Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yoltanımaz
Yoltanımaz

Hər gün ürəyimdən keçən
Bircə dəfə bilmədi ki,
Hardan keçir.
Yeyib, bitirib içimi
Susayıb o,
Gözlərimin nurunu içir.
Addım səsləridir bu döyüntülər
Bir yoldu bir yolçu
yola nabələd.
Yəqin ki, yolunu azacaq əlbət,
Ürəyim onunçün geniş bir ölkə.
Bəs niyə qərarı tutmur bu yerdə
Başqa ürəklərə tələsir bəlkə?
Yaman nigaram, bilmirəm nədən
Keçirik yenə də, səndən xəbərsiz
Mən sizin küçədən,
Sən ürəyimdən.


Tarix: 04.06.2015 / 17:47 Müəllif: Aziza Baxılıb: 62 Bölmə: Nuranə Nur
loading...