitabında (2/42) zəif sənədlə rəvayət etmişdir. Sənəddə adı çəkilməyən bir nəfər vardır.
Amma Səədin (r.a) və Əbu Zərin (r.a) səhih rəvayətləri buna şahidlik edir və hədis səhih dərəcəsinə yüksəlir.)

Muslim, Əbu Davud, Tirmizi və İbn Macə eyni rəvayəti Əbu Zərdən nəql etmişlər.
(Müəllif hədisin əsas mətnini nəzərdə tutur. Belə ki, o rəvayətdə fitnənin olmasından danışılmır. Hədisi uzun mətnlə Əhməd (5/149; 163; Əbu Davud ? 4261; İbn Macə ? 3958; İbn Hibban ? 5960; Hakim 2/156; 4/423. Rəvayət Muslimin şərtinə uyğun olan səhih sənədlə qeyd olunur. Muslim "Səhih" əsərində ? 648; Əbu Davud ? 431; Tirmizi ? 176; İbn Macə ? 1256. Yalnız namaz hekayəsini qeyd edərək müxtəsər mətnlə rəvayət etmişlər.)

Adəmin xeyirsiz oğluna gəlincə İbn Məsud t Peyğəmbərin r belə dediyini rəvayət edir: "Zülm ilə qətlə yetirilən hər bir cana görə Adəmin oğluna bu qandan pay çatar. Çünki ilk dəfə qətli adət edən o olmuşdur".
(Buxari ? 3335; Mülsim ? 1667; Əhməd 1/383; 430; 433; Tirmizi ? 2673; Nəsai ? 3996; İbn Macə ? 2616.)

Dəməşq şəhərinin şimalında yerləşən Qasyon dağında "əd-Dəmm" adlı mağara vardır. Bu mağara Qabilin Habili qətlə yetirdiyi yer kimi məşhurlaşmışdır. İnsanlar bu məlumatı əhli-kitabdan əldə etmişlər. Bunun nə dərəcədə doğru olmasını Allah bilir.
(Adəmin övladlarının adları da Əhli Kitabdan götürülmüşdür. Bu barədə səhih mənbələrdə heç bir məlumat yoxdur.)

Uca Allah buyurur: «Sonra Allah qardaşının cəsədini necə basdırmağı ona göstərmək üçün yer eşən bir qarğa göndərdi. (Qabil) dedi: “Vay halıma! Bu qarğa qədər olub qardaşımın cəsədini də basdıra bilmərəm?” O, artıq peşman olmuşdu.» (əl-Maidə: 31).
Bəzi rəvayətlərə görə Qabil qardaşını qətlə yetirəndən sonra onu belində daşıyırdı. Bu əsnada Uca Allah bir-biri ilə döyüşən iki qarğa göndərdi. Onlardan biri digərini qətlə yetirdi. Sonra öldürdüyü qarğanı basdırmaq üçün torpağı eşdi. Ölmüş cəsədi sürüyüb çuxura atdı və basdırdı. Qabil qarğanın belə etdiyini görüb dedi: «Vay halıma! Bu qarğa qədər olub qardaşımın cəsədini də basdıra bilmərəm?” O, artıq peşman olmuşdu.» (əl-Maidə: 27–31). Qabil də qarğanın etdiyi kimi çuxur qazıdı və qardaşının cəsədini basdırdı.
Deyilənə görə Qabil günahlarına, zülm etdiyinə, valideynlərinə və qardaşına qarşı həsəd apardığına görə qardaşını qətlə yetirən gün qisasa və təcili cəzaya məhkum edilmişdi.
Peyğəmbərdən r rəvayət olunan hədisdə deyilir: "Bu dünyada və axirətdə cəzalandırılmağa daha çox layiq görülən günahlar içində zülm etmək və qohumluq əlaqələrini kəsmək kimi böyük günah yoxdur"
(Səhihdir. Buxari "əl-Ədəb əl-Mufrəd" ? 29; Əhməd 5/36; 38; Əbu Davud: ? 4902; Tirmizi ? 2511; İbn Macə ? 4211. Rəvayət Əbu Bəkrədən t səhih sənədlə rəvayət olunur.)

Bundan sonra insanlar çoxaldı və yer üzünə dağıldılar. Bu haqda Uca Allah Öz kitabında belə deyir: «Ey insanlar! Sizi tək bir şəxsdən xəlq edən, ondan zövcəsini yaradan və onlardan da bir çox kişi və qa¬dın¬lar törədən Rəbbinizdən qorxun! (Adı ilə) bir-birinizdən istədiyiniz Allah¬dan, həmçinin qohumluq əlaqələrini kəsməkdən həzər edin! Şüb¬həsiz ki, Allah sizin üzərinizdə gözətçidir!» (ən-Nisa: 1).


Tarix: 26.04.2013 / 20:33 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 331 Bölmə: Peyğəmbərlərin Həyatı