Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Günəşdən öncə..
Günəşdən öncə..

Kiçik həyəcanlarla başlayır
bütün böyük eşqlər.
Ilk baxışın alovu yandırarkən qəlbini
Ovuclarına doldurub içdiyin su kimi
dadlıdır həyat.

Xəyalların boya-başa çatıb
Xatirələrə çevriləndə başlayır bütün acıların.
Hər nəfəsinin axırına gedib qayıtmaq
Uzaq bir səfərə çıxmaqdı onsuz.
Onunla keçirdiyin ömrü
Bütün tanıdığın həzzlərdən çələng düzəldib
Qoymaq istəyirsən başına tac əvəzi.
Bəzən üsyan etsən də yalqızlığına
Onu da sevirsən,
məhs o tərk etdi deyə,
ona aid olduğu üçün təkcə.
Hər səhər gözünü açanda yenə
Onu görəcəksən Günəşdən öncə


Tarix: 04.06.2015 / 17:46 Müəllif: Aziza Baxılıb: 49 Bölmə: Nuranə Nur
loading...